14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Arxeoloji abidələr Naxçıvanın qədim və orta əsr tarixinin öyrənilməsi üçün dəyərli mənbədir. Bu abidələr Naxçıvanın qədim tarixini Daş dövründən başlayaraq izləməyə imkan verir. Muxtar respublika ərazisində qədim Daş dövrünə aid bir neçə daş alət və nukleuslar vardır. Belə tapıntılar Ovçular təpəsindən və Şahtaxtı ərazisindən aşkar olunmuşdur. Naxçıvanda Daş dövrünün geniş tədqiqatlarla öyrənilmiş abidəsi Qazma mağarasıdır.
Daş dövrünün sonrakı mərhələsi kifayət qədər tədqiq edilməmişdir. Babək rayonunda yerləşən I Kültəpə abidəsinin alt təbəqəsi Neolit dövrünə aid edilmişdir. 2011-ci ildə aparılan araşdırmalar zamanı Sədərək yaşayış yerindən Neolit dövrünə aid daş toxa aşkar olunmuşdur. Naxçıvanda istehsal təsərrüfatının formalaşması və inkişafı, qədim mədəniyyətlə­rimizin Şərq ölkələri ilə əlaqələrinin öyrənilməsi üçün Neolit və Eneolit abidələrinin tədqiqinin olduqca mühüm əhəmiyyəti vardır.

İndiyədək arxeoloji qazıntılarla yalnız I Kültəpə abidəsində Neo­lit dövrünün sonu və Erkən Eneolit mədəniyyətinə aid maddi-mədəniyyət qalıqları öyrənilmişdir. Sirab ərazisində aparılan araşdırmalar zamanı xeyli Eneolit abidəsinin aşkar olunması bu dövrə aid abidələrin Naxçıvanda geniş yayıldığını göstərdi. Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda qədim əkinçilik mədəniyyətlərinin öyrənilməsi məhz Naxçıvan Kültəpəsindən başlamışdır.
Eneolit dövrü abidələri arasında yalnız I Kültəpə və Ovçular təpəsi geniş qazıntılarla öyrənilmişdir. Araşdırmalar e.ə.VI-IV minilliklərdə Naxçıvanda məskunlaşan qədim tayfaların məişətini, həyat tərzini, Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini öyrənmək üçün zəngin material vermişdir. I Kültəpənin Eneolit təbəqəsindən aşkar olunan Xalaftipli boyalı qab Naxçıvanın qədim sakinlərinin Şimali Mesapotamiya ilə iqtisadi mədəni əlaqələrini göstərir. Bir qrup tədqiqatçılar arxeoloji materiallara əsaslanaraq müəyyən əhali qrupunun Şimali Mesapotamiyadan Naxçıvana gəldiyini söyləmişdir. Eneolit abidələrinin tədqiqi Mesapotamiyada formalaşan Ubeyd mədəniyyəti ilə olan əlaqələri də öyrənməyə imkan verir. Bu mədəniyyətin təsiri ilə Naxçıvanda boyalı keramika məmulatı ortaya çıxmışdır. Ovçular təpəsində bir ədəd idxal malına da rast gəlinmişdir. Ovçular təpəsindən, Xələc, Şortəpə və Uçan Ağıldan aşkar olunan boyalı keramikanın əksəriyyəti yerli istehsalın məhsuludur. Bu isə bəzi tədqiqatçıların iddia etdiyi kimi, Eneolit mədəniyyətinin gətirilmədiyini, yerli istehsalın məhsulu olduğunu göstərir. Ovçular təpəsində aparılan araşdırmalar Eneolit dövrünün sonunda Naxçıvanda yaşayan tayfaların iqtisadi-mədəni və sosial həyatında baş verən dəyişiklikləri izləmək üçün dəyərli nəticələr vermişdir. Araşdırmalar bu dövrdə ibtidai icma quruluşunun dağılma ərəfəsində olduğunu göstərir.
Arxeoloji tədqiqatlar zamanı Naxçıvan ərazisində Erkən Tunc dövrünə aid I Kültəpə, II Kültəpə, Ovçular təpəsi, I Maxta Kültəpəsi, II Maxta Kültəpəsi, Şortəpə, Sədərək və onlarla digər yaşayış yerləri, Dizə nekropolu, Qarabulaq nekropolu, Plovdağ nekropolu və Xornu nekropolu kimi qəbir abidələri tədqiq edilmişdir. Erkən Tunc dövrü abidələrindən aşkar olunmuş arxeoloji mədəniyyət Kür-Araz mədəniyyəti adlandırılmışdır. Naxçıvanın Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi bu mədəniyyətin mənşəyi, xronologiyası və inkişaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmişdir.

Mənbə: “Naxçıvan tarixi”
çoxcildliyinin I cildi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272121
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1742
4121
9890
56767
3272121

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter