21 Aprel 2019, Bazar

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Peşə bayramı gününün təsis edilməsi dövlət qurumları sırasında xüsusi yeri olan prokurorluq orqanlarına böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinin layiqincə qiymətləndirilməsinin təzahürüdür. Bu il Azərbaycan prokurorluq orqanlarının yaradılmasının 95 illiyi tamam olur.
Prokurorluq orqanlarının dövlətçilik maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil və demokratik orqan kimi formalaşması, onun səmərəli fəaliyyətinin təşkili ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunmuş, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Əsas Qanunda prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır”. Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşması isə demokratik prinsiplərə əsaslanan seçki hüququ ilə təmin edilir.

Ölkəmiz müstəqillik qazandıqdan sonra özünün dövlət institutlarının yaradılması ilə yanaşı, bu təsisatların seçki hüququ əsasında formalaşdırılması məqsədilə qanunvericilik bazasının  işlənib hazırlanması prosesinə də başlanılmışdır.

Seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə birbaşa təsirini ifadə edən, dövlət hakimiyyətini ­legitimləşdirən, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixdə qəbul olunmuş Konstitusiyası səviyyəsində təsbit edilmiş əsas hüquqlar sırasındadır.
Seçki hüququ beynəlxalq hüquq normaları səviyyəsində qəbul olunmuş müasir demokratik cəmiyyət üçün vacib dəyərlərdən biri hesab olunmaqla BMT-nin Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də öz əksini tapmışdır. Sözügedən Bəyyannamənin müvafiq maddəsinə görə, xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalı, bu iradə öz ifadəsini periodik keçirilən və saxtalaşdırılmayan seçkilərdə tapmalıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır.
Son 18 ildə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmışdır.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir,  meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkar­lıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Sentyabrın 28-də keçirilən iməci­liklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığındakı terrasda, Naxçıvan-Sədərək magistral yolunun kənarlarında və şəhərin müxtəlif ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş,  yaşıllıqlar suvarılmış və alaq otlarından təmizlənmişdir.

Ardını oxu...

Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinə çox az bir vaxt qalır. Seçkilərin şəffaf, demokratik şəkildə keçirilməsi üçün dairə seçki komissiyaları öz işini seçki təlimatlarına uyğun qurmağa çalışır.
5 saylı Şahbuz-Babək Seçki Dairəsində görülən işlərlə yaxından tanışlıq məqsədilə həmin dairədə olduq. Dairə seçki komissiyasının sədri Taməddin Hüseynov bildirdi ki, muxtar respublikada fəaliyyət göstərən digər dairə seçki komissiyaları kimi, bu dairə üçün də müasir tələblərə cavab verən yeni bina inşa olunub. Burada çalışan komissiya üzvlərinə hərtərəfli iş şəraiti yaradılıb. 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin tərkibində 37 məntəqə fəaliyyət göstərir. Onların 25-i Şahbuz rayonunda, 12-si isə Babək rayonundadır. Seçki dairəsinin əhatə etdiyi ərazilərdə seçicilərin əhval-ruhiyyəsi yüksək səviyyədədir. Aparılan genişmiqyaslı quruculuq tədbirləri, insanların həyat səviyyəsinin gündən-günə yaxşılaşdırılması hər bir seçicidə nikbin ovqat yaradıb.

Ardını oxu...

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində məhkumların seçki hüquqlarının izahı ilə əlaqədar seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev qeyd etmişdir ki, muxtar respublika ərazisində fəaliyyət göstərən cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı maarifləndirilməsi çox əhəmiyyətlidir. Bu tədbirlər məhkumların seçki hüququ və səsvermə qaydalarına daha əhatəli aydınlıq gətirilməsi məqsədilə keçirilir.
Tədbirdə “Məhkumların seçki hüququ” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova bildirmişdir ki, müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmin edilməsi və səmərəli şəkildə müdafiəsi hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktorudur. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Seçki hüququnun prinsipləri və seçki sisteminin əsasları ölkə Konstitusiyası ilə tənzimlənir. Vətəndaşlar seçmək və seçilmək hüququ əsasında ölkəmizdə dövlət işləri və ictimai işlərin idarə olunmasında iştirak edirlər. Vətəndaşlar seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3875375
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
302
3976
23765
65766
3875375

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter