15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Dekabrın 10-da Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda ümummilli   liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

            Əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna “Qurani-Kərim”dən ayələr oxunmuş, dualar edilmişdir.

            Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə çıxış edərək ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında tarixi xidmətləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, istər Sovet İttifaqının tərkibində olduğu vaxtlarda, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev xalqımıza, Vətənimizə sədaqətlə xidmət etmişdir. Ulu öndərin ölkə­mizdə həyata keçirdiyi genişmiqyaslı islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafının əsasını təşkil etmiş, insanların sabitlik və rifah şəraitində yaşamaları təmin olunmuşdur. Bu gün də Azərbaycan ümummilli liderin yolu ilə gedərək daha da inkişaf edir, tərəqqiyə           qovuşur.

            Baş konsul demişdir ki, ümummilli liderin həyata keçirdiyi xarici siyasət xətti ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, dahi şəxsiyyətin əziz xatirəsi dünyanın bütün sülhsevər xalqları tərəfindən dərin ehtiramla yad edilir. Dost və qonşu ölkə olan İranda, o cümlədən Təbriz şəhərində də ulu öndər Heydər Əliyevin xatirəsi böyük hörmətlə yad olunur, ruhuna dualar oxunur.

   Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmiş, fotolar və kitablar sərgilənmiş, ehsan süfrəsi açılmışdır. Mərasim iştirakçılarına ümummilli liderə həsr olunan və Azərbaycan həqiqətlərinə dair kitab və bukletlər paylanmışdır.

            İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin şimal-qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Vilayətinin rəsmiləri və ictimaiyyətin nümayəndələri mərasimdə iştirak etmişlər.

 

            “Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276418
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1860
4179
14187
61064
3276418

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter