16 Sentyabr 2019, Bazar ertəsi

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Avqustun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri Naxçıvan Biznes Mərkəzində olublar.

Ardını oxu...

Odlar yurdu Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan olduqca əlverişli coğrafi şəraitdə yerləşir. Bu il muxtariyyət əldə etməsinin 95 illiyini qeyd edən bu qədim torpaq təcavüzkar və xain qonşularımız ermənilərin blokadası şəraitində yaşamasına baxmayaraq, sürətlə inkişaf edir, şəhər və kənd­lərimiz müasirləşərək gözəlləşir, insanların doğma yurda bağlılığı artır.
Bu gün muxtar respublikamızın bölgələrində aparılan tikinti-qurucu­luq işləri həyat ritminə çevrilib. Bu mənada, Culfa rayonunda da son illər xeyli quruculuq, abadlıq işləri həyata keçirilib, parklar salınıb, yollar çəkilib, tarixi-memarlıq abidələrimiz bərpa olunub, yaşıllıq zolaqları yaradılıb və həmin tədbirlər sürətlə davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bölgələrin inkişafına, abadlaşdırılmasına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, son illər Culfa şəhərində köhnə binaların əsaslı təmir olunması, yaradılan yeni infrastruktur, bir-birindən gözəl istehsal və xidmət sahələri insanların rahat yaşamasına xidmət edir.
Diqqətçəkən amillərdən biri də budur ki, Culfa şəhəri ilə yanaşı, onun ucqar kəndləri də günü-gündən müasirləşir, abad və yaraşıqlı ünvanlara çevrilir. Rayonun abad yaşayış məntəqələri sırasına ucqar dağ kəndi Ərəfsə də daxildir. Yaşıllıqlar qoynunda yerləşən, qədimliyi müasirliyə qovuşan Ərəfsə kəndinin gözəlliklərini, həyat ahəngini qələmə almaq arzusu ilə yolumuzu bu qədim yurd yerinə saldıq. Aran yerlərdə isti olmasına baxmayaraq, yuxarılara qalxdıqca sərin meh qəlbimizə dolur, könlümüzü oxşayırdı. Əlincə çayı boyunca sıralanan palıd, söyüd, armud, cəviz, badam ağacları bir-birini arxada qoyur. Gül-çiçəyin ətrində gözəlliyə qərq olmuş Ərəfsəyə çatırıq.

Ardını oxu...

Naxçıvan Qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında keçirilən yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq komandalara uğurlar arzulayıb.
Sonra 15 komandadan 60 hərbi qulluqçunun gücünü sınadığı birinciliyə start verilib. Gərgin mübarizə şəraitində keçən birinciliyin şərtlərinə əsasən hərbi qulluqçular 8 kilometr məsafədə 10 nöqtəni ­aşkar ediblər. Yarışın keçirilməsində məqsəd hərbi qulluqçuların kompas və xəritədən istifadə etməklə səmti müəyyənetmə vərdişlərini təkmilləşdirmək, dözümlülüklərini yoxlamaq və ən bacarıqlı idmançıları müəyyən etmək olub.
Səmti müəyyənetmə yarışında komanda hesabında 1-ci yerdə xüsusi təyinatlı birləşmənin, 2-ci yerdə tank hissəsinin, 3-cü yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası qərarlaşıb.
Fərdi hesabda isə 1-ci yerə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mahir İbrahimov, 2-ci yerə gizir Kamran Mustafazadə, 3-cü yerə gizir Məhəmməd Rüstəmov layiq görülüb. İlk üçlükdə yer alan idmançı və komandalar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən ­mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV

Avqustun 30-da Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Tədbirdə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbriki oxunub.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününün tarixindən, eləcə də ölkəsinin müasir inkişafından danışıb. Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirən Baş konsul ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın ilbəil genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov rəsmi qəbulda çıxış edərək deyib: Azərbaycan-Türkiyə dost və qardaş ölkələrdir. Xalqlarımız arasındakı tarixi köklərə əsaslanan birlik və bərabərlik bu gün daha da möhkəmlənib, ikitərəfli münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri və rolu vardır. Xüsusilə ordu quruculuğu sahəsindəki əməkdaşlıq məmnunluq doğurur.
Ali Məclis Sədrinin birinci müavini Zəfər Bayramının 97-ci il­dönümü və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

“Şərq qapısı”

Əlverişli təbii-coğrafi şəraitə, münbit torpaqlara malik olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı rayonu 26 il bundan əvvəl – 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın bu dilbər guşəsinin işğala məruz qalması nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-­diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-­məişət obyektini, 12 tarixi abidəni yandırıb viran qoyublar.
Strateji əhəmiyyət daşıyan Qubadlı erməni təcavüzü ilə, əslində, Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən qubadlılıların dədə-baba torpaqları olan Vəli düzü, Güllü zəmi kimi gözəl təbiətli əraziləri Ermənistana vermək cəhdi, münaqişənin örtülü olsa da, bünövrəsini qoymuşdu. Hələ 1988-ci il fevral ayının 6-da Xankəndidə ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlananda Sisyandan, Qafandan, Gorusdan zorla çıxarılan azərbaycanlıların bir qismini Qubadlı qəbul etmişdi. Rayon Dağlıq Qarabağla Ermənistan arasında yerləşdiyinə görə strateji əhəmiyyəti daha böyük idi və bunu gözəl başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədirdilər. Onlar Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR