25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, ölkənin hər yerində olduğu kimi, muxtar respublikada da gənclərin hərbi xidmətə yolasalma mərasimlərinin keçirilməsinə başlanılıb.
Bu qəbildən olan ilk tədbir dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni oxunub.
Əsgər valideynlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə xidmətin rəisi, polkovnik Səxavət Salmanov açaraq deyib ki, bu gün Azərbaycanda ordu quruculuğuna və Silahlı Qüvvələrin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, əsgər və zabitlərin intellektual səviyyəsinin, hərbi biliklərinin, eləcə də peşəkarlığının yüksəldilməsinə ciddi diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və müstəsna xidmətləri nəticəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

Fəxrlə, qürur hissi ilə deyə bilərik ki, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycanın Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına imkan verib. Digər tərəfdən, Azərbaycanın hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən nə varsa, nəticə etibarı ilə, orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. Bu gün hər bir vətəndaş orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir. Hər bir valideyn öz oğlunu böyüdərkən ən əvvəl ona nəsihət verməlidir ki, sənin birinci borcun orduda xidmət etməkdir. Bu gün sizi yola salarkən biz inanırıq ki, hər biriniz nümunəvi xidmətinizlə komandirlərinizdən yalnız təşəkkür alacaqsınız, silahla, texnika ilə düzgün davranacaq, hərbi biliklərə mükəmməl yiyələnəcəksiniz. Sizin yalnız xoş xəbərləriniz gələcək.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Heydər Heydərovun, muxtar respublika daxili işlər nazirinin müavini, general-mayor Qaçay Quli­yevin, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidovun çıxışları olub. Çıxış edənlər Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasının böyük nailiyyət olduğunu vurğulayaraq qeyd ediblər ki, ordumuzun Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələri bu gün istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Valideyn Zeynalabdin İmamquliyev çıxış edərək bütün əsgərlərə uğurlar və cansağlığı arzu edib. “Onların ən müqəddəs vəzifəsi Vətəni qorumaqdır. Tanrıya şükürlər olsun ki, bu gün Azərbaycan Ordusu həmin vəzifənin öhdəsindən layiqincə gəlməyə hazırdır. Mən fəxr edirəm ki, bu qüdrətli ordunun sıralarında mənim övladım da var”, – deyə əsgər valideyni vurğulayıb.
Gənc çağırışçılardan Oruc Məmmədhəsənov həqiqi hərbi xidmətə yola salınan gənclər adından çıxış edərək orduda nümunəvi xidmət edəcəklərinə söz verib.
Təntənəli mərasim gənclərin hərbi xidmətə yola salınması ilə başa çatıb.
Həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin hərbi xidmətə yolasalma mərasimləri keçirilib.

Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3061960
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
566
4327
4893
113291
3061960

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter