16 Noyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bakı şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı II Beynəlxalq Gənclər Forumu keçirilir. Dünən forum iştirakçılarının Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib. Səfərdə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının gənclərlə işləyən dövlət və hökumət nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, gənc alimlər, ictimai fəal, yaradıcı və istedadlı gənclər iştirak edirlər.
Qonaqlar əvvəlcə Heydər Əliyev Muzeyində, “Duzdağ” Fizioterapiya Mərkəzində oldular. Əcəmi seyrəngahı ilə tanışlıq onlarda xoş təəssürat yaratdı. Gənclərə Açıq Səma Altında Muzey, XII əsr memarlıq nümunəsi olan Möminə xatın türbəsi və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi haqqında ətraflı məlumat verildi. Qonaqların ziyarət etdiyi ünvanlar arasında Nuh peyğəmbərin məzarüstü türbəsi də oldu.
Rusiya Federasiyası Dövlət Dumasının əməkdaşı, foruma qatılan rusiyalı gənclərdən ibarət nümayəndə heyətinin rəhbəri Ramin Qasımovla həmsöhbət olub fikirlərini, təəssüratlarını öyrəndik.

O dedi ki, forumda mədəniyyətlərarası dialoq, gənclər səviyyəsində xalqlar, millətlər arasında dözümlülük, gənc­lərin mövcud kon­fliktlərin aradan qaldırılmasında rolu, gənclərlə iş sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Əsas məqsədlərdən biri də Qafqazda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsidir. Bundan başqa, gənc nəslin dinc və davamlı inkişafda, münaqişələrin həllində, məlumatın əldə edilməsində və ötürülməsində məsuliyyətinin artırılması da müzakirə edilən məsələlər sırasındadır. Ən böyük nailiyyət isə ayrı-ayrı xalqların nümayəndələri arasında dostluq əlaqələrinin qurulmasıdır.
“Yaşlı nəslin nümayəndələri bir-birini yaxşı tanıyır və forum iki ölkə­nin gənclərinin bir-birini yaxşı tanıması üçün şərait yaradacaq. Əbəs yerə demirlər ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Bu səbəbdən qonşu ölkə gənclərinin əlaqələr qurması vacibdir”, – deyən Ramin Qasımov beynəlxalq tədbirdə gənclər arasında müəyyən bağlılığın, tellərin yaranmasının gözəl ənənə olduğunu, ilk forumun 2011-ci ildə Azərbaycanda keçirilməsinin ölkədə fərqli dinlərin, fərqli millətlərin nümayəndələrinə olan tolerant münasibətin bariz nümunəsi kimi qiymətləndirildiyini bildirdi.
Ramin Qasımov dedi ki, Naxçıvan hər bir gəncin öz arzularını gerçəkləşdirəcəyi məkandır. Bu gün onlarla gənc Naxçıvan, onun tarixi, gəzməli, görməli yerləri ilə tanış oldu. Mənimlə gələn rusiyalı gənclər arasında bu diyar haqqında məlumatı olan çox az adam vardı. Ancaq onlar hər şeyi öz gözlərilə gördülər və dəfələrlə mənə bildirdilər ki, bu səfərdən sonra Naxçıvan haqda yalançı erməni təbliğatına, əsasən də sosial şəbəkələrdə yayılan dez­infor­ma­siyalara qarşı səylə çalışacaqlar. Rusiyalı nümayəndə heyəti adından təşkilatçılara minnətdarlığımızı bildirir, yüksək qonaqpərvərlik nümunəsi göstərən insanlara “ Çox sağ olun” deyirik.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3278517
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
446
3513
16286
63163
3278517

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter