19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ötən ilin yekunlarına həsr edilən iclaslarda bu bir daha təsdiqlənmişdir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev açaraq nazirliyin 2012-ci ildə gördüyü işlər barədə geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki, yola saldığımız 2012-ci il bir çox uğurları ilə Fövqəladə Hallar Nazirliyi üçün də yaddaqalan olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana səfəri zamanı Fövqəladə Hallar Nazirliyinin yeni inzibati binasının açılışında iştirak etmiş, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində yaradılan şəraitlə, böhran zalında quraşdırılmış cihaz və avadanlıqlarla, “112” zəng mərkəzi, mülki müdafiə kursunun sinfi ilə, alınan texnikalarla yaxından tanış olmuşdur.
Bildirilmişdir ki, hesabat dövründə nazirliyin ayrı-ayrı şöbələri qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində fəallıq göstərmişlər. Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən 17 nazirlikdə, 7 mədəniyyət müəssisəsində, 12 sahibkarlıq subyektində, 4 səhiyyə ocağında, 82 təsərrüfat obyektində, 6 Mənzil-İstismar İdarəsində mülki müdafiə işinin təşkili vəziyyəti yoxlanılmış, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün müvafiq aktlar tərtib edilərək aidiyyəti təşkilatlara göndərilmişdir.
Aprel-may ayları ərzində Araz çayının subasma təhlükəsi olan yerlərində monitorinqlər keçirilərək sahilbərkitmə işlərinin aparılmasına nəzarət edilmiş, müvafiq dövlət orqanlarının iştirakı ilə Heydər Əliyev, Arpaçay, Uzunoba, Sirab, Bənəniyar, Nehrəm Su anbarlarının və hidrotexniki qurğuların vəziyyəti yoxlanılmışdır.

Nazirliyin mülki müdafiə kursunun dinləyiciləri ilə komplektləşdirilmə təqvim planına uyğun olaraq, şəhər və rayonların təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin, istehsal və sosial təyinatlı obyektlərin rəhbərləri, mülki müdafiə qərargah rəisləri, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti ilə kurslar təşkil edilmiş, ümumilikdə, 38 tədris qrupunda 828 nəfər dinləyici mülki müdafiə və fövqəladə hallara hazırlanmışdır. Kursun maddi tədris bazası təkmilləşdirilmiş, dinləyicilər üçün 10 ədəd metodik vəsait hazırlanmışdır.
Hesabat dövründə muxtar respublika ərazisində yeni tikilən, əsaslı təmir olunan 174 inzibati binanın zirzəmisi yoxlanılaraq mühafizə qurğusu kimi qeydiyyata alınmışdır.
Vurğulanmışdır ki, 2012-ci ilin əvvəllərində istismara verilmiş 10 yeni təhlükə potensiallı obyekt, 134 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınmış, obyektlərə qeydiyyat şəhadətnamələri verilmişdir. Hazırda bu işlər davam etdirilir. Ümumilikdə, qeydiyyatdan keçmiş obyektlərin sayı 79, avadanlıq və qurğuların sayı 769-dur.
Struktur qurumların bölmələri ilə 17 dəfə taktiki-xüsusi təlimlər keçirilmişdir.
Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı əlaqədə fəaliyyəti, axtarış-xilasetmə işlərinin aparılması zamanı idarəetmənin təşkili” mövzusunda kompleks taktiki-xüsusi təlim keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mülki müdafiə işinin təşkili sinfi və “112” qaynar telefon xətti barədə məlumat verilmiş və qeyd olunmuşdur ki, mülki müdafiə kursları üçün yaradılmış sinif otağı radiasiya-axtarış, ölçü, dozimetrik nəzarət və kimya kəşfiyyat cihazları, fərdi və tibbi mühafizə vasitələri ilə təchiz edilmişdir. Sonra Ali Məclisin Sədri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə gələrək təlimin gedişini izləmişdir. Təlimlər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat zalından idarə olunmuş, nazirliyin tabeliyində olan qurumlarla videoəlaqə yaradılmış, müvafiq xilasetmə qurumlarının həyata keçirdikləri taktiki təlimlər birbaşa nümayiş etdirilmişdir.
Fövqəladə hadisələr baş vermiş rayonlara rəhbər heyətin və xilasedicilərin daşınması, zədələnmə ocaqlarından zərərçəkənlərin xilas edilməsi, çətin keçidli yerlərdə insanların həyat və fəaliyyətinin təmin edilməsi üçün onlara lazım olan əşya, ərzaq və tibbi əmlakların çatdırılması məqsədilə nəzərdə tutulmuş 1 ədəd Mİ-17-1B markalı vertolyot ilə 26 dəfə xüsusi təlim-məşq uçuşları keçirilmişdir. Hesabat ili ərzində Naxçıvan Muxtar Respublikası ərazisində baş vermiş fövqəladə hadisələrin nəticələri aradan qaldırılmış və baş vermiş fövqəladə hadisələrin qeydiyyatı aparılmışdır.
Nazir bildirmişdir ki, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi də bəhs olunan dövrdə öz işini günün tələbləri səviyyəsində qurmuş, idarə tərəfindən muxtar respublika ərazisində tikintisi başa çatdırılmış və ya tikilməkdə olan binalar müvafiq qaydada qeydiyyata alınmış, 91 tikinti obyektində yoxlamalar keçirilmiş, 7 mühəndis-geoloji axtarış işi aparılmışdır. Tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması ilə bağlı mühəndis-geoloji, sement və beton laboratoriyasında, ümumilikdə, 226 sınaq və analiz keçirilmiş, müvafiq protokollar verilmişdir. Keçirilən sınaqlar zamanı norma və standartların tələblərinə uyğun olmadığından 2 tipdə beton səki daşları nümunələrinə və fiziki şəxslər tərəfindən istehsal olunan beton divar daşlarından 10 sınaq nümunəsinə mənfi rəylər verilmişdir.
Şamı Abdullayev qarşıda duran vəzifələrdən də danışaraq bu vəzifələrin yerinə yetirilməsində nazirliyin və onun tabeliyində olan strukturların əməkdaşlarına uğurlar arzulamışdır.
Məruzə ətrafında nazirliyin Əməliyyat şöbəsinin rəisi, polkovnik Hikmət Kərimovun, Mülki-Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədovun, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinin icraçısı, daxili xidmət mayoru Ehtiram Məmmədovun və başqalarının çıxışları olmuşdur.
Sonda kollegiya iclasının qərar layihəsi oxunmuş və qəbul edilmişdir.

Dilrubə NOVRUZOVA

*    *    *

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2012-ci ildə görülən işlərə və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncağı müəssisənin direktoru Behruz Əzimov açmış və məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 2012-ci ildə muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını təmin etmək məqsədilə müəssisə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatları ilə güzəştli şərtlərlə, yəni şirkətdaxili topdansatış qiymətlərindən təchizat xərcləri çıxılmaqla bağlanmış müqaviləyə əsasən, 15 min 54,3 ton A-92 benzini, 999,9 ton A-95 benzini, 1214,4 ton A-80 benzini, 74 min 993 ton dizel yanacağı, 23 min 174,2 ton bitum, 9992,4 ton mazut, 140,8 ton müxtəlif yağlar, 4301 ton maye qaz almışdır.
Bildirilmişdir ki, ötən il müəssisə tərəfindən 14 min 542,1 ton avtobenzin, 74 min 540,2 ton dizel yanacağı, 8765,9 ton mazut, 23 min 64,2 ton bitum, 4361,1 ton maye qaz, 153,7 ton müxtəlif növ yağ olmaqla, ümumi dövriyyəsi 57 milyon 231 min 210 manat olan 125 min 427,2 ton müxtəlif neft məhsulları satılmışdır.
2012-2013-cü ilin payız-qış mövsümündə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi üzrə 406 min 682 litr dizel yanacağı, 24 min 192 kiloqram maye qaz, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi üzrə 76 min 215 litr dizel yanacağı, 2350 kiloqram maye qaz, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi üzrə 73 min 50 litr dizel yanacağı, 3 min 50 kiloqram maye qaz ayrılaraq həmin nazirliklərin müəssisələrinə çatdırılmışdır. Hazırda müəssisənin ehtiyat anbarlarında 1571,5 ton dizel yanacağı, 2820,4 ton mazut, 56,6 ton maye qaz, 2769,7 ton A-92 benzini, 4,1 ton A-95 benzini, 110 ton bitum ehtiyatı vardır.
Müəssisənin rəhbəri 2013-cü ildə qarşıda duran vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsinin vacibliyindən danışmışdır.
Məruzə ətrafında müzakirələrdə müəssisənin neft anbarının müdiri Seyfəddin Rzayev, qaz anbarının müdiri Kazım Rzayev çıxış etmişlər.

Muxtar MƏMMƏDOV

*    *    *

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Bəxtiyar İsmayılov açaraq məruzə etmişdir. Bildirilmişdir ki, komitənin kollektivi 2012-ci ildəki fəaliyyətinə 29 dekabr 2011-ci il tarixdə keçirilmiş dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məruzəsindən irəli gələn vəzifələri fəaliyyətində  proqram kimi qəbul etməklə başlamışdır.

Komitə kollegiyasının 26 yanvar 2012-ci il tarixdə keçirilmiş iclasında 2011-ci ildə görülmüş işlərə yekun vurulmuş, buraxılmış nöqsanlar araşdırılmış, 2012-ci il üçün həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 2011-ci il 27 dekabr tarixli 176 nömrəli əmri ilə təsdiq edilmiş “2012-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi və yerli statistika orqanları üçün statistik işlər haqqında pro­qram”a əsasən, 2012-ci ildə yığılacaq statistik hesabatların siyahısı, onların yığılma və təqdimedilmə reqlamenti müəyyənləşdirilmişdir.
2012-ci ildə dövlət statistika sisteminin informasiya texnologiyalarının texniki və proqram-texnoloji təminatının təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, komitənin internet saytının hazırlanması işləri başa çatdırılmışdır. Dövlət Statistika Komitəsinin VEB səhifəsində statistik məlumatlar, hesabat formaları, təlimatlar, metodoloji izahlar, elektron kitabxana, statistik lüğət yerləşdirilmişdir. Bu internet resursu üzrə müəssisə və təşkilatlar tərəfindən hesabatların elektron formada təqdim olunması üçün “Elektron xidmətlər” bölməsində “Rəsmi statistik hesabatların təqdim edilməsi” menüsü yaradılmışdır ki, hesabat təqdim edən müəssisə və təşkilatlar statistika orqanlarına gəlmədən hesabatlarını internet vasitəsilə elektron formada təqdim edə bilirlər. Bundan əlavə, “Elektron xidmətlər” bölməsində “Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi” və “Statistik məlumatların (göstəricilərin) verilməsi” menüləri yaradılmışdır ki, bu da, öz növbəsində, istifadəçilərin daha geniş informasiya əldə etməsinə şərait yaratmışdır.
Bəxtiyar İsmayılov bildirmişdir ki, komitənin internet saytında 1995-ci il tarixdən bu günədək istifadəyə verilmiş obyektlərin ilk dəfə olaraq elektron fotoqalereyası və muxtar respublikada sosial-iqtisadi inkişafı əks etdirən “Video arxiv” bölməsi yaradılmışdır. İnternet saytının yaradılması məlumatların daha geniş istifadəçi auditoriyasına çatdırılma imkanlarına nail olunması ilə yanaşı, həmin məlumatların istifadə müddətinin artırılmasına imkan verir.
Vurğulanmışdır ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin müvafiq şöbələri tərəfindən 9 adda, o cümlədən “2011-ci ildə Naxçıvan Muxtar Respublikasının əsas demoqrafik göstəriciləri haqqında”, “2011-ci il ərzində Naxçıvan Muxtar Respublikasında qeydə alınmış inzibati xətalar haqqında”, “2011-ci ildə Naxçıvan Muxtar Respublikasında təhsil, mədəniyyət, səhiyyə, pensiya təminatı və idman haqqında”, “Muxtar respublikada sənayenin inkişafı haqqında (2012-ci ilin yanvar-mart, yanvar-iyun, yanvar-sentyabr aylarında)”, “2011-ci ildə muxtar respublikada əmək bazarının vəziyyəti haqqında”, “2012-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların elektrik və istilik enerjisi, təbii qaz və suyun istehlakı və rabitə xidmətlərindən istifadəsi haqqında” və “2012-ci ilin məhsulu üçün əkilmiş sahələrə dair” birdəfəlik təhlili məruzələr hazırlanmışdır.
İş planına uyğun olaraq, ötən il ərzində uçot vahidlərinin dövlət reyestrində qeydiyyatda olan təsərrüfat subyektlərinin göstəricilərinin aktuallaşması prosesi görülmüş tədbirlər nəticəsində nəzərdə tutulmuş vaxtda başa çatdırılmışdır. Uçot vahidlərinin dövlət reyestrində qeydiyyatda olan bütün müəssisələrlə əlaqə yaradılmış, müvafiq göstəricilər dəqiqləşdirilmişdir. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmamışdır.
Komitə sədri bildirmişdir ki, qeyd olunanlarla yanaşı, ötən dövr ərzində işdə bir sıra nöqsanlar da mövcud olmuşdur. Şöbələr tərəfindən hazırlanan sənədlərdə səhvlərə yol verilir, son variantlar yetərincə yoxlanılmır. Komitə aparatında, şəhər və rayon statistika idarələrində muxtar respublikadakı dinamik inkişafla bağlı təhlil materiallarının, məqalələrin hazırlanması işi çox zəifdir.
Sahələr üzrə qanunvericiliyin dərindən öyrənilməsi işi ləng yerinə yetirilməkdədir. Müvafiq işin intensivləşdirilməsi və kadr hazır­lığının müasir tələblər səviyyəsində qurulması hazırda ən zəruri məsələlərdən biridir.
Məruzə ətrafında çıxışlar olmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin

mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3033250
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
60
5369
10482
84581
3033250

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter