19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə verilmiş tapşırıq­ların icrasının təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə sen­tyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün bu il iyun ayının 1-də elan edilmiş müsabiqənin esse imtahanı mərhələsi keçirilib.
Müsabiqəyə çıxarılmış vakant vəzifələrin tutulması üçün 20 namizəd test imtahanı verib, onlardan keçid balını toplamış 5 nəfəri esse mərhələsində iştirak emək hüququ qazanıb. İmtahan başlanmazdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verilib. İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə videoçəkiliş aparılıb.
İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusu təqdim edilib.
İştirakçılar esse yazarkən fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətlərini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etməlidirlər.
Yazı işləri yoxlanılarkən yuxarıdakı meyarlar nəzərə alınıb və iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilib.
İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Əlahiddə Ümumqoşun Orduda üçpilləli, ikitərəfli olmaqla keçirilən növbəti komanda-qərargah təlimi başa çatıb.
Təlimin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması həyata keçirilib.

Nəriman NƏCƏFOV

Sentyabrın 4-də Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirdə giriş sözü ilə çıxış edərək son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni sahədə yüksələn inkişaf dinamikası sığortaya olan tələbi daha da artırıb. İnkişaf edən cəmiyyətin bir tələbi kimi sığortaya olan marağın artmasında vətəndaşların qarşılaşdığı gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərə görə aldığı sığorta ödənişlərinin əhəmiyyəti böyükdür.
Qeyd olunub ki, muxtar respublikamızda əhali gəlirlərinin artması, iqtisadi fəallığın yüksəlməsi, öz növbəsində, sığorta münasibətlərinin də inkişafını şərtləndirir. Belə ki, müasir dövrdə insanlar evdə, işdə, yolda qarşılaşa biləcəyi hər cür gözlənilməz hadisələrdən sığorta olunmağa xüsusi əhəmiyyət verirlər. Belə gözlənilməz hadisələrlə isə insanlar hər yerdə rastlaşa bilərlər.

Ardını oxu...

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında “Səmti müəyyənetmə” birinciliyi keçirilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, mayor Vahid Məmmədov qeyd edib ki, birinciliyin keçirilməsində məqsəd hərbi qulluqçuların dözümlülüyünü yoxlamaq, kompas və xəritədən istifadə bacarığını təkmilləşdirmək, güclü idmançı və komandaların müəyyən edilməsidir. Sonra yarışın şərtləri iştirakçılara çatdırılıb.
15 komandadan 60 hərbi qulluqçunun gücünü sınadığı yarış gərgin mübarizə şəraitində keçib. Birinciliyin bütün tələblərinə ən qısa zamanda əməl edərək səmti müəyyən edənlər qalib gəliblər.
Komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə moto­atıcılar, 3-cü yerdə isə tankçılar qərarlaşıblar. Fərdi və komanda hesabında ilk üçlüyə düşməyi bacaranlar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV

Əlahiddə Ümumqoşun Orduda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən zabit, məzun və valideynlər gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçusu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzulayıblar.
Mərasimdə Əlahiddə Ümumqoşun Ordu komandanı­, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Təbrik oxunduqdan sonra məzunlara sertifikatlar təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurublar.
Sonda məzunların tribuna önündən təntənəli keçidi olub.

Nəriman NƏCƏFOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3035542
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2352
5369
12774
86873
3035542

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter