06 Dekabr 2020, Bazar

Cəngizhan  Cəvahiroğlunun aparıcısı olduğu proqram Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır” şüarı ilə başlayıb.

Təqaüddə olan  general-mayor  İhsan  Başbozkurt, Altınbaş universitetinin professoru Eray Güçlüər, Qarabük universitetinin professoru Mərziyyə Məmədlinin, professor Murad Yeşiltaşın ekspert qismində yer aldığı proqramda   bildirilir ki, sentyabrın 27-də səhər Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlifçaplı artilleriya qurğularından intensiv atəşə tutub. Güclü həmlələri ilə düşməni yerinə oturdan Azərbaycan ordusu işğalda olan Qarabağ torpaqlarının azad edilməsi üçün milli birlik nümayiş etdirir və artıq bir şəhər, bir qəsəbə, 20 kənd azad olunub.

Proqramda, həmçinin vurğulanır ki, Azərbaycan ordusunun Murovdağ silsiləsindəki kəndləri və Murov zirvəsini nəzarət altına almaqla cəbhədə əsas üstünlüyü əla alıb.

Qeyd edək ki, Türkiyənin “TRT HABER” kanalında yayımlanan “Birinci səhifə” verilişi həftə içi hər gün saat 10:00-da tamaşaçıya təqdim olunur.

 

 

 

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR