21 İyun 2019, Cümə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Tarixdə şəxsiyyətlərin rolu və onların dövlətin inkişafına verdiyi əvəzedilməz töhfələr danılmazdır. Bu gün dünyada demokratik nailiyyətlərə sadiqlik baxımından özünü təsdiq etmiş Amerika Birləşmiş Ştatlarında Cefferson, Fransada Şarl de Qoll, Türkiyə Cümhuriyyətində Mustafa Kamal Atatürk kimi şəxsiyyətlər hörmətlə anılır və onların dövlət qurucu­luğundakı müstəsna xidmətləri hamı tərəfindən birmənalı qəbul olunur. Bu mənada Azərbaycanın otuz beş ilə yaxın bir dövrü, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. O, öz siyasi zəkası və istedadı sayəsində Azərbaycanı işıqlı gələcəyə aparan yolları da müəyyən etmişdir.
Sözsüz ki, irimiqyaslı siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan şəxsiy­yətlərə böyük ehtiyac hiss edilirdi.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açaraq “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzə edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri təkcə qurub-yaratdıqları ilə məhdudlaşmır. Onun ideyaları hər an bizim elmimizin, təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında, ordumuzun möhkəmləndirilməsində özünü göstərir. Bu böyük şəxsiyyətin parlaq əməlləri, möhtəşəm fəaliyyəti dünya durduqca nəsillərə örnəkdir. Yurdu, milləti sevməyin, ona fədakar xidmət etməyin, əsl dövlət başçısı və xalq adamı olmağın etalonu da məhz ümummilli lideri­mizdir.

Ardını oxu...

Dünən AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 57-ci məşğələsi keçirilmişdir. Lektoriyanın budəfəki mövzusu “Heydər Əliyev – siyasi rəhbərlikdən ümummilli liderliyə” olmuşdur.
Məşğələni giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etmişdir ki, tarixdə hər bir siyasi lider dövlət xadiminə çevrilə bilmədiyi kimi, dövlət xadimi olan hər bir siyasi lider də ümummilli liderə çevrilə bilmir. Ümummilli liderə o şəxsiyyətlər çevrilə bilirlər ki, onlar taleyüklü məqamlarda məsuliyyəti cəsarətlə öz üzərlərinə götürür, milli və dövlətçilik maraqlarını bütün addımları atmaq üçün əsas istiqamətverici amil hesab edir və millətinin öz müqəddəratını müstəqil şəkildə təyin etməsini təmin edirlər. Xalqımızın böyük oğlu Heydər Əliyev bu keyfiyyətləri özündə ehtiva edən siyasi lider, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideridir. Bölmə sədri dünya səviyyəli müxtəlif dövlət və siyasi xadimlərin ümummilli lider haqqında söylədiyi fikirləri xatırlatmışdır.

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYEV: Bizim islahatlarımız bütün sahələrdə gedir. Təbiidir ki, biz birinci növbədə iqtisadiyyatda dəyişikliklər etməli idik, yəni iqtisadiyyatın vəziyyətini düzəltməli idik. Çünki iqtisadiyyat hər şeyin əsasıdır. Azərbaycan dövlət müstəqilliyi əldə edən zaman çox güclü iqtisadi potensiala malik bir ölkə olmuşdur. O vaxtlar SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın içərisində yalnız Azərbaycan və Rusiya özü-özünü təmin etməyə qadir olan respublikalar idilər. Ancaq təəssüflər olsun ki, 1988-1989-cu illərdən başlayaraq Azərbaycanda gedən dağıdıcılıq prosesi ölkəmizin iqtisadiyyatına böyük zərbələr vurmuşdu. Artıq ölkəmiz öz dövlət müstəqilliyini əldə edən zaman və ondan sonrakı illərdə Azərbaycanın iqtisadiyyatı nəinki inkişaf etməyib, ilbəil aşağı düşübdür, tənəzzülə uğrayıbdır. Ona görə biz bu tənəzzülün qarşısını almalı idik. Bu da asan məsələ deyildi. Çünki çox şey dağılmışdı. Biz yalnız 1995-ci ildə iqtisadiyyatda tənəzzülün qarşısını aldıq. 1996-cı ildən Azərbaycanda iqtisadiyyatın inkişafını təmin etməyə başladıq. 

Xalqımızın ümummilli lideri, fenomenal şəxsiyyət Heydər Əliyevin ölkə­mizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sferalarında olduğu kimi, iqtisadi sahədə də atılan həlledici addımlar Azərbaycan iqtisadiyyatının tərəqqisində müstəsna rol oynamışdır.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə mərkəzin əməkdaşları Çinarə Səfərovanın, Günel Fətəlixanlının və Xəyalə Səfərovanın çıxışları olmuşdur.
Çıxışlarda qeyd edilmişdir ki, xаlqımızın ümummilli lidеri Hеydər Əliyеvin əziz хаtirəsi hər bir аzərbаycаnlının qəlbində dərin kök sаlmışdır. Хаlqı qаrşısındа göstərdiyi misilsiz хidmətlər ümummilli lidеri­mizin şərəfli ömrünü tаriхimizin cаnlı səhifəsinə çеvirmiş, оnа əbədiyаşаrlıq hüququ qаzаndırmışdır.  Хеyirli əməllər sаhibi, müqəddəs şəхsiyyət оlduğundаn Hеydər Əliyеvin qurub-yаrаtdıqlаrı, dərin düşüncəli idеyаlаrı təkcə dünənki və bugünkü nəsillərə dеyil, həm də nеçə-nеçə gələcək nəsillərə hеsаblаnmışdır. Dahi şəxsiyyət Hеydər Əliyеvin bütün fəаliyyətinin, аtdığı аddımlаrın mаhiyyəti yаlnız хаlqınа хidmət еtmək аrzusundаn dоğurdu. Biz yаşаdıqcа, оnun аçdığı yоllаrlа irəlilədikcə bu dаhi insаnın böyüklüyünü, müdrikliyini, uzаqgörənliyini dаhа dərindən dərk еdirik.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4105533
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
828
8710
28430
69133
4105533

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter