16 Noyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Dünən Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli  səfiri Çoi Suk-İn  Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

            Səfərin birinci günü səfir ümummilli liderimizin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyinə baxıb. Muzeydə səfirə ulu öndərimizin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib. Çoi Suk-İn Naxçıvan Dövlət Xalça Muzeyi, “Əcəmi Seyrəngahı” Mədəniyyət və  İstirahət Kompleksinin ərazisində yerləşən Açıq Səma Altında Muzey, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, hədiyyələr mağazası ilə də tanış olub. Sonra səfir Heydər Əliyev Sarayında, eləcə də Naxçıvan Dövlət Rəsm Qalereyasında olub. Nuh peyğəmbərin məzarüstü türbəsini də ziyarət edən Çoi Suk-İnin dünən ziyarət etdiyi son məkan Duzdağ Fizioterapiya Mərkəzidir. 

            Qəzetimizə müsahibəsində Naxçıvanda olmasından böyük məmnunluq hissi keçirdiyini deyən səfir Çoi Suk-İn Azərbaycan ilə Koreya Respublikası arasında son illər genişlənməkdə olan əlaqələrdən söz açıb, bu əlaqələrin 20 illik tarixi olduğunu söyləyib.

Təhsilin müxtəlif istiqamətləri üzrə Azərbaycan Respublikası ilə əməkdaşlığın əhəmiyyətindən danışan koreyalı səfir iki ölkə arasında tələbə mübadiləsinin ilbəil artdığını, hazırda 70 nəfərdən artıq azərbaycanlı gəncin Koreyanın nüfuzlu universitetlərində təhsil aldığını bildirib. Ölkəsinin Azərbaycanla elm və təhsil sahəsində sıx əlaqələr qurmağa xüsusi önəm verdiyini deyən koreyalı diplomat tələbə mübadiləsinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan da danışıb. Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələri ilə əlaqələrin genişləndiyini, bir sıra birgə layihələrin həyata keçirildiyini söyləyən qonaq ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

- Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3278516
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
445
3513
16285
63162
3278516

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter