21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

     Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür. Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri   Heydər Əliyevdir. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndərimiz ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin qəlbində yaşayır. 

     Ötən əsrin 90-cı illərinin əvvəllərində – dövlət müstəqilliyimizin itirilmək təhlükəsi qarşısında qaldığı bir vaxtda xalq ümid yeri kimi üzünü ulu öndərə tutdu və dahi şəxsiyyətin bilik və bacarığı, uzaqgörən siyasəti Vətənimizi xilas etdi. Ümummilli liderimiz olmasaydı, indi Azərbaycan adlı məmləkət də olmazdı. Xalqımızın böyük oğlu Azərbaycanın üzərinə düşən sönməz bir Günəşdir. Elə bir Günəş ki, onun şüaları bu torpağın hər qarışını işıqlandırıb isidərək torpağa səpilən azadlıq toxumlarını cücərtmişdir. 

     Ulu öndərimiz 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkədəki tənəzzül prosesinin qarşısını almış, inkişafa nail olmuşdusa, 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətlərdən xilas edərək demokratik, hüquqi və sürətlə inkişaf edən dünyəvi dövlətə çevirmişdir. Ulu öndərimizin müdrikliyi, qətiyyəti, iradəsi sayəsində dövlət müstəqilliyimiz sarsılmaz və dönməz olmuşdur. Ümummilli lideri­miz müstəqil dövlət qurmaqla yanaşı, eyni zamanda azərbaycanlıları birləşdirən milli təlimi – Azərbaycançılıq ideologiyasını da yaratmışdır. Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, Əsrin müqaviləsinin imzalanması, böyük layihələrin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yeni istehsal müəssisələrinin yaradılmasına, yüz minlərlə iş yerlərinin açılmasına, beləliklə, xalqımızın rifah halının yaxşılaşdırılmasına səbəb olmuşdur.

     Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan ümummilli lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir.

     Müasir Azərbaycan bu gün demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. Artıq çətin günlərimiz arxada qalmışdır. Ulu öndərin Azərbaycanın bu günü, sabahı üçün gördüyü işlər həyatımıza o qədər nüfuz edib ki, bu gün Azərbaycan deyəndə ümummilli liderimiz, Heydər Əliyev deyəndə isə Azərbaycan başa düşülür. Həyatımızın hər anı üçün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə borcluyuq.

     Mən bir məktəbli, bir gənc kimi ulu öndərimizin tövsiyələrinə sadiq qalaraq üzərimə düşən işi məsuliyyətlə yerinə yetirməyə çalışıram. Çünki ümummilli liderimiz Azərbaycanın gələcəyi olan biz məktəblilərə, gənclərə inanırdı və böyük ümidlər bəsləyirdi. Bu inamı, bu ümidi doğrultmaq, ulu öndərin qurub-yaratdıqlarını qorumaq, inkişaf etdirmək gənc nəslin ən ümdə vəzifəsi və borcudur.

     “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik” deyən ulu öndərimizin izləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Bu gün Azərbaycanda əldə olunan nailiyyətlərin bir səbəbi var – o da ölkədə Heydər Əliyev yolunun uğurla davam etdirilməsidir. Həmişə azərbaycanlı olması ilə fəxr edən ulu öndər Heydər Əliyevin həyat yolu, Vətən sevgisi biz gənclər üçün örnəkdir:

 

Gəlin əl-ələ verək, gəlin dostlar, and içək,

Vətən, torpaq uğrunda şirin candan da keçək.

Bu Vətən əmanətdir, əmanəti qoruyaq,

Biz Onun arzuların, əməllərin yaşadaq!

 

Aynur Abdullayeva

Heydər Əliyev adına tam orta məktəbin X sinif şagirdi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3298652
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2474
4291
10420
83298
3298652

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter