11 Avqust 2020, Çərşənbə axşamı

Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.

Üzərinə "Polad Həşimov" yazılan lövhələr artıq küçə boyu yerləşdirilib.

Xatırladaq ki, iyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısına tapşırıq vermişdi.

Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1000000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

 

 

 

“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsi yeni akademik ildə daha bir irimiqyaslı beynəlxalq layihənin icrasında iştirak edəcək. Belə ki, ali təhsil ocağı yeni beynəlxalq layihəyə – Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən ECAR (Azərbaycan Rektorlar Konfransının Yaradılması) layihəsinə tərəfdaş seçilən universitet Naxçıvandan bu layihəyə qoşulan yeganə universitetdir.

Ardını oxu...

Ölkəmizin ən qədim meyvəçilik regionlarından olan Naxçıvan Мuxtar Respublikasında aqrar sektorun müxtəlif sahələrində qəbul edilən Dövlət proqramları inkişafa təkan verir, ayrı-ayrı istiqamətlər üzrə nailiyyətlərin qazanılmasına gətirib çıxarır. Muxtar respublikanın əlverişli iqlim şəraiti meyvəçiliyin və tərəvəzçiliyin inkişafına da şərait yaradır, əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə bağlı tədbirlər uğurla davam etdirilir. Əldə olunan nəticələrin əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası dayanır.

Aprelin 4-də keçirilən iməciliklərdə də yeni meyvə bağlarının və yaşıllıqların salınması diqqət mərkəzində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir. Ali Məclisin Sədri yaz əkini mövsümündə meyvə bağlarının salınmasının davam etdirilməsi və yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir. İkinci rübdə muxtar respublikada, ümumilikdə, 43,6 hektar sahədə yeni meyvə bağları salınmışdır. Naxçıvan-Sədərək və Naxçıvan-Ordubad avtomobil yolunun kənarlarında aparılan əkin-bərpa işlərində 1763, Naxçıvançay, Əlincəçay, Gilançay çayları boyunca aparılan əkin-bərpa işlərində 3 min 225 meyvə tingindən, 36 kiloqram meyvə və giləmeyvə toxumlarından istifadə edilmişdir. Əsasən, dağlıq-dağətəyi zonalarda, relyefi mürəkkəb olan ərazilərdə, kənd təsərrüfatı üçün yararsız olan torpaqlarda yabanı meyvə və giləmeyvə, həmçinin mədəni meyvə toxumlarından istifadə olunmaqla 87 hektar sahədə 522 kiloqram toxumla əkin aparılmışdır. Şoranlaşmış və ya eroziyaya uğramış sahələrin müəyyənləşdirilərək əkin dövriyyəsinə daxil edilməsi davam etdirilmiş, əkin-bərpa işlərində 3 min 450 meyvə tingindən istifadə olunmuşdur.

Ardını oxu...

Bunu ilin birinci yarısının yekunları məlum olan ötən ayın sosial mənzərəsi də təsdiqlədi

Özündən əvvəlki 6 ayın nəticələrinin təhlil olunduğu və statistik göstəricilərin müəyyənləşdiyi iyul ayı muxtar respublikamızda  ilin birinci yarısının uğurlarını tarixə yazmaqla bərabər, həm də ilin ikinci yarısının başlanğıc ayı kimi həyata keçirilən tədbirlərin əhəmiyyətliliyi ilə yaddaşlara həkk olundu. İctimai-siyasi, sosial-iqtisadi, mədəni sahələri bütövlükdə əhatə edən bu tədbirlər 30 ilə yaxın blokada həyatını tarixdə bir ilk olaraq inkişaf və tərəqqi ilə birgə yaşayan Naxçıvanın ümumi mənzərəsinə iyul ayının fonunda öz töhfələrini verdi. Bütün bunlar isə ümummilli liderimizin yolunun ölkə Prezidenti cənab İlham Əliyev və muxtar respublika rəhbəri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

İyul ayının ilk yaddaqalan tədbiri illərdən bəri şəhər və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılmaqla, yeni inzibati binalar və sosial obyektlər tikilməklə, rahat yollar çəkilməklə, əhalisinin rifahı yaxşılaşdırılmaqla inkişafın bir neçə mərhələsini keçən Şərur rayonunda həyata keçirildi. İyulun 2-si Təqaüdçülər Klubunun və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının binasının istifadəyə verilməsi, yeni yaradılmış innovativ dərnəklərin təqdimatı bu rayonu Azərbaycanın ən inkişaf etmiş inzibati ərazisinə çevirmişdir.
Qeyd edək ki, Şərur rayonunda 117 mindən artıq əhali yaşayır ki, onun da 10 min 800-ə yaxını, yəni 9,2 faizi əmək pensiyaçılarıdır. Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının 522, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Şərur Rayon Təşkilatının isə 131 üzvü vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Təqaüdçülər Klubunun açılış mərasimində iştirak etmişdir.

Ardını oxu...

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR