14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

May ayının 21-22-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan Tibb Kolleci ilə birlikdə “Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda taktiki xüsusi təlim keçirib.
Təlimin keçirilməsində məqsəd Naxçıvan Tibb Kollecində yaradılmış sanitar heyətlərin və digər obyekt mülki müdafiə qüvvələrinin təchizatını və hazırlığını yoxlamaq, onların köməyi ilə zədələnmə (zəhərlənmə) və təbii fəlakət ocaqlarında ilk tibbi yardımın göstərilməsi bacarığını təkmilləşdirmək, kombinə edilmiş zədələnmə ocağında ilk tibbi yardımın göstərilməsi üzrə sanitar heyətlərin fəaliyyətini izləmək, kollecin inzibati binasında yanğın və digər fövqəladə hadisələr zamanı müəllim-tələbə heyətinə düzgün davranış və fəaliyyət qaydalarını öyrətmək, eləcə də muxtar respublika ərazisində ehtimal olunan radioaktiv, kimyəvi zəhərlənmələr zamanı müəllim-tələbə heyətinin mühafizəsi tədbirlərinin həyata keçirilməsini praktik olaraq məşq etdirmək olub.

Tədbiri Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Mustafayeva açaraq praktik təlimlərə hazır­lıqla bağlı görülən işlərdən, kollecdə mülki müdafiə işinin təşkili üzrə yaradılan qüvvələr və onların hazırlıq səviyyəsi, eləcə də təminat və təchizat məsələlərindən danışıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasında Səhiyyə və Fövqəladə Hallar nazirlikləri tərəfindən müvafiq təlimatların hazırlandığını bildirib, keçirilən təlimin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, muxtar respublika ərazisində baş verə biləcək təbii fəlakətlər və texnogen qəzalar zamanı zərərçəkmiş əhalinin təhlükəsizliyinin təmin edilməsi, onlara ilk tibbi yardımın və həkiməqədərki yardımın, həmçinin ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi prioritet məsələlərdən biri olduğundan bu sahəyə böyük önəm verilir.
Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Məmməd Qəribov ümumtəhsil məktəblərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə müxtəlif tədbirlərin keçirilməsindən, həmçinin fövqəladə hallara hazırlıq sahəsində ümumtəhsil məktəblərinin üzərinə düşən vəzifələrdən danışıb.
Təlimin rəhbəri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov təlimin mövzusunu, məqsədlərini və tədris suallarını açıqlayıb, təlimin əhəmiyyətini, sanitar heyətlərin hazırlığına qoyulan tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Təlimin qərargah rəisi, baş leytenant Şərif Əsədov təlimin keçirilmə qaydasını, fövqəladə hallar zamanı kollec rəhbərliyinin və qüvvələrin komandir-rəis heyətinin fəaliyyətə hazırlığının yüksək səviyyədə olmasının zəruriliyini vurğulayıb.
Təlimin keçirilmə planına uyğun olaraq, birinci mərhələdə Tibb Kollecində yaradılmış sanitar heyətlərin və digər obyekt mülki müdafiə qüvvələrinin təchizatı və hazırlığı, sonra isə “Radiasiya təhlükəsi” siqnalı ilə kollecin daimi heyətinin və tələbələrinin əməli fəaliyyəti yoxlanılıb.
Növbəti mərhələdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında Tibb Kollecinin sanitar heyətlərinin yarışı təşkil edilib, xilasedicilərin və sanitar heyətlərin iştirakı ilə zədələnmə (zəhərlənmə) və təbii fəlakət ocaqlarında axtarış-xilasetmə işlərinin aparılması, zədələnmişlərə ilk tibbi və həkiməqədərki yardımın göstərilməsi, zərərçəkənlərin yerləşdirilməsi və onların zəruri tələbatlarının ödənilməsi üzrə taktiki-xüsusi təlimlər keçirilib, şəxsi heyətin əməli vərdişləri və fövqəladə hallar zamanı uzlaşmış fəaliyyəti təkmilləşdirilib.
Təlimin üçüncü mərhələsində isə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin maneələr zolağının dəf olunması, ərazilərin minalardan təmizlənməsi, yüksəkmərtəbəli binalarda xilasetmə işlərinin aparılması, radioaktiv, kimyəvi zədələnmə ocaqlarında sanitar təmizlənmə, dezaktivasiya, deqazasiya işlərinin aparılması üzrə göstərici məşğələləri tələbələrə təqdim edilib, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında istifadə olunan müasir radiasiya-kimya kəşfiyyat cihazları, fərdi mühafizə vasitələri, yanğınsöndürmə və sularda xilasetmə vasitələri nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272120
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1741
4121
9889
56766
3272120

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter