14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Pro­qramı”nın muxtar respublikada uğurlu icrasına görə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Bu münasibətlə martın 10-da Naxçıvan Şahmat Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını oxumuş və Fəxri Fərmanı Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərova təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov demişdir ki, “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikasında uğurla icra olunmuş, şahmatın kütləviliyinin təmin olunması, şahmat məktəblərinin şəbəkəsinin genişləndirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi və peşəkar mütəxəssislərin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Belə ki, 2009-cu ildə ölkə başçısının Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Naxçıvan şəhərində Şahmat Mərkəzinin açılışı olmuş, 2011-ci ildə Ordubad, 2012-ci ildə Sədərək, 2013-cü ildə Babək, 2015-ci ildə isə Kəngərli rayonlarında Uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilmişdir.

Bu gün muxtar respublikanın bütün şəhər və rayonlarında beynəlxalq standartlara cavab verən şahmat məktəbləri fəaliyyət göstərir. Məktəblərin hər biri müasir kompüter dəstləri, elektron və nümayiş lövhələri, dərslik, elektron şahmat pro­qramları ilə təmin olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində şahmatın tədrisinə başlanılmış, şahmat siniflərində əyani vəsaitlər qoyulmuşdur. Bütün bunlar gənclərin şahmata marağını artırmış, istedadlı şahmatçılar nəsli yetişmişdir. 2009-2014-cü illərdə Uşaq-gənc­lər şahmat məktəblərinin 166 yetirməsi 27 respublika səviyyəli yarışda iştirak edərək 11 medal qazanmışdır. Həmçinin şahmatçılarımız Türkiyə, İran, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Yunanıstan, Danimarka, İspaniya, Norveç, Monteneqro, Xorvatiya və Almaniyada keçirilən yarışlarda muxtar respublikanı uğurla təmsil edərək 6 medal qazanmış, 1 şahmatçı isə məktəblilər arasında Avropa çempionatının qızıl medalına layiq görülmüşdür.
Qeyd olunmuşdur ki, müasir maddi-texniki baza muxtar respublikanın müxtəlif səviyyəli şahmat yarışlarına ev sahibliyi etməsinə də şərait yaratmışdır. Ötən dövrdə Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş 5 beynəlxalq şahmat festivalı, 13 beynəlxalq turnir, 19 muxtar respublika birinciliyi, 57 tempo turnir, 20 blits turnir keçirilmişdir. 20 ölkədən onlarla tanınmış şahmatçının iştirak etdiyi beynəlxalq festivallarda muxtar respublikadan 295 şahmatçı iştirak etmiş, onlardan 22-si müxtəlif mükafatlara layiq görülmüşdür. 2013-cü ildə keçirilən “Naxçıvan-Open” Beynəlxalq Şahmat Festivalı isə FİDE-nin ən yaxşı təşkil olunmuş turnirləri siyahısına daxil edilmişdir. 2009-2014-cü illərdə Naxçıvan Muxtar Respublikasında 1 qrossmeyster, 1 beynəlxalq usta, 2 FİDE ustası, 1 beynəlxalq hakim yetişmişdir. Hazır­da muxtar respublikada 100-dən artıq şahmatçının beynəlxalq reytinqi vardır. 2014-cü ildə Azərbaycanda keçirilən müsabiqədə Naxçıvan Şahmat Mərkəzi “İlin ən yaxşı Şahmat Məktəbi” adını almış, 2 şahmatçının adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə, 2 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülmüş, 1şahmatçı isə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilmişdir.
Şahmat Federasiyasının sədri muxtar respublikada şahmatın inkişafına göstərdiyi diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə şahmatçılar adından minnətdarlığını bildirmişdir.
Şahmat Federasiyasının sədr müavini, Naxçıvan Şahmat Mərkəzinin direktoru, beynəlxalq dərəcəli hakim Emin Hacıyev və mərkəzin müəllimi, beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev çıxışlarında Naxçıvan Şahmat Federasiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilməsini muxtar respublikada şahmatçılara göstərilən dövlət qayğısının daha bir ifadəsi olduğunu vurğulamış, yaradılan şəraitdən bundan sonra da layiqincə istifadə edəcəklərini bildirmişlər.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272127
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1748
4121
9896
56773
3272127

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter