23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Seçki marafonu

  9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür


Hörmətli seçicilər!

Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun.
Belə hallarda seçki məntəqələri səsvermə gününə ən azı 50 gün qalmış, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq, hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır.
Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanlarının təqdimatı əsasında ümumi məntəqələrdə səs verməsi mümkün olmayan hərbi hissələrin hərbi qulluqçuları hərbi hissələrdə yaradılan seçki məntəqələrində səs verirlər.


    Seçiciyə seçki bülleteni zabitin şəxsi vəsiqəsi və ya hərbi bilet təqdim edildikdə verilir.


Seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına Seçki Məcəllə­­si ilə müəyyənləşdirilmiş qaydada məntəqə və ya­xud seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların səlahiyyətli nümayəndələrinin, siyasi partiyaların, siyasi parti­ya bloklarının səlahiyyətli nümayəndələrinin, mü­şahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar ilk  dəfə səs verəcək gənc seçi­cilərin maarifləndiril­məsi məqsədilə seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bildirmişdir ki, gənclərin prezident seçkilərində səsvermələri artıq aktiv vətəndaş hüquqlarından tam mənada istifadə etmələri  deməkdir.
Aktiv və passiv seçki hüquqları, seçki prosesi və səsvermə qaydaları barədə ətraflı məlumat verən komissiya sədri vurğulamışdır ki, Konstitusiyamızda seçki hüququ ilə bağlı bəzi məhdudiyyətlərin ümumi əsasları öz əksini tapmışdır. Bunlardan biri yaş məhdudiyyətidir. Belə ki, seçki hüququnu həyata keçirmək üçün hər bir şəxsin ən azı 18 yaşı olmalıdır, yəni 18 yaşına çatmış və seçki hüququ başqa əsaslarla məhdudlaşdırılmamış hər bir vətəndaş seçkilərdə iştirak edə bilər. Muxtar respublikamızda 3075 gənc ilk dəfə seçki hüquqlarından istifadə edəcək.

Ardını oxu...

Bildiyimiz kimi, oktyabrın 9-da ölkə­mizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. Bəs Naxçıvan Muxtar Respublikasında seçkilərə hazırlıq işləri necə aparılır? Suallarımızı Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov cavablandırır:
– Məhərrəm müəllim, seçkilərə hazırlığın ilkin mərhələsi, onun demokratikliyini təmin edən əsas amillərdən biri və ən başlıcası seçici siyahılarının düzgün tərtib olunmasıdır. Bu istiqamətdə hansı işlər görülmüşdür?
– Bütün ölkə miqyasında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində başlanan proses artıq başa çatdırılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikasında yerləşən 7 dairə seçki komissiyası seçici siyahılarını dəqiqləşdirərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir. Seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, Daxili İşlər Nazirliyinin pasport-qeydiyyat qurumlarının və mənzil-istismar sahələrinin təqdim etdikləri məlumatlardan istifadə olunmuşdur.

Ardını oxu...

“Oğlumun nağılları, yaxud bizim həqiqətlərimiz” silsiləsindən II nağıl

Axşam yeməyini yedikdən sonra dərslərini bir daha təkrar etməyə gedən oğlumun qəfil verdiyi sualı eşidəndə tikə boğazımda ilişib qaldı:
– Dədə, sənin hər gün bizə danışdıqların, doğrudan, nağıldı, ya onları özün uydurursan?  
O anda nə deyəcəyimi bilmədim. Amma oğlum qapıya yaslanıb mənim cavabımı gözləyirdi. Yalan danışa bilməzdim. Danışdıqlarımı uydurmadığımı, həmçinin nağıl kimi bir həyat olduğunu necə deyəcəyimi düşünürdüm ki, yenidən dilləndi:
– Müəlliməm tətildən qayıtdıqdan sonra hərəmizdən bir nağıl soruşdu. Mən də sənin danışdığın nağıllardan birini dedim. Müəl­liməmsə dedi ki, kitablardakı nağıllardan danışın. Məgər sənin danışdıqların kitablardakı nağıllardan deyil?
– Bilirsən, oğlum, nağıllar şifahi xalq ədəbiyyatıdır. Yəni bir zamanlar ata-babalarımız, nənələrimiz, analarımız gördüklərini, eşitdiklərini, hiss etdiklərini, yaşadıqlarını bir-birlərinə danışıblar, söyləyiblər. Onlardan eşidənlər də sonrakı dövrdə öz uşaqlarına, nəvələrinə danışıblar. Belə-belə yaşananlar nağıl olub, hekayəyə çevrilib, folklor nümunəsi kimi yaddaşlara yazılıb. Yəni hər nağılın içində bir həqiqət var. Mənim sənə danışdıqlarım da nağıldı. Bir gün böyüyəndə indi dediklərimi də, danışdığım nağılları da mütləq anlayacaqsan.

Ardını oxu...

Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinə gəlmiş, ali təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş linqvistika auditoriyaları, Tərcümə Tədris Mərkəzi, Cənubi Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzləri, Diplomatiya kabinəsi, Tələbə evi və qonaq evi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki elmi-tədqiqat laboratoriyaları ilə tanış olmuşdur.
Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov məlumat vermişdir ki, 1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik, dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş müasir ali təhsil ocağıdır. Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində 108 hektarlıq universitet ərazisində hər cür imkanlara malik müasir tədris korpusları qurulmuşdur. Burada yeni informasiya texnologiyaları ilə, müasir avadanlıqlarla təchiz edilmiş elektron auditoriyalar, laboratoriyalar, internet mərkəzləri, elektron kitabxana fəaliyyət göstərir. Bildirilmişdir ki, universitet dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Hazırda universitetdə   5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır.
Serbiyalı diplomat universitetin maddi-texniki bazasının, təhsilin və tədrisin yüksək səviyyədə təşkil olunduğunu vurğulamış, bütün bunların onda  xoş təəssürat yaratdığını bildirmişdir.

Mehriban SULTAN

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3883044
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
110
4106
4216
73435
3883044

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter