18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada yanğından mühafizə tədbirləri diqqət mərkəzindədir

2002-ci il oktyabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyev hər il oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur.
XX əsrin əvvəllərində yaradılan Azərbaycan yanğından mühafizə xidmətinin əsas inkişaf dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir. Zəngin siyasi və idarəçilik təcrübəsinə, fenomenal rəhbərlik qabiliyyətinə malik olan ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inki­şaf etməyə başladı. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəm­ləndirildi, kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirildi. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etmişdir. Sonrakı dövrlərdə də Azərbaycanın yanğın təhlükəsizliyi xidməti inkişafda olmuş, yanğından mühafizə sistemləri təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır.

Ardını oxu...

Azərbaycan 1993-cü ildə Ümumdünya Poçt İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Həmin tarixdən etibarən ok­tyabrın 9-u ölkəmizdə də “Ümumdünya Poçt Günü” kimi qeyd olunur.
Ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafının əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyi ilə ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, rabitə sahəsində də əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə ümummilli liderimizin qayğısı nəticəsində poçt sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə 1997-ci ilin mart ayında poçt rabitəsinin “Dirçəliş və inkişaf pro­qramı” qəbul olunmuş, həmin ilin dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilmişdir. Ulu öndər 2003-cü il fevralın 17-də isə “Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır.
Poçt rabitəsinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu gün də dövlətimizin diqqət mərkəzindədir. Dövlət başçısının 2004-cü il 29 iyun tarixli Sərəncamı ilə “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahənin qanunvericilik bazasını gücləndirmişdir. Bu gün ölkəmizdə bütün poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşdirilməsi, texniki avadanlıqlarla tam təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına təminat verir. Artıq Azərbaycan poçtu dünya poçt sisteminə inte­qrasiya yolunda uğurlu addımlar atmaqdadır.

Ardını oxu...

Seçkilər hər bir ölkənin siyasi həyatında mühüm hadisə hesab olunur. Seçkilərin demokratik, azad və ədalətli keçirilməsi hakimiyyətin seçkili orqanlarının xalq tərəfindən formalaşdırılmasının əyani ifadəsidir. Ölkəmiz mühüm siyasi kampaniya olan prezident seçkiləri ərəfəsindədir. Azərbaycanın aylardır hazırlaşdığı prezident seçkilərinin keçirilməsinə bir gün vaxt qalmışdır. Sabah seçicilər seçki məntəqələrinə gedib ölkəmizin gələcəyini etibar edəcəkləri namizədə səs verəcəklər. Seçki kampaniyası kifayət qədər demokratikliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir. Naxçıvan Muxtar Respublikasında da prezident seçkilərinə ciddi hazırlıq işləri görülmüşdür. İndiyədək qanunvericiliyə uyğun olaraq, seçki prosesinin hər bir mərhələsi uğurla başa çatdırılmışdır. Prezident seçkilərinə hazırlıqla bağlı son vəziyyəti öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımova müraciət etdik:
– Məhərrəm müəllim, artıq seçkilərə çox az bir müddət qalıb. Seçki komissiyalarının seçki gününə hazır­lığı hansı səviyyədədir?

Ardını oxu...

Oktyabrın 4-də Naxçıvan Qarnizonunda Milli Ordunun zabit və gizir heyətinin iştirakı ilə seçkilərə hazırlıqla bağlı seminar-treninq keçirilmişdir. Seminarı giriş sözü ilə Naxçıvan Qarnizonunun zabiti Mirqiyas Rüstəmov açmışdır.
“Hərbi qulluqçular da Azərbaycan Respublikasının digər vətəndaşları kimi, aktiv və passiv seçki hüququna malikdirlər və bu hüquqları həyata keçirərkən onlarla eyni hüquq və vəzifələrə sahibdirlər”, – deyən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova seçki hüququnun təminatları və məhdudiyyətləri barədə hərbi qulluqçulara məlumat vermişdir.

Ardını oxu...

Səsvermə prosesinin mərhələləri Saat 8:00-19:00

1. Siz seçki məntəqəsinə daxil olarkən məntəqə seçki komissiyasının üzvü şəxsiyyətinizi təsdiq edən sənədinizin olmasına əmin olduqdan sonra ultrabənövşəyi lampa vasitəsilə sol əlinizin baş barmağının dırnaq və dəri hissəsinin gözəgörünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlayır.

2. Məntəqə seçki komissiyası üzvlərinin əyləşdiyi masaya yaxınlaşıb şəxsiyyət vəsiqənizi və ya onu əvəz edən sənədi komissiya üzvünə təqdim edin.

3. Təqdim etdiyiniz şəxsiyyət vəsiqənizin və ya onu əvəz edən sənədin seriya nömrəsi seçicilər siyahısındakı müvafiq qrafada yazıldıqdan sonra yazının düzgünlüyünü yoxlayın.

4. Sizin razılığınızla məntəqə seçki komissiyasının üzvü sol əlinizin baş barmağının dırnaq və dəri hissəsini gözəgörünməyən mürəkkəblə işarələyir. Mürəkkəb quruyanadək barmağınıza toxunmamalısınız (əgər barmağınızın mürəkkəblə işarələnməsinə etiraz etsəniz, səsvermə hüququndan istifadə edə bilməyəcəksiniz).

5. Sizə seçki bülleteni veriləcək. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi nümunəyə  müvafiq olaraq, rəsmən hazırlanmış seçki bülleteninin üz tərəfinin yuxarı sağ küncü müvafiq məntəqə seçki komissiyasının möhürü ilə təsdiqlənmiş, nömrəli yuxarı sol küncü isə kəsilmiş olmalıdır.

6. Sonra seçicilər siyahısında “Seçicinin seçki bülleteninin alması haqqında imza” qrafasında adınızın qarşısında imza edin.

 

7. Səs vermək üçün səsvermə kabinəsinə daxil olun. Səsvermə kabinəsində sizdən başqa heç kəs olmamalıdır. Siz gizli səs verirsiniz. Seçki bülletenində namizədlərin adlarının qarşısındakı kvadratlardan yalnız birinə işarə qoymalısınız. Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.

8. İşarələnmiş seçki bülletenini qaytarıb səsvermə otağında qoyulmuş daşınmaz seçki qutusuna salın və seçki məntəqəsini tərk edin.

 

 

Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3865999
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3514
4264
14389
56390
3865999

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter