25 Oktyabr 2021, Bazar ertəsi
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə…

Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub  YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da…

Prezident İlham Əliyev Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər…

“ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət”…

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin…

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub YENİLƏNİB - FOTOLAR

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.  Azərbaycan…

Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib YENİLƏNİB- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun…

Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq YENİLƏNİB  - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının…

“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub  YENİLƏNİB-2 - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və…

Ordubad dəmir yolu stansiyası ilə tanışlıq YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında…

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib  YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarından biridir. Onun dövlətçilik tarixi beş min ildən artıqdır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik siyasi birliklər hələ e.ə. IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdır. İlk dövlət qurumu Aratta idi. Aratta Cənubi Azərbaycanda e.ə. III minilliyin birinci yarısında meydana gəlmişdir. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır. E.ə. III minilliyin ikinci yarısında lullubi tayfalarının ittifaqı yaranmışdır. Sonradan su və turukki tayfaları bu ittifaqa daxil olmuşlar. E.ə. XXIII əsrdə lullubi tayfaları dövləti yaranmışdır ki, bu da Cənubi Azərbaycanın ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi. E.ə. III minilliyin ikinci yarısında Kutium dövləti yaranmışdır. Qədim Azərbaycan dövlət qurumları olan Lullubi və Kutium (kutilər) dövlətçilik tarixində dərin iz qoymuşlar. E.ə. I minillikdə-e. I minilliyinin əvvəllərində və sonrakı dövrdə Azərbaycan torpaqlarında Manna, İskit, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. IX əsrin ortalarından başlayaraq Azərbaycan ərazisində dövlət qurumları bərpa edilmişdir. Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Qacarlar Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutmuşdur. XX əsrin əvvəllərində Şimali Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti, Cənubi Azərbaycanda isə Azadistan dövləti yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti parlamenttipli demokratik respublika idi. 

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi ilk ildə Naxçıvan bölgəsində Araz-Türk Respublikası yaradılmışdır. Bu respublikanın tarixi və nümayəndələri barədə Q.Mədətov, Ə.Əliyev, A.Hacıyev, İ.Musayev, Ş.Tağıyeva, N.Nəsibzadə, T.Əzizov, S.Sadıqov, N.Mustafa, İ.Atnur, A.Gökdəmir, E.Mədətli, H.Cəfərov, A.Abbasoğlu, N.Əliyev, Z.Acar və başqaları monoqrafiya, kitab və məqalələr yazmışlar. Tədqiqatçılar içərisində A.Hacıyev və İ.Musayevin tədqiqatlarını xüsusilə qeyd etməliyik. A.Hacıyevin kitablarında Qars (Cənub-Qərbi Qafqaz Demokratik Respublikası) və Araz-Türk respublikalarının tarixi, Ermənistanın təcavüzünə qarşı bu respublikaların göstərdikləri müqavimət çoxsaylı yeni arxiv materialları əsasında işlənilmişdir. Lakin kitabda tarixi həqiqətə uyğun gəlməyən fakt və hadisələrə yer verməklə yanaşı, bu respublikaların tarixindən kənar məsələlərə də toxunulmuşdur. Professor İ.Musayevin tədqiqatlarında, xüsusilə Araz-Türk Respublikasının tarixinə aid məqaləsində bu respublikanın yaranması, süqutu, ərazisi, mərkəzi, dövlət və idarəçilik orqanları və sair məsələlərlə bağlı problemlərə aydınlıq gətirilmişdir. Bununla belə, hələ də Araz-Türk Respublikasının tarixi və fəaliyyəti ilə bağlı fərqli fikirlər mövcuddur ki, bunların dəqiqləşdirilməsinə ehtiyac vardır.

İlk növbədə, Araz-Türk Respublikasının nə vaxt, harada və hansı zərurətdən yaranmasına aydınlıq gətirilməlidir. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi illərdə çətin daxili və xarici amillərlə qarşılaşdığından Naxçıvana istənilən səviyyədə diqqət yetirə bilməmişdir. Bundan istifadə edən erməni daşnakları bölgəyə ardı-arası kəsilməyən basqınlar etmiş, əhalini qorxu və vahimə içərisində saxlamış, onları soyqırıma məruz qoymuş, Naxçıvanı azərbaycanlılardan təmizləməyə çalışaraq onu “böyük Ermənistan”a qatmaq istəmişlər. Bölgənin təhlükəsizliyini təmin etmək və ermənilər tərəfindən işğalına yol verməmək üçün Araz-Türk Respublikası yaradılmışdır. Tarixi tədqiqatlarda Araz-Türk Respublikasının yaranma tarixi və yeri mübahisəlidir. Ə.Əliyevə görə, bu respublika 1918-ci ilin iyul-avqust aylarında, Q.Mədətov, L.Hüseynzadə, S.Sadıqova görə, türk qoşunlarının Naxçıvanı tərk etməsindən əvvəl yaradılmışdır. A.Hacıyev respublikanın 1918-ci il noyabrın sonunda yarandığını yazır. Müəlliflərdən bəziləri (N.Mustafa, A.Gökdəmir, Z.Acar və başqaları) Araz-Türk Respublikasının yaranma tarixini noyabrın 3-ü götürürlər. Professor İ.Musayev bu faktların bir qismini təhlil etdikdən sonra da dəqiq tarixi göstərə bilməmiş, bunun təxminən 1918-ci ilin noyabrına, yəni Türkiyə qoşunlarının Azərbaycandan, o cümlədən də Naxçıvan bölgəsindən getdikləri dövrə təsadüf etdiyini yazmışdır. Bunu isə noyabrın 3-ü və 18-i kimi də götürmək olar. Noyabrın 18-i tarixini isə İ.Atnur qeyd etmişdir. Nazim Mustafa “Milli mücadilə qəhrəmanı – İbrahim bəy Cahangir­oğlu” məqaləsində yazır: “30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən, türk ordusu 1914-cü il sərhədlərinə çəkilmək məcburiyyətində qaldığından və bununla da, ermənilərin həmin əraziləri işğal etmək təhlükəsi yarandığından Ordubaddan Sürməliyədək ərazinin nümayəndələri noyabrın 3-də Qəmərli qəsəbəsinə toplanaraq Araz-Türk Hökuməti qurmaq haqqında qərar çıxarırlar”.
A.Gökdəmir isə yazır: “Bölgənin türk-islam əhalisinin təmsilçiləri Kamerli (Qəmərli – İ.H.) qəsəbəsinə toplaşaraq böyük bir məclis qurmuşlardı. Başda Naxçıvan olmaqla Rəvanın güneyindən, Şərur, Eçmiyədzin və Sürməlidən gələn nümayəndələr toplanmışdı. Yapılan müzakirələrdən sonra bir hökumət qurulmasına qərar verilmişdi. Hökumət 6 üzvdən və bir hökumət rəisindən ibarət idi. 3 noyabr 1918-ci ildə mərkəzi İqdır olmaqla Araz-Türk Hökuməti quruldu”. Müəllif əsərinin qeydində yazır ki, burada hökumətin bəyannaməsi vardır və Rüştü bəyə müraciət tarixi 3 noyabr 1918-ci ildir. Ona görə də Araz-Türk Hökuməti bu tarixdə yaradılmışdır. Bu fikri və tarixi Ziya Zakir Acar da təsdiq edir. Fikrimizcə, bir sıra məntiqi mülahizələri, tarixi hadisələrin təhlilini əsas götürsək, Araz-Türk Respublikasının 1918-ci il noyabrın 3-də yaradıldığını təsdiq edə bilərik.
Bu respublikanın mərkəzi barədə də fikirlər müxtəlifdir. Araz-Türk Respublikasının mərkəzi Naxçıvan, Qars, İqdır, Qəmərli və başqa şəhərlər göstərilir. Quruluş bəyannaməsində İqdır yazılmışdır. İ.Atnur yazır ki, mərkəz rəsmən İqdır göstərilsə də, burada heç bir yığıncaq keçirilmə­mişdir. Hökumətin elanı və bütün tədbirlər Qəmərlidə olmuşdur. N.Mustafa bir yazısında İqdır göstərsə də, sonradan fikrini dəyişərək yuxarıda adıçəkilən məqaləsində Qəmərli olduğunu yazmışdır. A.Gökdəmir qeyd edir ki, mərkəzi İqdır olmaq üzrə Araz-Türk Hökuməti quruldu. Z.Acar da mərkəzin İqdır olduğunu göstərmişdir. A.Hacıyev, L.Hüseynzadə, İ.Musayev və başqaları Naxçıvan şəhərinin Araz-Türk Respublikasının mərkəzi olduğunu yazmışlar. T.Əzizov, Ş.Tağıyeva və N.Nəsibzadə isə mərkəzin əvvəlcə Qəmərli olduğunu, sonra isə erməni hücumu ilə bağlı Naxçıvana köçürüldüyünü yazırlar. Qars ərazisi Araz-Türk Respublikasının tərkib hissəsi olmadığından onun mərkəzi Qarsda yerləşə bilməzdi. L.Hüseynzadə “Araz şahiddir” kitabında Naxçıvandakı hadisələrdən bəhs edərək yazır: “Oktyabr ayının son günləri idi. Kazım Qarabəkir paşanın son iqamətgahı olan Rəhim xanın evinin qarşısında çoxlu adamlar toplaşmışdı... Burada Naxçıvanın gələcək taleyi – dövlətçilik statusu haqqında məsələ müzakirə edilirdi. Bu iclasda Kazım Qarabəkir paşa dedi: “Naxçıvanın gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacib və zəruridir. Zatən siz naxçıvanlılar milli azadlıq mübarizəsində tarixə şanlı səhifələr yazmışsınız. Dövlətçilik hüququna və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş meydanlarında düşmənə qələbə çalaraq qazanmışsınız. Şərqin qapısında, Naxçıvanda bir cümhuriyyət qurulmalıdır”. Burada Araz-Türk Hökumətinin Naxçıvanda yaradılmasından söhbət gedir. Qeyd etməliyik ki, L.Hüseynzadə o hadisələrin canlı şahidi olmuşdur.
Araz-Türk Respublikasının mərkəzi kimi, onun ərazisi barədə də müxtəlif fikirlər irəli sürülmüşdür. General Veysəl Ünüvar yazmışdır ki, “Araz-Türk Hökuməti Ordubaddan Gərnibasar bölgəsinə qədər dağlarla Araz çayı arasındakı ərazini əhatə edirdi”. N.Mustafaya görə Ordubaddan Sürməliyədək olan torpaqlar bu respublikanın ərazisinə daxil idi. İ.Musayevlə A.Hacıyevin fikirləri üst-üstə düşür. Sadəcə, A.Hacıyev Qəmərlini Kəmərli kimi yazmışdır. Arxiv sənədlərini əsas götürərək deyə bilərik ki, Araz-Türk Respublikasının hüdudları Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və sair əraziləri əhatə edirdi. Araz-Türk Respublikasının ərazisinin sahəsi bu sətirlərin müəllifi və tarix üzrə fəlsəfə doktoru M.Quliyev tərəfindən hesablanmış, dəqiqləşmələr aparılmışdır. Araz-Türk Respublikasının ərazisinə Sürməli qəzası, Üçmüəzzin qəzasının bir hissəsi, Sərdarabad, İrəvan qəzasının bir hissəsi – Uluxanlı (Zəngibasar), Qəmərli (Gərnibasar), Vedi (Vedibasar), Şərur-Dərələyəz qəzası, Naxçıvan qəzası, Ordubad qəzası, Mehri bölgəsi daxil olmuşdur. Sahəsi 8696 kvadratkilometrə çatırdı. Əhalisi bir milyon nəfərdən artıq idi.
Araz-Türk Respublikasının fəaliyyətə başlaması ilə bir sıra dövlət və idarəçilik orqanları da yaradılmışdır ki, bu barədə də bəzən qeyri-dəqiq ifadələr işlədilir, müxtəlif fikirlər səsləndirilir. Araz-Türk Respublikası hökumətinin tərkibi, qeyd etdiyimiz kimi, sədrdən və 6 üzvdən ibarət olmuşdur. Hökumətin sədri Əmir bəy Əkbərzadə idi.
Araz-Türk Hökumətinin tərkibində aşağıdakı nazirliklər yaradılmışdı: hərbi, mülki, ədliyyə, maliyyə, xarici və şeyxülislam. Hökumət bu şəxslərdən təşkil olunmuşdu: İbrahim bəy Cahangiroğlu (hərbi nazir), Qənbər Əlibəy (Qənbəralı) Bənəniyarlı (maliyyə naziri), Bağır bəy Rzazadə (inzibati nazir), Məmməd Bəyzadə (ədliyyə naziri), Həsənağa Şəfizadə (xarici işlər naziri) və Mirzəhüseyn Mirzə Həsənzadə və Lütfi Xoca Ekid Əfəndi (şeyxülislam), general Əli Əşrəfbəy (fəxri üzv və aşirət rəisi).
Araz-Türk Respublikasının yaradılmasında ən başlıca məqsəd bölgənin erməni işğalına düşməsinə imkan verməmək idi. Hökumətin rəhbərliyi bu istiqamətdə fəal iş aparırdı və Türkiyənin yardımından istifadə edirdi. Türkiyə dövlətinin Araz-Türk Respublikası hökuməti yanındakı daimi hərbi müşaviri Xəlil bəy, Osmanlı qoşunlarının Naxçıvanda saxlanılan 5 zabit və 300 əsgəri bu istiqamətdə müəyyən işlər görmüşdülər. Xəlil bəy Türkiyə ilə Araz-Türk Cümhuriyyəti arasında əlaqəni təmin edirdi. Araz-Türk Respublikasının hərbi qüvvələrinin yaradılması və formalaşdırılmasında hərbi nazir İbrahim bəy Cahangiroğlunun böyük əməyi olmuşdur. Onun köməyi ilə qısa müddətdə silahlı qüvvələr təşkil olunur, 500 nəfərlik süvari alayı yaradılmağa başlanılır. Yaradılan könüllü xalq dəstələri təxminən 20 tabordan ibarət idi. Taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Zəngibasar, Vedibasar və Qəmərlidə yerləşdirilmişdi.
Araz-Türk Respublikasının Parlamenti yaradılmış, lakin parlament fəaliyyətini genişləndirə bilməmişdir. Respublika ərazisində milis idarələri və onların sahə şöbələri yaradılmışdı. Bütün qüvvələr Naxçıvanın qorunmasına və idarə olunmasına yönəldilmişdi. Yaradılan könüllü müqavimət dəstələri erməni daşnaklarına layiqli cavab verirdi. Xüsusilə Şərur-Dərələyəz mahalındakı Zeyvə kəndi yaxınlığında baş verən döyüşdə 6 min nəfərlik könüllü müqavimət dəstələri erməni hərbi qüvvələrini darmadağın etmişdilər.
Araz-Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyəti və Cənub-Qərbi Qafqaz Respublikası (Qars Respublikası) ilə əlaqələri də maraq doğurur. Bu barədə də tarixşünaslığımızda, xarici ölkə tədqiqatçılarının araşdırmalarında fikir müxtəlifliyi vardır.
Araz-Türk Respublikası hökuməti Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olduğunu elan etmiş, onunla əlaqələr yaratmağa çalışmış, birləşmək üçün yollar aramış və Azərbaycan hökumətindən yardım istəmişdi.
Araz-Türk Hökumətinin bu addımları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən razılıqla qəbul olunmuş və müəyyən tədbirlər görülmüşdü. Belə ki, “Azərbaycan parlamentinin yaradılması haqqında qanun”da yazılırdı ki, Azərbaycan ərazisini... İrəvan quberniyasının bəzi hissələri təşkil edir. Parlamentə İrəvan quberniyasının Azərbaycan hissəsindən (Naxçıvan, Şərur və Ordubaddan söhbət gedir) üç nəfər millət vəkili seçilməlidir. Azərbaycan Parlamentinin açılışında Araz-Türk Hökumətinin rəsmi nümayəndəsi P.Əliyev də iştirak etmişdir. 1919-cu ilin martında Araz-Türk Respublikasının hərbi hissəsinin rəisi Bəhram xan Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyəti ilə münasibətləri sıxlaşdırmaq üçün Bakıya göndərilmişdi. B.Naxçıvanskinin apardığı danışıqlardan sonra AXC hökumətinin Naxçıvana göndərdiyi 10 nəfərlik zabit heyəti Araz-Türk Respublikasının hərbi hissələrində təlim keçmiş, kəşfiyyat işlərinin təşkilində və sərhəd xətlərinin möhkəmləndirilməsində iştirak etmişdi. AXC hökuməti 1919-cu ilin büdcə layihəsində Bakı-Culfa dəmir yolunun tikintisinə vəsait ayırmışdı. Göründüyü kimi, Araz-Türk Respublikası ilə AXC arasında qarşılıqlı əlaqələr olsa da, onun gözlədiyi köməyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti edə bilmirdi.
Araz-Türk Respublikası ilə Cənub-Qərbi Qafqaz Respublikası arasındakı münasibətlər, qarşılıqlı əlaqələr də maraq doğurur. Son illərə qədər bəzən bu iki respublika arasında fərq tapmaq çətinlik yaradırdı, bunlar bir-birinə qarışdırılırdı. Çox yaxşı haldır ki, həm ölkəmizdə, həm də Türkiyə Cümhuriyyətində hər iki respublikanın tarixinə dair araşdırmalar aparılmış və bu, indi də davam edir. XX əsrin əvvəllərində Cənub-Qərbi Qafqaz ərazisində olan yerli türk əhalisinin azadlıq uğrunda qeyri-adi qəhrəmanlıqla mübarizəsi başlayır. Xalq birləşir, təşkilatlanır, siyasi tədbirlər görür. Nəticədə, “Axısqa hökuməti”, “Araz-Türk Hökuməti”, “Qars İslam Şurası”, “Milli Şura Hökuməti” və “Cənubi Qafqaz Hökuməti” adlanan türk respublikaları qurulur.
Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası “Axısqa hökuməti-Müvəqqətəsi” olmuşdur. Bu hökumət türk ordusu Axısqa-Axılkələkdən çıxarılacağı ərəfədə qurulmuşdu. Noyabrın 5-də isə Qars İslam Şurası adlı yerli hökumət yaradılır. Noyabrın 14-də keçirilən 1-ci Qars konqresində Qars, Axıska, Artvin və Batum vilayətləri birləşdirilərək Milli İslam Şurası qurulur. Noyabrın 30-da keçirilən konqresdə Araz-Türk Hökuməti ilə Milli İslam Şurası birləşərək Batumdan Ordubada qədər ərazidə Milli Şura Hökuməti yaradılır. Araz-Türk Respublikasının hərbi naziri İbrahim bəy Cahangiroğlu şura rəisi seçilir. Bu birləşməni əsas götürən bir sıra tədqiqatçılar Araz-Türk Respublikasının mövcudluğunu 3 (18) noyabr 1918-30 noyabr 1918-ci il tarixləri ilə əlaqələndirir, 30 noyabrı Araz-Türk Respublikasının fəaliyyətinin son tarixi hesab edirlər. Lakin İ.Musayev, A.Hacıyevin də göstərdikləri kimi, bu birləşmə sırf formal səciyyə daşımış, sadəcə, 1918-ci il dekabrın 1-də Qars Müsəlman Milli Şurası tərəfindən “Cənub-Qərbi Qafqaz Respublikasının yaranması haqqında” qərar-akt qəbul edilərkən onun ərazisi sayılan mahalların sırasında Naxçıvan və Şərur qəzalarının da adları çəkilmişdi”. Araz-Türk Respublikası Cənub-Qərbi Qafqaz Respublikası ilə paralel olaraq öz fəaliyyətini davam etdirmişdi. 17-18 yanvar 1919-cu ildə keçirilən Qars konqresində mərkəzi Qars olmaqla, Cənub-Qərbi Qafqaz Respublikası elan edilir və hökumət rəisi yenə də İbrahim bəy seçilir. Müstəqil daxili və xarici siyasət yeridən bu hökuməti 12 aprel 1919-cu ildə ingilislər süquta uğradır və İbrahim bəy başda olmaqla, 13 nəfər parlament üzvü Malta adasına sürgün edilir.
Araz-Türk Hökumətinin fəaliyyətinin Q.Mədətov 1919-cu ilin may ayına, A.Hacıyev isə həmin ilin iyun ayına qədər davam etdiyini yazmışlar. Əslində, bunlar həqiqətə uyğun deyildir. Fikrimizcə, Araz-Türk Respublikasının süqutu 1919-cu il mart ayının əvvəllərinə təsadüf edir. Bu barədə bir sıra faktlar vardır. Yuxarıda qeyd etmişdik ki, 1919-cu il martın əvvəlində Araz-Türk Hökuməti öz nümayəndələrini Bakıya göndərmişdi. İkinci bir fakt: Araz-Türk Hökuməti tərəfindən Azərbaycana göndərilmiş Paşa Bayramov Tiflisdə Bəhram xanla görüşmüşdür. Bəhram xan ona Araz-Türk Hökumətinin yıxıldığını, yerində onun mənsub olduğu hökumətin qurulduğunu bildirmişdi. Həqiqətən də, ermənilər 1919-cu ilin yanvar-fevralında Qəmərliyə hücum edərkən keçmiş Araz-Türk Respublikası öz-özünə dağıldı və Kalbalı xan Naxçıvan dəstəsi ilə Şərur əhalisinin köməyinə gedərək erməniləri darmadağın etdi, bölgədə Cəfərqulu xanın, Kalbalı xanın və Kərim xan İrəvanskinin daxil olduğu diktator hökuməti yarandı. Başqa bir arxiv materialı bu faktı təsdiq edir: “Bütün bu hadisələrin nəticəsində Əmir bəy hökuməti süquta uğradı, Naxçıvanda Cəfərqulu xan, Kalbalı xan və Kərim xan başda olmaqla yeni hökumət təşkil edildi”. İrəvan quberniyası müsəlmanları həmyerlilər cəmiyyətinin nümayəndəsi M.Mirbağırov 1919-cu il 25 fevralda Naxçıvanda Kalbalı xanla görüşmüş və burada Araz hökuməti “keçmiş” zamanda formasında işlədilmişdir. Göstərilən fakt və nümunələr onu təsdiq edir ki, 1918-ci il 3 noyabrda yaradılan Araz-Türk Respublikası 1919-cu il martın əvvəlində süquta uğramışdır.

Araz-Türk Respublikası qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, bölgənin taleyində mühüm rol oynamaqla Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etmişdi. O, Naxçıvan əhalisinin qüvvələrinin düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsində mühüm rol oynamaqla yanaşı, bölgənin ermənilər tərəfindən işğal edilməsinə imkan verməmişdir. Araz-Türk Respublikası dövründə əldə edilmiş nailiyyətlər təkcə o dövr üçün yox, Naxçıvan bölgəsinin taleyi, bu günü və gələcəyi üçün də çox böyük əhəmiyyətə malikdir.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

Naxçıvan Qarnizonu Qoşunlarında kursları…

24-10-2021-17-39 İCTİMAİ-SİYASİ

Naxçıvan Qarnizonu Qoşunlarında kursları bitirən gənclərə sertifikatlar təqdim edilib

  Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq ...

Naxçıvanda “Hüseyn Cavid Poeziya Günü” q…

24-10-2021-17-22 -Mədəniyyət

Naxçıvanda “Hüseyn Cavid Poeziya Günü” qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci ...

Turizm və media nümayəndələri: "Çox…

24-10-2021-16-56 İCTİMAİ-SİYASİ

Turizm və media nümayəndələri: "Çoxəsirlik tarixə malik olan Naxçıvan yaradcı insanların, o cümlədən turistlərin marağında olan ideal məkandır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Turz...

Turizm və media nümayəndələri: “Muxtar r…

22-10-2021-22-05 İCTİMAİ-SİYASİ

Turizm və media nümayəndələri: “Muxtar respublikada həm infrastruktur qurulub, həm də insan  potensialı inkişaf etdirilib. Bu mənada Naxçıvan Turizm Destinasiyası hazır, populyar destinasiyadır”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Turi...

Cavid sənəti ölməzdir

22-10-2021-21-37 -Mədəniyyət

 Cavid sənəti ölməzdir

Qədim Naxçıvan torpağı nələrə şahid olmadı, kimlər yetişmə...

Fərdi yaradıcılıq sərgisi təşkil olunub

22-10-2021-21-26 -Mədəniyyət

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birli...

Çağırışçılar hərbi xidmətə yola salınıb

22-10-2021-21-24 İCTİMAİ-SİYASİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin m...

Ağciyər Xəstəlikləri Dispanserinə yeni t…

22-10-2021-21-22 -Səhiyyə

Ağciyər Xəstəlikləri Dispanserinə yeni tibbi avadanlıqlar verilib

Cari ildə aparılan yenidənqurma və əsaslı təmir işlərindən...

Qubadlı həsrəti sona yetdi

22-10-2021-21-05 İCTİMAİ-SİYASİ

Qubadlı həsrəti sona yetdi

İllər öncə yaşadığım, Füzuli rayonunun Alxanlı kəndində qo...

Xalq rəssamı Kamil Əliyevin 100 illik yu…

22-10-2021-21-02 -Elm və təhsil

Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi  münasibətilə elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Nax...

Səfir Hildi Hamid: “Naxçıvanın turizm po…

22-10-2021-20-59 İCTİMAİ-SİYASİ

Səfir Hildi Hamid: “Naxçıvanın turizm potensialından  indoneziyalıların istifadə etməsi fəaliyyətimin əsas istiqamətlərindən biri olacaq”

İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahi...

Media-tur iştirakçıları: “Naxçıvan YUNES…

22-10-2021-00-14 İCTİMAİ-SİYASİ

Media-tur iştirakçıları: “Naxçıvan YUNESKO-nun ilkin siyahısına  salınacaq tarixi abidələrlə, turizm potensialı ilə zəngin bir diyardır”

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi muxtar res...

STEAM Tədris Mərkəzindən “TinkerCad proq…

21-10-2021-23-13 -Elm və təhsil

STEAM Tədris Mərkəzindən “TinkerCad proqramı ilə 3D modelləşmə” mövzusunda ilk interaktiv dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıva...

Azərbaycan xalça sənətinin kamillik zirv…

21-10-2021-23-07 -Mədəniyyət

Azərbaycan xalça sənətinin kamillik zirvəsində

Kamil Əliyev – 100 Azərbaycan xalqının milli-mənəvi dünya...

Naxçıvan Dövlət Universitetində “Şərq qa…

21-10-2021-19-13 İCTİMAİ-SİYASİ

Naxçıvan Dövlət Universitetində “Şərq qapısı” qəzetinin  yubiley tədbiri olub - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qa...

İnkişaf, tərəqqi və yüksəlişin dəyişməz …

21-10-2021-18-39 İCTİMAİ-SİYASİ

İnkişaf, tərəqqi və yüksəlişin dəyişməz ünvanına çevrilən Naxçıvan

İcmal Heydər Əliyev siyasi xəttinin təntənəsi Azərbaycan...

Türkiyə Prezidenti Azərbaycana səfər edə…

21-10-2021-14-56 İCTİMAİ-SİYASİ

Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi

Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramı...

“Magistrantların elmi fəaliyyəti və qar…

21-10-2021-10-04 -Elm və təhsil

“Magistrantların elmi fəaliyyəti  və qarşıda duran vəzifələr”  mövzusunda müşavirə

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən müşavirədə II k...

STEAM üzrə növbəti təlimlərə start veril…

21-10-2021-10-03 -Elm və təhsil

STEAM üzrə növbəti təlimlərə start verilib

İnkişaf etmiş ölkələrin təhsil sistemində elm, texnologiya...

Müəllim – ən şərəfli, ən ülvi, ən uca ad

21-10-2021-10-02 -Elm və təhsil

Müəllim – ən şərəfli, ən ülvi, ən uca ad

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini y...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR