18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası uzun illər Sovetlər Birliyinin tərkibində mərkəzdən idarə olunan ölkə kimi fəaliyyət göstərmişdir. Digər tərəfdən, iqtisadi inkişafın bütün istiqamətləri, təsərrüfat mexanizmi mərkəzləşdirilmiş planlaşdırmaya tabe edilmişdi. Belə şəraitdə 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətinin ilk illərindən etibarən apardığı məqsədyönlü, qətiyyətli sosial-iqtisadi siyasət nəticəsində respublika iqtisadiyyatında inkişafa doğru böyük dəyişikliklər özünü göstərməyə başladı.

Fikrimizcə, söhbət Azərbaycan iqtisadiyyatının gücləndirilməsi strategiyasından gedirsə, bu sahədə ulu öndərin əvəzsiz rolunu aşağıdakı dövrlərə bölmək və bu dövrləri təhlil etmək daha məqsədəuyğun olar:
Birinci dövr – sovet dövrü: 1969-cu ildən 1987-ci ilə qədər; ikinci dövr – müstəqillik illəri: 1993-cü ildən 2003-cü ilə qədər.
Üçüncü dövr isə sosial-iqtisadi sahədə inkişafla bağlı dahi rəhbər Heydər Əliyev tərəfindən hazırlanmış iqtisadi inkişaf konsepsiyasının ardıcıl olaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirildiyi müasir dövrdür. Heç şübhəsiz, ulu öndərin iqtisadi inkişafın sürətləndirilməsi strategiyasını, modelini dolğun dərk etmək üçün bu dövrlər ayrı-ayrılıqda təhlilə cəlb edilməli, gələcəkdə də bu strategiyanın iqtisadi-sosial inkişafın sürətləndirilməsindəki rolu xüsusilə qeyd olunmalıdır.

Ardını oxu...

Dünya təcrübəsi və biz

QHT-lərin tarixi və yaxud tarixi QHT-lər

Azərbaycanda qeyri-hökumət təşkilatları (QHT) anlayışı, əsasən, 1993-cü ildən sonrakı dövrdə geniş vüsət alan demokratikləşmə dövründən məşhurlaşsa da, ölkəmizdə QHT-lərin yaranması və fəaliyyəti hələ XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. Bugünkü qeyri-hökumət təşkilatlarının xüsusiyyətlərini özündə əks etdirən ictimai birliklər, xeyriyyə cəmiyyətləri hələ Şimali Azərbaycanın çar Rusiyasının əsarəti altında olduğu zamanda fəaliyyət göstərmişlər. XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-iqtisadi həyatında baş verən dəyişik­liklər burada yeni sosial təbəqənin – sahibkarlar təbəqəsinin formalaşması ilə nəticələnmişdir. Yeni yaranan sahibkarlar təbəqəsi həm müxtəlif təşkilatlarda birləşərək, həm də fərd olaraq ictimai sektorda fəaliyyət göstərir, xeyriyyəçilik fəaliyyətləri həyata keçirirdilər.
Sahibkarlarla yanaşı, bir sıra ictimai xadimlər də müxtəlif təşəbbüslərlə çıxış edir, əhalinin maariflənməsinə səy göstərirdilər. 1894-cü ildə Bakıda C.Vəlibəyov, H.Mahmudbəyov, S.M.Qənizadə, Ə.Axund­ov, Ə.Cəfərzadənin yaxından iştirakı ilə N.Nərimanov tərəfindən təşkil edilmiş ilk Azərbaycan qiraətxanası ölkənin ictimai-mədəni həyatında mühüm rol oynamışdır. Qiraətxana azərbaycanlı müəllimlərin yardımları, xüsusən pyeslərin tamaşaya qoyulmasından əldə olunan gəlirlər və könüllü ianə, üzvlük haqları hesabına fəaliyyət göstərirdi.

Ardını oxu...

Aprel ayının 10-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Naxçıvan Muxtar Respublikası qadınlarının konfransı keçirilmişdir. Konfransı açıq elan edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, dünya qadınları arasında öz layiqli yerini tutan Azərbaycan qadını böyük inkişaf yolu keçmişdir. Azərbaycan qadınları yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün də uğurla həyata keçirilən dövlət qadın siyasəti ictimai-siyasi həyatda qadınlarımızın rolunu daha da artırmışdır. Həyatımızın elə bir sahəsi yoxdur ki, qadınların orada iştirakı təmin olunmasın. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün muxtar respublikamızda qadınlarımız müxtəlif dövlət orqanlarında çalışırlar.

Ardını oxu...

Aprelin 10-da Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində muxtar respublika Gənclər və İdman Nazirliyi muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birgə iclas keçirib. İclasın keçirilməsində məqsəd mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədən irəli gələn vəzifələrin müzakirəsi olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq müzakirə olunan məsələ ilə bağlı məruzə edib. Bildirilib ki, nazirlik idman federasiyaları ilə birgə öz fəaliyyətini müşavirədən irəli gələn vəzifələrin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi istiqamətində qurub. Müşavirədən ötən müddət ərzində nazirlik muxtar respublikadakı idman federasiyaları və aidiyyəti təşkilatlarla birgə tədbirlər həyata keçirib, tədbirlər planı hazırlanıb. Yeni idman federasiyalarının yaradılması istiqamətində işlər görülüb. Verilmiş tapşırıqlara əsasən, muxtar respublikada “Araz” Naxçıvan Peşəkar Futbol Klubunun yaradılması üzrə işlər yekunlaşdırılır, federasiyaların internet saytlarının yaradılması davam etdirilir. Artıq lazım olan məlumatlar toplanılıb, saytların açılması və məlumatların yerləşdirilməsi yaxın vaxtlarda başa çatdırılacaq. Bundan başqa, Basketbol Federasiyasının fəaliyyətində dönüşə nail olunması, rayonlarda federasiyaların klublarının yaradılması və Uşaq-Gənclər İdman məktəblərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı da tədbirlər görülməsinə başlanılıb.

Ardını oxu...

Görkəmli alim və ictimai xadim, akademik Zərifə Əliyevanın adı və elmi-ictimai fəaliyyəti zəriflik və işıqla bağlıdır. Bu böyük elm xadiminin keçdiyi ömür yolu, yaşadığı şərəfli həyat, mənalı həkimlik fəaliyyəti, yazdığı qiymətli əsərlər yüksək insanlıq meyarlarına və müqəddəs həkimlik andına parlaq və ibrətamiz bir örnəkdir.
Zərifə xanım 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmiş, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlarda olaraq həkim-oftalmoloqlara məruzələr oxumuş, əhali arasında maarifləndirici söhbətlər aparmışdır. Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə də tədqiqatlar aparmışdır. Onun qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı apardığı tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə əsaslı köməklik göstərmişdir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287912
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2760
3637
25681
72558
3287912

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter