26 Oktyabr 2021, Çərşənbə axşamı
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə…

Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub  YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da…

Prezident İlham Əliyev Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər…

“ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət”…

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin…

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub YENİLƏNİB - FOTOLAR

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.  Azərbaycan…

Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun…

Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq YENİLƏNİB  - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının…

“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub  YENİLƏNİB-2 - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və…

Ordubad dəmir yolu stansiyası ilə tanışlıq YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında…

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib  YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Prezident İlham Əliyevin bu qədim torpağa növbəti səfəri də tarixi hadisəyə çevrildi

Naxçıvan muxtariyyət tarixinin doxsanıncı ilini yaşayır. Bu doxsan illik müddət 5000 illik şəhər mədəniyyəti tarixinə malik olan Naxçıvanın bütün tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Qədim diyarın çoxəsrlik tarixində üç böyük intibah dövrünü fərqləndirmək mümkündür: eramızdan əvvəl IX-VII əsrlər Naxçıvan tarixinin birinci intibah dövrü, eramızın XII əsri Naxçıvan tarixinin ikinci intibah dövrü, XX əsrin sonu, XXI əsrin əvvəlləri isə bu qədim yurdun tarixinin üçüncü intibah dövrüdür.
Hər üç intibah dövrü üçün xarakterik olan əsas cəhət ondan ibarətdir ki, göstərilən dövrlərin hər birində Naxçıvanın tərəqqisi və inkişafı, birbaşa olaraq, Azərbaycan ərazisində formalaşmış müstəqil dövlətin mövcudluğu ilə əlaqədar olmuşdur.

Bu gün müstəqil Azərbaycan dövləti öz qüdrətinin zirvəsini yaşamaqdadır. Əgər Azərbaycanın dünyada müstəqil ölkə kimi özünütəsdiq mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, Azərbaycanın dünyada gedən proseslərdə həlledici rol əldə etməsi, özünü bütün dünyada etibarlı tərəfdaş kimi təsdiq etməsi ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Təbii ki, ikinci mərhələ birincinin davamı olmaqla qurulmuş möhkəm əsaslar üzərində inkişaf etməkdədir. Əgər birinci mərhələ ölkənin böhrandan çıxarılması mərhələsi kimi səciyyələnirsə, bu gün yaşamaqda olduğumuz ikinci mərhələ isə Azərbaycanın kompleks inkişafının, bütün regionların yüksək iqtisadi inkişafının təmin edilməsi mərhələsidir. Naxçıvan Muxtar Respublikası ölkəmizdə aparılan quruculuq, iqtisadi inkişaf və tərəqqi proseslərinin önündə getməklə ümummilli intibahda lokomotiv rolunu qoruyub saxlamaqdadır.

Blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Naxçıvanın ümumi inkişaf proseslərinin ön sıralarında olması ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın bu ayrılmaz tərkib hissəsinə xüsusi diqqət və qayğısından, muxtar respublika rəhbərinin ümummilli lider Heydər Əliyev yoluna, ideyalarına sadiqliyindən, naxçıvanlıların böyük Vətən sevgisindən qaynaqlanır.
Ölkə başçısı cənab İlham Əliyev ötən 10 illik prezidentlik müddəti dövründə Naxçıvana 11 dəfə səfər etmiş, bu səfərlər zamanı 70-dən çox obyekt istifadəyə verilmişdir.
Dövlət başçısının Naxçıvana səfərləri zamanı istifadəyə verilən obyektlərin hər biri Naxçıvanın inkişafı istiqamətində bir istiqamətverici məqam olmuşdur. Məsələn, 2004-cü il may ayının 12-də Naxçıvana səfər edən ölkə başçısının tamamilə yenidən qurulmuş Naxçıvan Beynəlxalq Hava Limanının açılışını etməsi, bu hava limanına açılışdan bir ay öncə, aprel ayında beynəlxalq status verilməsi həm də Naxçıvanın blokada vəziyyəti ilə bağlı beynəlxalq aləmə verilən bir mesaj idi. Bununla cənab Prezident Naxçıvanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırmışdı. Daha sonra ölkə başçısı cənab İlham Əliyev “N” hərbi hissədə yeni korpusun açılışını etmiş, Naxçıvanın təkcə nəqliyyat infrastrukturu və iqtisadi baxımından deyil, həm də hərbi müdafiə qabiliyyətinin möhkəmləndirilməsi baxımından gücləndirildiyini nümayiş etdirmişdi. Bu səfər həm də Naxçıvan Muxtar Respublika Xəstəxanasında kompüter tomoqrafiyası kabinetinin, Naxçıvan Dövlət Universitetinin yeni kitabxana binasının, AMEA Naxçıvan Bölməsinin yeni korpusunun, Yeyinti Sənaye Kompleksinin, Əlillərin Bərpa Mərkəzinin açılışı ilə yaddaqalan olmuşdu.
Ölkəmizin gələcəyi müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə yanaşı, təhsildən və elmdən, gənc nəslin sağlam və bilikli böyüməsindən əhəmiyyətli dərəcədə asılıdır. Cənab Prezidentin 2 sentyabr 2004-cü il tarixdə muxtar respublikaya səfərinin baş ideyasını məhz bu prioritetin reallığa çevrilməsi təşkil etmişdir. Belə ki, bu səfər zamanı ölkə rəhbəri Heydər Əliyev adına tam orta məktəbin, Mülki Müdafiə Mərkəzinin və Naxçıvan Üzgüçülük Mərkəzinin açılışını etmişdi.
Prezidentin 2005-ci ilin dekabr ayındakı səfəri zamanı isə Şahbuz rayonunun Ayrınc kəndində tam orta məktəb binası istifadəyə verilmiş, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzinin və Kitab evinin açılışı olmuşdu.
Naxçıvanın əsas təhlükəsizlik məsələlərindən biri olan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər də məhz ötən on il ərzində öz bəhrələrini vermişdir. Təkcə cənab Prezidentin 2006-cı ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bu profilli iki irimiqyaslı obyektin – Modul Tipli Elektrik Stansiyası və Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının açılışı olmuşdur. Sonrakı dövrdə Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə Su Elektrik Stansiyasının və Ordubad rayonunda maksimal gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyasının istifadəyə verilməsi və həyata keçirilən digər işlər sayəsində Naxçıvan Muxtar Respublikası elektrik enerjisi alan regiondan elektrik enerjisi ixrac edən regiona çevrilmişdir.
2006-cı ildəki səfər zamanı ölkə başçısı həmçinin Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin, 7 nömrəli tam orta məktəbin, “Cahan Holdinq” Şirkətlər Qrupunun yeni istehsal sahələrinin, Ordubad internat məktəbi kompleksinin açılış mərasimlərində də iştirak etmişdi.
Təbii ki, istənilən ölkənin, regionun inkişafı digər ölkələrlə iqtisadi əlaqələr olmadan qeyri-mümkündür. Azərbaycanın müəyyən edilmiş vahid xarici siyasət konsepsiyasına uyğun olaraq, muxtar respublikanın qonşu dövlətlər və həmsərhəd regionlarla əlaqələri də ötən on il ərzində böyük bir inkişaf yolu keçmişdir. Prezidentin 2007-ci il səfərinin ən yaddaqalan məqamlarından biri Azərbaycanla İran arasında Şahtaxtı-Poldəşt keçid məntəqəsinin açılışı olmuşdur. Bu səfər zamanı Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının və Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin açılışı olmuş, Şərur Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmişdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın vahid xarici siyasət konsepsiyasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının da qonşu ölkələrlə mədəni-humanitar və iqtisadi sahələrdə əlaqələrinin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması məhz bu məqsədə xidmət edir. Dövlət başçısının 2008-ci ilin iyun səfəri zamanı Culfa Rayon Mərkəzi Xəstəxanası, Naxçıvan Əyləncə Mərkəzi, Naxçıvan Tibb Məktəbinin yenidən qurulmuş binası, Şahbuz rayonunda hərbçilər üçün yaşayış binası ilə yanaşı, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yeni binası da istifadəyə verilmişdir. Bu səfər “Duzdağ” Fizioterapiya Mərkəzinin açılış mərasimi ilə də yaddaqalan olmuş, mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yanaşı, Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdi.
Ölkə başçısının 2009-cu ildəki səfəri zamanı Heydər Əliyev Sarayı, Badamlı Mineral Sular Zavodu, Naxçıvan şəhərindəki Şahmat Mərkəzi, Doğum Mərkəzi, Naxçıvan-Sədərək magistral avtomobil yolunun bir hissəsi, Şərur Olimpiya-İdman Kompleksi, Şahbuz Rayon Mərkəzi Xəstəxanası kimi çoxsaylı obyektlərin açılış mərasimləri olmuşdur.
Kəngərli rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, Şərur rayon Yengicə kənd tam orta məktəbinin yeni binasının, Naxçıvan-Sədərək magistral yolunun, Şərur rayonunun Maxta kənd tam orta məktəbinin, Sədərək Rayon Mərkəzi Xəstəxanasının, 2 nömrəli Sədərək kənd tam orta məktəbin, Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsinin, Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin, “Gəmiqaya” Daş Məhsulları Kompleksinin, Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimlərində dövlət başçısı 2010-cu ilin oktyabr ayındakı səfəri zamanı iştirak etmişdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza 2012-ci ilin may ayındakı səfəri də çoxsaylı obyektlərin açılışı ilə yaddaqalan olmuş, Prezident Vətən sevgisi üzərində ucaldılan Naxçıvanın tərəqqisinin və intibahının səbəbini öz müdrik nitqi ilə belə açıqlamışdı: “Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar. Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”.
Bəli, məhz yuxarıda sadalanan xüsusiyyətlər inkişafın Naxçıvan modelinin və ya Naxçıvan möcüzəsinin əsas səbəbi olmuşdur. Bu modelin əsas uğuru blokada şəraitində, ölkənin əsas ərazisi ilə birbaşa əlaqənin olmadığı şəraitdə belə, inkişafı təmin etməsində, eyni zamanda inkişafın sistemli xarakter daşımasında və sürətli təkamül yolu ilə getməsindədir. Blokada şəraitində – iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işləri, sosial problemlərin səmərəli həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakterik xüsusiyyətləridir. Bütün bunlar – iqtisadi sahə ilə yanaşı, ictimai həyatın bütün sahələrində gedən kompleks inkişaf prosesləri tariximizin ən yeni dövrünü məhz Naxçıvan tarixinin üçüncü intibah dövrü adlandırmağımıza imkan verir.
Ən nəhayət, cənab Prezidentin bu il aprelin 7-8-də Naxçıvana səfəri. Bu səfər Naxçıvanda təkcə yeni obyektlərin açılışı ilə deyil, həm də muxtariyyətin 90 illik yubileyi ilə əlamətdar oldu. Bu səfər çərçivəsində cənab Prezidentin açılışını etdiyi bütün obyektlərin – Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Gənclər Mərkəzi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binası, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları və digər obyektlərin hər biri Naxçıvanın muxtariyyətinin 90 illik yubileyinə dəyərli töhfələr və Azərbaycan dövlətinin naxçıvanlılara dəyərli hədiyyələri idi.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqini isə muxtar respublikanın son illərdə qazandığı uğurlara, nailiyyətlərə dövlət başçısının strateji qiyməti hesab etmək olar.
Təntənəli mərasimin videoyazısını izləyərkən bir neçə məqam xüsusilə diqqətimi çəkdi. İlk növbədə, muxtariyyətin əldə edilməsində, qorunub saxlanılmasında olduğu kimi, Naxçıvan Muxtar Respublikasının müasir inkişafının da Naxçıvan insanının fövqəladə əzminin nəticəsi olduğunu ölkə başçısı xüsusi vurğuladı və bu münasibətlə naxçıvanlıları təbrik etdi. Prezident dedi: “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır.
Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.  
Dövlət başçısı Naxçıvan ordusu haqqında danışdı və torpaqlarımızın işğal faktorunun bu sahənin xüsusi diqqətdə saxlanılmasını şərtləndirdiyini qeyd etdi: “Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu artıq reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan vardır. Azərbaycan dövləti zəngin dövlətdir. Bildiyiniz kimi, bizim dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə qədər ki torpaqlarımız işğal altındadır, bu, belə də olmalıdır”.
Naxçıvanın enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasından da qürurla danışan dövlət başçısı bütün qazanılan uğurların məhz ulu öndər Heydər Əliyevin tapşırıqlarının şərəflə yerinə yetirilməsinin nəticəsi olduğunu dedi: “Yəni aparılan islahatlar, düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızı şərtləndirir. Son 10 ilin inkişafı onu göstərir ki, biz, ulu öndərin davamçıları onun bütün tapşı­rıqlarını şərəflə yerinə yetirmişik”.

P.S. Bəli, bu gün ulu öndərin layiqli davamçıları onun ideyalarını ləyaqətlə gerçəkləşdiriblər. Ulu öndər Heydər Əliyevin haqlı mövqeyi, haqlı Azərbaycan mübarizəsi ölkəmizi çiçəklənmə yoluna çıxarmışdır. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevə qarşı aparılan böhtan kampaniyalarını, parlament və hökumətdə bəzi “siyasət”çilərin ŞƏXSİYYƏTƏ qarşı qısqanclığını, onu mərkəzdən – Bakıdan və mərkəzi proseslərdən uzaqlaşdırmaq, başqa sözlə desək, onu ətrafın, xalqın gözündən gizlətmək cəhdlərini xatırlayanda bir daha əmin olursan ki, haqq-ədalət bir gün mütləq qalib gəlir. Günəşin işığının qarşısını heç nə ilə kəsmək olmur. Haqq işi uğrunda, ədalət uğrunda mübarizə aparan fenomenal istedadlı, siyasi mənafelərə deyil, dövlət mənafelərinə xidmət edən ŞƏXSİYYƏTin qarşısını cılız şəxsi mənafeyini düşünən ünsürlər kəsə bilməz. Və tarixin ən böyük həqiqəti ondan ibarətdir ki, bir gün hər kəs mütləq həqiqəti, onun qələbəsini alqışlayır. Cənab Prezidentin çıxışı zaman bütün zal boyu səslənən sürəkli alqışlar da məhz bunu ifadə edirdi.

Elnur KƏLBİZADƏ

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

“Əkinçi”nin 100 yaşlı varisi” adlı yubi…

25-10-2021-17-14 İCTİMAİ-SİYASİ

“Əkinçi”nin 100 yaşlı varisi”  adlı yubiley tədbiri keçirilib

Dünən Naxçıvan Şəhər İcra Hakimiyyətində “Şərq qapısı” qəz...

Beynəlxalq sərgilər yeni tərəfdaşların a…

25-10-2021-16-31 İCTİMAİ-SİYASİ

Beynəlxalq sərgilər yeni tərəfdaşların axtarışında səmərəli vasitədir

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, ixracın...

Əcnəbi tələbələrə Azərbaycan dilini öyrə…

25-10-2021-16-28 İCTİMAİ-SİYASİ

Əcnəbi tələbələrə Azərbaycan dilini öyrədən ilk nümunə, yaxud “Əcnəbilər üçün Azərbaycan dili dərsliyi” haqqında qeydlər

Özünün zəngin mədəniyyəti, adət və ənənələri ilə daim xari...

Naxçıvan Qarnizonu Qoşunlarında kursları…

24-10-2021-17-39 İCTİMAİ-SİYASİ

Naxçıvan Qarnizonu Qoşunlarında kursları bitirən gənclərə sertifikatlar təqdim edilib

  Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq ...

Naxçıvanda “Hüseyn Cavid Poeziya Günü” q…

24-10-2021-17-22 -Mədəniyyət

Naxçıvanda “Hüseyn Cavid Poeziya Günü” qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci ...

Turizm və media nümayəndələri: "Çox…

24-10-2021-16-56 İCTİMAİ-SİYASİ

Turizm və media nümayəndələri: "Çoxəsirlik tarixə malik olan Naxçıvan yaradcı insanların, o cümlədən turistlərin marağında olan ideal məkandır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Turz...

Turizm və media nümayəndələri: “Muxtar r…

22-10-2021-22-05 İCTİMAİ-SİYASİ

Turizm və media nümayəndələri: “Muxtar respublikada həm infrastruktur qurulub, həm də insan  potensialı inkişaf etdirilib. Bu mənada Naxçıvan Turizm Destinasiyası hazır, populyar destinasiyadır”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Turi...

Cavid sənəti ölməzdir

22-10-2021-21-37 -Mədəniyyət

 Cavid sənəti ölməzdir

Qədim Naxçıvan torpağı nələrə şahid olmadı, kimlər yetişmə...

Fərdi yaradıcılıq sərgisi təşkil olunub

22-10-2021-21-26 -Mədəniyyət

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birli...

Çağırışçılar hərbi xidmətə yola salınıb

22-10-2021-21-24 İCTİMAİ-SİYASİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin m...

Ağciyər Xəstəlikləri Dispanserinə yeni t…

22-10-2021-21-22 -Səhiyyə

Ağciyər Xəstəlikləri Dispanserinə yeni tibbi avadanlıqlar verilib

Cari ildə aparılan yenidənqurma və əsaslı təmir işlərindən...

Qubadlı həsrəti sona yetdi

22-10-2021-21-05 İCTİMAİ-SİYASİ

Qubadlı həsrəti sona yetdi

İllər öncə yaşadığım, Füzuli rayonunun Alxanlı kəndində qo...

Xalq rəssamı Kamil Əliyevin 100 illik yu…

22-10-2021-21-02 -Elm və təhsil

Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi  münasibətilə elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Nax...

Səfir Hildi Hamid: “Naxçıvanın turizm po…

22-10-2021-20-59 İCTİMAİ-SİYASİ

Səfir Hildi Hamid: “Naxçıvanın turizm potensialından  indoneziyalıların istifadə etməsi fəaliyyətimin əsas istiqamətlərindən biri olacaq”

İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahi...

Media-tur iştirakçıları: “Naxçıvan YUNES…

22-10-2021-00-14 İCTİMAİ-SİYASİ

Media-tur iştirakçıları: “Naxçıvan YUNESKO-nun ilkin siyahısına  salınacaq tarixi abidələrlə, turizm potensialı ilə zəngin bir diyardır”

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi muxtar res...

STEAM Tədris Mərkəzindən “TinkerCad proq…

21-10-2021-23-13 -Elm və təhsil

STEAM Tədris Mərkəzindən “TinkerCad proqramı ilə 3D modelləşmə” mövzusunda ilk interaktiv dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıva...

Azərbaycan xalça sənətinin kamillik zirv…

21-10-2021-23-07 -Mədəniyyət

Azərbaycan xalça sənətinin kamillik zirvəsində

Kamil Əliyev – 100 Azərbaycan xalqının milli-mənəvi dünya...

Naxçıvan Dövlət Universitetində “Şərq qa…

21-10-2021-19-13 İCTİMAİ-SİYASİ

Naxçıvan Dövlət Universitetində “Şərq qapısı” qəzetinin  yubiley tədbiri olub - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qa...

İnkişaf, tərəqqi və yüksəlişin dəyişməz …

21-10-2021-18-39 İCTİMAİ-SİYASİ

İnkişaf, tərəqqi və yüksəlişin dəyişməz ünvanına çevrilən Naxçıvan

İcmal Heydər Əliyev siyasi xəttinin təntənəsi Azərbaycan...

Türkiyə Prezidenti Azərbaycana səfər edə…

21-10-2021-14-56 İCTİMAİ-SİYASİ

Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi

Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramı...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR