18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycanın keçdiyi tarixi yola nəzər salarkən, ümumiyyətlə, xalqımızın çoxminillik dövlətçilik tarixini vərəqlərkən aydın olur ki, müxtəlif dövrlərdə Vətənimizə rəhbərlik etmiş elə şəxsiyyətlər olmuşdur ki, onlar öz fəaliyyətləri ilə tariximizdə dərin iz buraxmış, xalqın yaddaşında əbədi olaraq yaşamışlar. Azərbaycan tarixində çox böyük xidmətləri olan bu şəxsiyyətlər nə qədər yüksək zirvələrə qalxsalar da, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev bu şəxsiyyətlərin fövqündə dayanır.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini nəzərdən keçirərkən aydın olur ki, Cоrc Vаşinqtоn АBŞ, Cəvаhirləl Nеhru Hindistаn, Şаrl dе-Qоll Frаnsа, Mustаfа Kаmаl Аtаtürk Türkiyə üçün nə еtmişdirsə, dahi rəhbər Hеydər Əliyеv də Аzərbаycаn üçün оnu еtmişdir. Dünyа tаriхində bu dа nаdir hаdisələrdən biridir ki, bir zamanlar hаkimiyyətdə оlаn bir lidеr sоnrаdаn ölkənin аğır günündə хаlqın tələbi ilə yеnidən hаkimiyyətə gəlsin. Xalqımızın böyük oğlu Hеydər Əliyеvə Аzərbаycаndа siyаsi hаkimiyyətinin birinci dövründə, 1969-1982-ci illərdə yаrаnаn хаlq sеvgisi 80-ci illərin sоnlаrındа Dаğlıq Qаrаbаğ prоblеmi ilə əlаqədаr ölkəmizdə yаrаnmış ümumi böhrаn, hərc-mərclik, özbаşınаlıq şərаitində Аzərbаycаnın pаrçаlаnmаq, dövlətçiliyinin itirilməsi təhlükəsi yаrаnanda оnun Аzərbаycаndа ikinci dəfə siyаsi hаkimiyyətə qаyıdışı ilə nəticələndi.

Ardını oxu...

Kəngərli rayonunda “Yerli özünü­idarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni Kəngərli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mahir İsmayılov açaraq rayonda fəaliyyət göstərən bələdiyyələrə dövlət qayğısından danışıb. Qeyd olunub ki, rayonda bələdiyyələrin fəaliyyəti üçün normal iş şəraiti yaradılıb, bu qurumların əksəriyyəti yeni binalarda yerləşdirilib. Bunun müqabilində bələdiyyə üzvləri məsuliyyətlərini dərindən dərk etməli, fəaliyyətlərində fəallıq göstərməlidirlər.

Ardını oxu...

Şərur rayonu Aralıq Kənd Sahə Xəstəxanasının təşkilatçılığı ilə Aralıq kənd tam orta məktəbində akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans və “Açıq qapı sağlamlıq günü” keçirilmişdir. Konfransı giriş sözü ilə açan xəstəxananın baş həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Asəf Tağıyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 fevral 2013-cü il tarixdə “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Konfransda Aralıq kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Züleyxa Rzayevanın və Şərur Rayon Mərkəzi Xəstəxanası Təcili tibbi yardım şöbəsinin müdiri Qurban Musayevin çıxışlarında akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı, elmi-pedaqoji və ictimai fəaliyyəti öz əksini tapmışdır.
Həmin gün keçirilən “Açıq qapı sağlamlıq günü”ndə Aralıq kənd tam orta və 7 illik uşaq musiqi məktəblərinin müəllim və şagird kollektivləri tibbi müayinədən keçmişlər. Şagird və müəllimlər məktəbdə təşkil olunmuş ultrasəslə müayinə, EKQ, terapiya və stomatoloji kabinələrdə təcrübəli həkimlər tərəfindən müayinə edilmiş, aşkara çıxarılan xəstələr müalicəyə cəlb olunmuşlar.

Xəbərlər şöbəsi

Martın 29-da AMEA Naxçıvan Bölməsində “Azərbaycanlıların soyqırımı və deportasiyası” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixdə imzaladığı “Azərbaycanlıların sоyqırımı haqqında” Fərmandan sonra hər il ölkəmizdə martın 31-nin “Azərbaycanlıların Sоyqırımı Günü” kimi dövlət səviyyəsində qeyd edildiyini, habelə sоyqırımı qurbanlarının anım tədbirlərinin keçirildiyini vurğulayan akademik havadarlarının dəstəyi ilə Azərbaycan tоrpaqları hesabına “böyük Ermənistan” yaratmaq ideyalarından əl çəkməyən, qarşılarına qоyduqları məqsədə çatmaq üçün bu gün də milli-mədəni irsimizi özününküləşdirmək siyasətini davam etdirən məkrli ermənilərin iki əsrdir ki, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeritməsindən, cəllad düşmənlərin törətdikləri soyqırımı və təcavüz siyasətinin mahiyyətindən danışıb. Qeyd olunub ki, bir çox dövlətlərin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrlə bağlı xeyli sayda arxiv materialları var.

Ardını oxu...

Tariximizin qanla yazılmış səhifəsi

XIX əsrdən başlayaraq ermənilər Qafqazda işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən istifadə etmiş, XX əsr boyu Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.
Tarixi mənbələr sübut edir ki, əslində, bu plan XVII əsrdən başlanmışdı. XVII əsrin axırlarında ermənilər əvvəlcə Avstriya imperatoruna, 1701-ci ilin iyun ayında isə I Pyotra özlərinin köməkliyi ilə Osmanlı imperiyasını və Səfəvilər dövlətini dağıdaraq, yerində xristian erməni dövlətinin qurulması ilə bağlı müraciət etmişlər. I Pyotr erməni tacirlərini, kilsə nümayəndələrini dinlədikdən sonra söz verir ki, Xəzər dənizi sahilində Azərbaycan torpağını işğal edib yerində erməni dövləti yaradacaq. Beləliklə, 1724-cü ildə I Pyotr ermənilərin Rusiya ərazilərinə köçürülməsinə dair fərman imzalayır. Məhz bundan sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə başlanılır.
1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi kütləvi xarakter almış, 1828-1896-cı illərdə İrandan və Türkiyədən 1 milyon 200 min erməni köçürülərək Azərbaycanın qərb bölgələrində, eləcə də Qarabağ və Gəncə quberniyasında yerləşdirilmişdir. Onlar həmin ərazilərdə özlərinə yer etdikdən sonra azərbaycanlıları sıxışdırıb çıxarmış, qarətlər, talanlar etmiş, yerli sakinləri amansızlıqla öldürmüşlər. Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə qatıldıqdan sonra isə rus çarı I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edən İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində “erməni vilayəti”nin yaradılmasını elan etmiş, vilayətin tərkibinə həmin dövrdə 7331 azərbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edilmişdir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287595
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2443
3637
25364
72241
3287595

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter