15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

“Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətində 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə dair keçirilən yığıncaqda cəmiyyətin idarə heyətinin sədri Xəlil Əliyevin hesabat məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, cəmiyyət tərəfindən kənd yerlərində yaşayan sahibkarlara və torpaq mülkiyyətçilərinə müxtəlif sahələr üzrə kreditlər verilməsi ötən ildə də davam etdirilmiş, 9843 nəfərə 10 milyon 745 min 950 manat kredit verilmişdir ki, bu da 2011-ci illə müqayisədə 427 min 350 manat çoxdur.
Kreditlərin 4 milyon 311 min 150 manatı payızlıq taxıl əkininə verilmişdir ki, bu da 2011-ci illə müqayisədə 555 min 650 manat çoxdur. Yazlıq əkinlər üçün 2 milyon 642 min 500 manat kreditdən istifadə olunmuşdur. Kartof əkini üçün 2 milyon 237 min manat, mal-qaranın alınmasına və saxlanmasına 1 milyon 208 min 300 manat, arı ailələrinin alınmasına 217 min manat kredit verilmişdir. Kiçik biznesin inkişaf etdirilməsinə isə 130 min manat kredit verilmişdir.
Kreditlərin 8 milyon 650 min manatı ”Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindən alınmış, qalanı isə cəmiyyətin öz vəsaitindən ödənilmişdir.
Bildirilmişdir ki, ötən ilin yekununa görə, “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin pul vəsait­lərinin cəmi 2 milyon 152 min 634 manat olmuşdur. Bu, 2011-ci illə müqayisədə 436 min manat çoxdur.

“2013-cü ildə görüləcək işlər və proqnoz rəqəmlər müəyyənləşdirilmişdir”, – deyən Xəlil Əliyev bildirmişdir ki, bitkiçiliyə 10 milyon manat, heyvandarlığa isə 2 milyon manat kredit verilməsi planlaşdırılır. “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti öz vəsaiti və digər mənbələr hesabına (2 milyon 500 min manat) və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindən alacağı (9 milyon 500 min manat) kredit hesabına 2013-cü ildə 12 milyon manat kredit verməyi nəzərdə tutur. 
Qeyd olunmuşdur ki, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Dünya Bankı ilə yeni imzalanmış Kredit Sazişinə əsasən, 2013-cü ildə fəaliyyətə başlayacaqdır. Bu layihə əvvəlki illərdə olduğu kimi, kənd infrastrukturuna sərmayə qoymaqla muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.
Məruzə ətrafında müzakirələrdə cəmiyyətin sədr müavini Rəşad Həsənovun, kredit mütəxəssisi Polad Qəhrəmanovun, Şərur və Ordubad rayonları üzrə sahə təşkilatçıları Zaman Seyidovun, Cəfər Cəfərovun və baş kredit mütəxəssisi Elton İbrahim­ovun çıxışları olmuşdur.
Yığıncaqda “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin 2013-cü ilə aid büdcəsi təsdiq olunmuş, cari məsələlər müzakirə edilmişdir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276797
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2239
4179
14566
61443
3276797

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter