03 Dekabr 2021, Cümə
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə…

Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub  YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da…

Prezident İlham Əliyev Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər…

“ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət”…

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin…

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub YENİLƏNİB - FOTOLAR

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.  Azərbaycan…

Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun…

Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq YENİLƏNİB  - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının…

“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub  YENİLƏNİB-2 - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və…

Ordubad dəmir yolu stansiyası ilə tanışlıq YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında…

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib  YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



“Üç gün, üç gecə oturub Tiflisdə general Haskelə memorandum yazdım. …Memorandumu generala təqdim etdim”
Onu ən yaxşı halda yazıçı, jurnalist, tərcüməçi və Naxçıvanın azadlığı uğrunda döyüşən bir əsgər kimi xatırlayırıq çox zaman. Naxçıvanın “təyini-müqəddəratı”nın 90 illik yubileyini qeyd etdiyimiz bu günlərdə Əli Səbri Qasım­ovun diplomat kimi göstərdiyi fəaliyyətini xatırlamadan keçmək olmaz. Çünki hələ 1918-1919-cu illərdə Əli Səbri Qasımov və Naxçıvanın digər vətənpərvərləri ölüm-dirim mübarizəsinə atılmasaydılar, amerikalı generallara idarəçi deyil, hərbçi olduqlarını xatırlatmasaydılar, yəqin ki, 1924-cü il muxtariyyətinin qazanılması haqqında danışmaq bir az çətin olardı. Öz taleyi uğrunda vuruşmayan xalq üçün heç bir beynəlxalq qüvvə muxtariyyət tələb etmək gücündə olmayacaqdı. Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Bu tarixi nailiyyətin baş müəllifi isə naxçıvanlılardır. Kalbalı xan, Rəhim xan, Behbud ağa Şahtaxtinski, Əli Səbri Qasımovun simasında Naxçıvan əhalisi…
Əli Səbri Qasımov 1892-ci ildə Nehrəm kəndində dünyaya göz açıb. O Nehrəm kəndində ki, hər zaman özünün qəhrəmanlığı, mübarizliyi ilə seçilən tarixi Azərbaycan kəndlərindən biri olub.

Təhsilini Naxçıvanda Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində və Qori Müəllimlər Seminariyasında alan Əli Səbri Qasımovun  geniş ədəbi fəaliyyəti haqqında filologiya elmləri doktoru Hüseyn Həşimlinin “Əli Səbri” adlı kitabında, bir çox müəlliflər tərəfindən yazılan məqalələrdə məlumat verilmişdir.
Səngərlərdən siyasi danışıqlara...
Əli Səbri Qasımovun diplomatik fəaliyyəti Naxçıvanın və ümumilikdə, Azərbaycanın tarixi taleyinin ən çətin və kəşməkəşli dövrlərindən biri hesab edilən 1918-1919-cu illərə təsadüf edir. Bu zaman Naxçıvan uğrunda gedən mübarizə, Naxçıvana ermənilərin əsassız ərazi iddiaları Əli Səbri Qasımovu lazım gəldiyi anda əldə silah doğma yurdun müdafiəsinə qalxmağa vadar etmişdir. Bizə qədər yazılan məqalələrdə onun diplomat fəaliyyətinin daha çox Amerika generalı Haskellə görüşü məqamı göstərilmişdir. Lakin Naxçıvanın və naxçıvanlıların mənafeyinin əzmkar mübarizi kimi Əli Səbri Qasımov təkcə Amerika generalı Haskellə deyil, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Məmməd Yusif Cəfərovla görüşlər keçirmiş, 1919-cu il sentyabrın 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının əhalisi adından hazırlanaraq Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən sənədə imza atmışdır.
O, Amerika generalına siyasətçi deyil, hərbçi olduğunu etiraf etdirdi...
Əli Səbri Qasımovun Amerika generalı Haskellə Tiflis görüşündə səslənən fikirlər, sadəcə, alovlu bir vətənpərvərin deyil, eləcə də hərbin və siyasətin qarşılıqlı təsirini yaxşı bilən bir diplomatın fikirləridir. Tarixçi alim Musa Quliyev “Tariximizin qəhrəmanlıq mücahidi Əli Səbri Qasımov haqqında bəzi qeydlər” adlı məqaləsində yazır ki, Haskelə naxçıvanlılar adından memorandumu təqdim edən  Əli Səbri Qasımov demişdir: “Əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətlərini əldə silah qoruyacaqlar”.
Qeyd edək ki, Naxçıvan əhalisi adından Amerika generalı Haskelə memorandum təqdim edilməsinin səbəbi regiona hərbi qüvvə kimi gələn Amerika nümayəndələrinin idarəçiliyi ələ almaq cəhdləri, buna nail ola bilmədikləri təqdirdə isə tarixən müsəlmanların və Azərbaycan türklərinin yaşadıqları əraziləri, o cümlədən Naxçıvan, Ordubad, Şərur, Vedibasar,   Sürməli və digər əraziləri ermənilərin idarəçiliyinə vermək niyyətləri olmuşdur.
Qeyd edək ki, hələ bir müddət öncə ingilislərin dəstəyi ilə Naxçıvanda yaradılmasına cəhd göstərilən “erməni idarəçiliyini” süpürüb atmış naxçıvanlılar bu diyarın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu elan etmişdilər. Qafqaza gələrək Tiflisdə qərargah yaradan Amerika generalı Haskel isə Naxçıvan ətrafında bitərəf bölgə yaratmaq və burada Amerika valiliyi təsis etmək məqsədilə avqust ayında Bakıya gedərək Azərbaycan hökuməti ilə danışıqlar aparmış və hökumətlə 12 bənddən ibarət razılıq əldə edilmişdi. Türk tarixçisi İbrahim Ethem Atnurun “Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1920)” adlı kitabında ilk razılaşmanın şərtləri ilə tanış olarkən məlum olur ki, Azərbaycan hökuməti, sadəcə olaraq, müvəqqəti general-qubernatorluğun yaradılması ilə razılaşmışdır. Bundan əlavə, razılaşmada general-qubernatorluq ərazisində məhkəmə, dəmir və şose yolları, poçt və teleqraf, milli təhsil məsələlərinin Naxçıvanda mövcud olan Milli Şuranın səlahiyyətində olduğu, general-qubernatorluq büdcəsinin Azərbaycan xəzinəsi tərəfindən təmin edildiyi, ərazidə rəsmi pul vahidinin Azərbaycan pulu olacağı, Bakı-Culfa dəmir yolunun inşaat sahəsinin Azərbaycanın nəzarətində olacağı da əksini tapmışdır.
Lakin Tiflisə qayıtdıqdan sonra Haskel Azərbaycanın və Naxçıvanın mənafeyinə zidd, ermənilərin isə əsassız iddialarına şərait yaradacaq 21 maddəlik yeni bir layihəni imzalayaraq Azərbaycan və Ermənistan hökumətlərinə göndərmişdi. Az sonra ermənilərin təkliflərini alan Haskel Dərələyəz ərazisinin yaradılacaq bitərəf bölgəyə deyil, Ermənistana aid edilməsi, bitərəf bölgədə Ermənistanın imtiyazlı tərəf kimi tanınması, Azərbaycanın bölgəyə pul göndərməsinin qadağan edilməsi, Bakı-Culfa dəmir yolu xəttinin Azərbaycan tərəfindən inşasına icazə verilməməsi, Zəngəzurun erməni bölgəsi kimi tanınması ilə razılaşmışdır. Belə bir şəraitdə Haskel Azərbaycan hökumətini də təhdid edir, ona Şimal təhlükəsinə qarşı yardım etməyəcəyini bildirirdi. Məhz bu vəziyyətdə Əli Səbri Qasımov və Əsgərov soyadlı bir nəfər Araz vadisi müsəlmanlarının nümayəndələri kimi sentyabrın ortalarında Tiflisdə general Haskellə görüşmüşdülər. Bundan əvvəl isə Əli Səbri Qasımov burada Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli ilə görüşmüş, Azərbaycan Xalq Cümhuriyyətinə bağlı­lıqlarını ifadə etmişdi.
İndiyə qədər yazılan məqalə və tədqiqat əsərlərində memorandumdakı maddələrin sayı iki cür göstərilir: 10 və 17. Akademik İsmayıl Hacıyev “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, İ.Atnur isə “Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1920)” adlı əsərlərində maddələrin sayının 10 olduğunu göstərirlər. Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Dövlət Ən Yeni Tarix Arxivinin sənədlərinə əsaslanan bu müəlliflərin göstərdiyi rəqəmin doğru olduğu daha ağılabatandır.
Memorandumda Araz vadisindəki müsəlman bölgələrində referendumun keçirilməsi, bölgə əhalisinin yalnız Paris Sülh Konfransında bölgənin Azərbaycana aid olmasının təsdiqlənməsinə qədər Amerika general-qubernatorluğunu qəbul etməsi və sair məsələlər əksini tapmışdı.
Məhz Əli Səbri Qasımovun əzmkar­lığı və gətirdiyi dəlillər qarşısında general Haskel maraqlı bir etiraf etmişdi. Biz oxucularımıza bu görüşü Əli Səbri Qasımovun yazdığı “Xatirələr, duyğular” adlı memuarının dili ilə çatdırmaq istərdik. Beləliklə, “Azərbaycan” ədəbi-bədii jurnalının 11 noyabr 1982-ci il tarixli sayında çap olunan “Xatirələr, duyğular” adlı memuarda Əli Səbri Qasımov yazırdı: “1919-cu ildə Antanta qoşunları Zaqafqaziyanı işğal edərkən ordu komandanı Amerikan generalı Qaskel idi. O zaman Ermənistanda hakimiyyət daşnak partiyasının əlinə keçmişdi.
Naxçıvanda gərgin vəziyyət yaranmışdı, camaat ancaq Zəngəzur yolu ilə Bakıya və Tiflisə gedə bilirdi.
Naxçıvanlılar həmin yolla yaşlı bir kişini – Əsgərov soyadlı birisini mənim yanıma göndərdilər. Üç gün, üç gecə oturub Tiflisdə general Qaskelə memorandum yazdım.
...Memorandumu generala təqdim etdim. Tərcüməçilər orda yazılanları generala çatdırdılar.
O, fikrə getdi. Mən pəncərədən çöl tərəfə baxırdım. General başını aşağı salıb nə isə düşünürdü. Nəhayət, Qaskel başını qaldırdı:
– Sabri cənablarına deyin ki, mən soldatam. Mənim siyasətlə işim yoxdur...
İki gündən sonra yerli qəzetlər “Naxçıvan nümayəndələri Qaskelin yanında” sərlövhəsi ilə  danışıqların təfsilatını çap etmişdilər. Əsgərov həmin qəzetdən bir neçəsini alıb Naxçıvana qayıtdı”.
Azərbaycan hökuməti Naxçıvan əhalisinin istəmədiyi planda iştirak etməyəcək...
Qeyd edək ki, bundan sonrakı dövrdə Amerika nümayəndələri ilə Naxçıvanda aparılan danışıqlar və yerli əhalinin ciddi müqaviməti nəticəsində amerikalılar Naxçıvanda məqsədlərinə nail ola bilmədilər. Naxçıvan əhalisinin ciddi müqaviməti özü də çətin vəziyyətdə olan Azərbaycan Xalq Cümhuriyyətinə bu plandan imtina etmək üçün əsas verdi. Belə ki, Azərbaycan hökuməti amerikalılara tam general-qubernatorluğun qurulması ərəfəsində belə bir cavab verdi: “Azərbaycan hökuməti Naxçıvan əhalisinin istəmədiyi bu planda iştirak etməyəcək”.
Tarixçi Nail Əliyev “Əli Səbri Qasımov – unudulmaqda olan diplomat, döyüşçü, yazıçı” məqaləsində “Azərbaycan” qəzetinin 1919-cu ildə çapdan çıxmış 193-cü sayından Əli Səbri Qasımovun Transqafqaz ali komissarı Haskellə dialoqdan maraqlı bir məqamı sitat gətirir: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik... bu, bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik.
Özünə azadlıq alan xalq hətta Azərbaycan hökumətinə ixtiyar verməz ki, onun xüsusi arzusuna riayət etməyib taleyini həll etsin, bu, mütləq nəzərə alınmalıdır”.

Bəli, Əli Səbri Qasımovun bütün naxçıvanlıların arzusunu ifadə edən “təyini-müqəddərat” tələbindən sonralar onun həmyerlisi, digər bir görkəmli diplomatımız Behbud ağa Şahtaxtinskinin muxtariyyət tələbləri doğdu. O muxtariyyət ki, Naxçıvanda azərbaycanlı kimliyini qorudu. O azərbaycanlı KİMLİYİ isə dünyaya BÜTÜN DÖVRLƏRİN ƏN BÖYÜK AZƏRBAYCANLISI olan dahi Heydər Əliyevi bəxş etdi. O dahini ki, Naxçıvanın tarixi keçmişini  və muxtariyyətinin əsaslarını gözəl bilirdi və bu bilik XX əsrin 90-cı illərində Naxçıvanı işğaldan və təcavüzdən qorudu. O tarixi ki, onu gözəl bilməsək, coğrafiyamızı başqaları müəyyənləşdirər.

Elnur KƏLBİZADƏ

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

MN-in giziri məzuniyyətdə olarkən qayada…

03-12-2021-11-31 İCTİMAİ-SİYASİ

MN-in giziri məzuniyyətdə olarkən qayadan yıxılaraq həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin...

Dağların vüqarını yaşadan Naxçıvanım

03-12-2021-11-28 İCTİMAİ-SİYASİ

Dağların vüqarını yaşadan Naxçıvanım

 Ətrafı dağlarla əhatələnmiş bir yurdda yaşamaq bambaşqa b...

Bizi biz edən dəyərlər

02-12-2021-20-01 -Mədəniyyət

Estafet Bizi biz edən, eyni duyğu və düşüncə ətrafında birl...

Ali təhsil ocağının müəllimi beynəlxalq …

02-12-2021-19-55 -Elm və təhsil

Ali təhsil ocağının müəllimi beynəlxalq konfransda çıxış edərək sertifikat qazanıb

Naxçıvan Dövlət Universitetinin müəllimi Səadət Əliyeva ya...

Sosial könüllülərlə sağlamlıq imkanları …

02-12-2021-19-54 -Sosial

Sosial könüllülərlə sağlamlıq imkanları  məhdud şəxslərin görüşü təşkil edilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdaf...

Azərbaycan çempionu olmuş idmançı ilə g…

02-12-2021-19-51 İDMAN

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Rami...

Gəlin hamımız Azərbaycan üçün çalışaq və…

02-12-2021-19-51 -Sosial

Gəlin hamımız Azərbaycan üçün çalışaq və oxuyaq...

Gəncliyimiz, gələcəyimiz Savadlı olmaq üçün yalnız elmi b...

Kamil Əliyev yaradıcılığının bədii sənət…

02-12-2021-18-01 -Mədəniyyət

Kamil Əliyev yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətləri

Kamil Əliyev - 100 Çoxəsrlik tarixə və zəngin bədii ənənə...

Ailə təsərrüfatlarının formalaşmasında ə…

02-12-2021-17-46 İQTİSADİYYAT

Ailə təsərrüfatlarının formalaşmasında əməksevərlik  və ailə birliyi əsas şərtlərdəndir...

Ailə təsərrüfatlarımız Bu gün muxtar respublikada yaradıl...

Muxtar respublikada sağlamlıq imkanları …

02-12-2021-17-41 -Sosial

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə davamlı qayğı göstərilir

Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tar...

Dövlət Qulluqçularının Reyestri Proqram…

02-12-2021-17-40 -Elm və təhsil

Dövlət Qulluqçularının  Reyestri Proqramı təqdim olunub

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində keç...

Naxçıvan Muxtar Respublikası sosial-iqti…

02-12-2021-17-38 İQTİSADİYYAT

Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafın  innovativ mərhələsində

      Azərbaycanda aparılan islahatlar, düşünülmüş siya...

Naxçıvan Muxtar Respublikası sosial-iqti…

02-12-2021-17-38 İQTİSADİYYAT

Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafın  innovativ mərhələsində

Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəm...

Gələn ilin bayram günləri müəyyən edilib

02-12-2021-13-10 İCTİMAİ-SİYASİ

Gələn ilin bayram günləri müəyyən edilib

Nazirlər Kabineti 2022-ci il üçün Novruz, Ramazan və Qurban ...

Dünyanın 23 ölkəsində yeni "omikron…

02-12-2021-13-08 İCTİMAİ-SİYASİ

Dünyanın 23 ölkəsində yeni "omikron" ştamı aşkarlanıb

Dünyanın 23 ölkəsində yeni “omikron” ştamı müəyyən edilib....

Dünyanın 23 ölkəsində yeni "omikron…

02-12-2021-13-08 İCTİMAİ-SİYASİ

Dünyanın 23 ölkəsində yeni "omikron" ştamı aşkarlanıb

      Dünyanın 23 ölkəsində yeni “omikron” ştamı müəyyə...

XİN: Azərbaycan Silahlı münaqişələr zama…

02-12-2021-13-06 İCTİMAİ-SİYASİ

XİN: Azərbaycan Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəyə üzv seçilib

30 noyabr – 1 dekabr 2021-ci il tarixlərində YUNESKO-nun S...

Naxçıvanda toxuma sənətkarlığı özünəməxs…

01-12-2021-20-29 -Mədəniyyət

Naxçıvanda toxuma sənətkarlığı özünəməxsus  xüsusiyyətlərə malikdir

Milli dəyərlərimizi öyrənək və yaşadaq Ta qədimlərdən xal...

Publisist-politoloq Reyhan Mirzəzadə ilə…

01-12-2021-20-16 -Elm və təhsil

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Pedaqoji f...

Mövsümə hazırlıq işləri uğurla başa çatd…

01-12-2021-20-13 İQTİSADİYYAT

Mövsümə hazırlıq işləri uğurla başa çatdırılıb

Muxtar respublikada illər öncə müxtəlif yanacaq növlərinə ...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR