15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində 2012-ci ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov məruzə ilə çıxış edərək bildirmişdir ki, iqtisadi inkişafın nəticəsi olaraq 2012-ci il ərzində muxtar respublika Vergilər Nazirliyi üzrə müəyyən edilmiş tapşırığa 109,3 faiz əməl edilmiş, 2011-ci illə müqayisədə vergi daxilolmaları 10,5 faiz artmışdır.
Ötən müddət ərzində iqtisadiyyatın şaxələndirilməsi təmin edilmişdir. Bu da özünü iqtisadiyyatın müxtəlif sahələrindən vergi daxil­olmalarında qabarıq şəkildə göstərməkdədir.
Qeyd olunmuşdur ki, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında nazirlik qarşısında POS-terminallardan səmərəli istifadənin təmin edilməsi və nağd pul dövriyyəsinin həcminin azaldılması ilə bağlı vəzifələr qoyulmuşdur. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən bütün rayonlarda işçi qrupları yaradılmışdır. Həmin işçi qruplarının və muxtar respublikanın bank orqanlarının əməkdaşlarının iştirakı ilə birgə POS-terminal quraşdırılacaq təsərrüfat subyektlərinin siyahısının müəyyən edilməsi, onlara bildirişlərin göndərilməsi, həmçinin bank ekvayerlərdən daxil olmuş məlumatlar əsasında POS-terminalların qeydiyyata alınması və qeydiyyatdan çıxarılması kimi məsələlərlə bağlı seminar keçirilmişdir. Artıq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün müvafiq POS-terminalların quraşdırılması işlərinə başlanılmış, 1 yanvar 2013-cü il tarixə 94 obyektdə POS-terminalın quraşdırılması təmin edilmişdir.

Sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin dəfələrlə azalmasına gətirib çıxarmış “bir pəncərə” prinsipinin tətbiqinin nəticəsidir ki, 19 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına, 2 qeyri-kommersiya təşkilatı vergi uçotuna və 1326 fiziki şəxs sahibkarlıq uçotuna alınmışdır. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 74,7 faizi muxtar respublikanın rayonlarının payına düşür ki, bu da özəl sektorun inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.
Bildirilmişdir ki, vergi mədəniyyətinin artırılması və vergi ödəyicilərinin maarifləndirilməsi istiqamətində tədbirlər 2012-ci ildə də davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin və onun yerli vergi orqanlarının Vergi ödəyicilərinə xidmət şöbə və bölmələri tərəfindən vergi ödəyicilərindən daxil olmuş 40 yazılı və 1017 şifahi müraciət vaxtında cavablandırılmış, onların maarifləndirilməsi məqsədi ilə 40 görüş ke­çirilmiş, görüşlərdə 1270 vergi ödəyicisi iştirak etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini Nurlan Əliyev, rayon (şəhər) vergi orqanlarının rəhbərləri məruzə ətrafında çıxışlar etmişlər.
Sonda kollegiya qərarı oxunmuş və qəbul edilmişdir.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.

*  *  *

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə təhsil naziri Piri Nağıyev açmışdır. Qeyd olunmuşdur ki, təhsil sahəsində həyata keçirilən quruculuq işləri 2012-ci ildə də davam etdirilmişdir.
Təhsil sahəsində qazanılan uğurlardan biri də ötən il muxtar respublikanın üç məktəbinin – Naxçıvan şəhər 7 nömrəli, Şərur rayonunun Qarxun, Kəngərli rayonunun Qarabağlar kənd 2 nömrəli tam orta məktəblərinin “Ən yaxşı ümumi təhsil müəssisəsi” mükafatına layiq görülməsidir. Bəhs edilən dövrdə müəllimlər də diqqətdən kənarda qalmamış, 5 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
Görülən işlərin nəticəsidir ki, ümumtəhsil məktəblərinin nailiyyətləri ilbəil artır. 2012-ci ildə ali məktəblərə sənəd verən məzunlardan 1834-ü və ya 52 faizə qədəri tələbə adını qazanmış, məzunlardan 455 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olan məzunlardan 267-si 500-dən yuxarı bal toplamış, onlardan 7-si Prezident təqaüdünə layiq görülmüşdür.
Qeyd edilmişdir ki, milli dəyərlərimizin gənclərə öyrədilməsi sahəsində geniş biliyə və dünyagörüşə malik kadrların hazırlanması mühüm amillərdəndir. Bu sahədə muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin üzərinə böyük vəzifələr düşür. 2012-ci ildə “Milli dəyərlər ili” ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilmiş, bu tədbirlərdə məktəblilərin kütləvi şəkildə iştirakı təmin edilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Kollegiya iclasına yekun vuran Piri Nağıyev kadr hazırlığında keyfiyyət amilinin yüksəldilməsi, geniş biliyə və dünyagörüşə malik kadrların yetişdirilməsi üçün bütün imkanların səfərbər edilməsi kimi tapşırıqların icrası işində təhsil işçilərinə uğurlar arzulamışdır.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi Naxçıvan Muxtar Respublikası “Sutəchizat Tikinti” İdarəsi ilə birlikdə kollegiya iclası keçirmişdir. Komitənin sədri Əsgər Əsgərov kollegiya iclasında geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, ötən il 121 kilometr beton və torpaq kanallar, 82,2 kilometr kollektorlar, 453,8 kilometr ara arxları təmir edilərək işlək vəziyyətə salınmış, 530 metr kaptaj tikilmiş, 1,75 kilometr kaptaj bərpa olunmuş, 29,25 kilometr içməli su xətti tikilmiş, 23,2 kilometr içməli su xətti bərpa olunmuşdur. Muxtar respublikanın ərazisində Araz çayında 7,7 kilometr sahilbərkitmə işləri aparılaraq onun 2 kilometri daşla bərkidilmiş, 69 kilometr uzunluğunda istiqamətləndirici bənd salınmış, 1,2 kilometr təzyiqli boru xətti dəyişdirilmiş, 8,05 kilometr təzyiqli boru xətti təmir olunmuş, 6,8 kilometr uzunluğunda yaşıllıq üçün boru xətti çəkilmiş, 8,27 kilometr açıq və qapalı drenaj tikilmiş, 4 kilometr drenaj lildən təmizlənərək bərpa edilmişdir. Cəhri çayının sel suyunun təsirindən zədələnmiş su­ötürücü qurğusu təmir olunmuşdur.
Qeyd olunmuşdur ki, il ərzində 52 nasos stansiyasında, 706 subartezian nasoslarında təmir işləri aparılmış, 3 ədəd yeni nasos stansiyası tikilmiş, 1 ədəd nasos stansiyası yenidən qurulmuşdur. Naxçıvan şəhər əhalisini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Pro­qramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində işlər davam etdirilmişdir. Belə ki, layihə çərçivəsində Naxçıvan şəhəri üçün Babək rayonunun Şıxmahmud kəndi ərazisində gün ərzində 40 min kubmetr sutəmizləmə gücünə malik olan sutəmizləyici qurğunun və idarə binasının tikintisində son tamamlanma işləri aparılır.
Bildirilmişdir ki, Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına “Rayon mərkəzi və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində muxtar respublikanın bütün rayon mərkəzlərində və rayon mərkəzlərinə yaxın kənd yaşayış məntəqələrində işlər uğurla davam etdirilir. Müxtəlif tutumlu anbarlar, daxili kanalizasiya şəbəkələri inşa olunur. Bununla yanaşı, “Selə qarşı tədbirlər, suvarılan ərazilərin modernləşdirilməsi və genişləndirilməsi” layihəsi də uğurla reallaşdırılır. Bunun üçün Araz çayı boyunca yerləşən kəndlərdə əkin sahələrinin daşqın zamanı sel sularından qorunması məqsədilə sahilbərkitmə işlərinin aparılması üçün tender keçirilmiş və hazırda tender komissiyası tərəfindən qiymətləndirmə işləri aparılır.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası “Sutəchizat Tikinti” İdarəsinin rəisi Nemət Mustafayevin, Ordubad, Culfa və Babək Rayon Suvarma Sistemləri idarələrinin rəisləri Vilayət Bağırovun, Məhəmməd Quliyevin və Yəhya Allahverdiyevin çıxışları olmuşdur.

*  *  *

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasını giriş sözü ilə komitənin sədri Valeh Vəliyev açaraq 2012-ci ildə görülmüş işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, ötən il muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan qanunvericiliyə uyğun istifadə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə müəyyən işlər görülmüşdür. Belə ki, Babək rayonunun Kərimbəyli, Zeynəddin və Vayxır, Şərur rayonunun Dərvişlər, Şəhriyar, Arbatan, Kürkənd, Siyaqut, Kosacan, Məmmədsabir və Dizə, Şahbuz rayonunun Türkeş, Kolanı və Qarababa, Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Yurdçu və Xok, Sədərək rayonunun Heydər­abad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərində torpaqların istifadə vəziyyəti yerində yoxlanılmış, müvafiq tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində Ordubad rayonunun “Göygöl” ətrafı yay otlaq sahəsinin “Güney yurd”, “Tillək yurd”, “Dib yurd” adlanan örüş sahələrində, Şahbuz rayonunun ərazisində “Qanlı göl”, “Batabat” və “Keçəldağ” ətrafı yay otlaq sahələrində, Culfa rayonunun ərazisində “Pir yurdu”, “Dəmirli yurd”, “Almalı dərə”, “Yay yurd” adlanan örüş sahələrində yaylaqların istifadəsi ilə əlaqədar otlaqlara baxış keçirilmiş, fermer və fiziki şəxslərə otlaqlardan düzgün istifadə edilməsi, torpaqların münbitliyinin bərpası və artırılması sahəsində qanunvericiliyin tələbləri izah edilmişdir.
2012-ci ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Xok, Şahtaxtı, Böyükdüz, Yeni Kərki, Çalxanqala, Yurdçu, Xıncab, Təzəkənd, Qarabağlar, Ordubad rayonunun Kotam, Xanağa, Vənənd, Kələntərdizə, Qoşadizə, Düylün, Gilançay və Dəstə kənd­lərində torpaq mülkiyyətçilərinin və istifadəçilərinin istifadəsində olan torpaq sahələrinin sərhədləri bir daha yerində müəyənləşdirilərək ölçüləri dəqiqləşdirilmişdir.
Valeh Vəliyev qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Layihə Axtarış Kimyalaşdırma Stansiyasının əməkdaşları ilə birlikdə Babək rayonunun Sirab, Kərimbəyli, Qahab, Yarımca, Badaşqan, Qaraqala, Məmmədrzadizə, Kalba­orucdizə və Məzrə kəndlərində əkin sahələrinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə torpaq nümunələri götürü­lərək analizlər aparılmışdır. Tədqiqat aparılan sahələrdə becərilən kənd təsərrüfatı bitkilərindən nəzərdə tutulan məhsuldarlığın alınması üçün mineral gübrə normaları müəyyənləşdirilmiş və yekun olaraq həmin kəndlərin kartoqram xəritələri hazırlanmışdır.
Ordubad rayonu ərazisində uyğun meyvə və tərəvəzlərin əkin sahələrinin müəyyən edilməsi üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birlikdə müəyyən ölçü işləri aparılmış və yerli icra orqanlarına əkin atlaslarının elmi əsasları barədə məlumatlar verilmiş, atlaslardan istifadə qaydaları izah edilmişdir. Bu məqsədlə Ordubad rayonunun Ordubad şəhəri, Şəhriyar qəsəbəsi, Kotam, Aşağı Əylis, Yuxarı Əylis və Dəstə kəndlərinin ərazisində torpaq islahatı zamanı dövlət və bələdiyyə mülkiyyətində saxlanılan, meyvə və tərəvəzçiliyin inkişaf etdirilməsi məqsədilə istifadə olunması mümkün olan ərazilər müəyyən edilərək plana alınmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*  *  *

2012-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hesabına 38 milyon 694 min manat plana qarşı 47 milyon 559 min 880 manat vəsait daxil olub. Bu da nəzərdə tutulan məbləğdən 8 milyon 865 min 880 manat, yaxud 23 faiz çoxdur.
Bu faktları Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasında fondun sədri Rasim Hüseynov deyib.
Ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilən iclasda məruzə edən fond sədri bildirib ki, muxtar respublikada özəl sektora göstərilən diqqət və qayğının, bu sahənin sürətli inkişafı üçün yara­dılan əlverişli şəraitin nəticəsində 2012-ci ildə özəl sektor üzrə hüquqi və fiziki şəxslərdən 7 milyon 80 manat məcburi dövlət sosial sığorta haqqı daxil olub. Bu da ötən ilin müvafiq göstəricisindən 1 milyon 671 min 860 manat, yaxud 31,4 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda mövcud olan artım muxtar respublikada əmək pensiyaları və müavinətlərin vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaradıb.
Ötən il 6076 işçinin sosial sığorta şəhadətnaməsi ilə təmin olunduğunu bildirən Rasim Hüseynov qeyd edib ki, bəhs olunan dövrdə yeni yaradılan iş yerləri üzrə 21 hüquqi və 1448 fiziki şəxs fondun yerli orqanlarında qeydiyyata alınıb.
Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 99 milyon 958 min 240 manat vəsait yönəldilib. Bu da 2011-ci illə müqayisədə 14 milyon 768 min 330 manat, yaxud 17 faiz çoxdur.
Əmək pensiyalarının mütəmadi olaraq artırılması muxtar respublika üzrə pensiyaların orta aylıq məbləğinin əvvəlki illərdə olduğu kimi, ötən il də yüksələn dinamika ilə artmasını təmin edib. Belə ki, muxtar respublika üzrə ötən il uçotda olan əmək pensiyaları üzrə pensiyaların orta aylıq məbləği 153 manat 81 qəpik olub. Bu da 2011-ci illə müqayisədə 8 manat 20 qəpik, yaxud 5,6 faiz çoxdur. Ümumiyyətlə, yeni sığorta-pensiya sisteminin fəaliyyətə başladığı 1 yanvar 2006-cı ildən bu günədək uçotda olan əmək pensiyalarının orta aylıq məbləği 5,1 dəfə artıb. Pensiyaçıların 44283 nəfəri, yaxud 85 faizi plastik kartla təmin edilib. Bu da 2012-ci ilin 1 yanvar vəziyyətinə olan eyniadlı göstəricidən 7765 nəfər, yaxud 21,3 faiz çoxdur.
Sonra məruzə ətrafında fondun şəhər və rayon şöbələrinin rəhbərlərinin çıxışları olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3274649
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
91
4179
12418
59295
3274649

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter