16 Fevral 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Ordubad Rayon Təhsil Şöbəsində keçirilən “Heydər Əliyev lektoriyası”nın “Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda növbəti məşğələsi 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuşdu. Tədbiri giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdiri İlqar Həsənov açmışdır. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanı anarxiyadan, parçalan­maq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etmişdir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Hazırda Azərbaycanın dünyada analoqu olmayan bir sürətlə inkişaf etməsini məhz Milli Qurtuluş Gününə borclu olduğumuzu vurğulayan İlqar Həsənov ulu öndərin siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu gün Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı, ilk növbədə, vətəndaşlarımızın maddi rifah halının yaxşılaşmasına xidmət edir, paytaxtla bərabər, regionlar da sürətli tərəqqi yolu ilə inamla addımlayır.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı Azərbaycanın qurtuluşunun başlanğıc günüdür

Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş dahi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.
Hər bir xalqın minilliklər boyu formalaşmış dövlətçilik ənənələrinin praktik şəkildə gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradənin olması mühüm şərtdir. Ancaq mənən güclü, xalqına bağlı, vətənpərvər liderə malik olmayan xalqın müstəqillik, azadlıq ideallarına qovuşması da mümkün deyil. Yaranmış müəyyən əlverişli mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq hüququ qazanırlar. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyətlərin fövqündə dayanan dahidir. Azərbaycanın ötən əsrin 90-cı illərində düşdüyü bəlalardan xilas olunması, itirilməkdə olan dövlət müstəqilliyimizin əbədi, dönməz xarakter alması ulu öndərimizin adı ilə bağlıdır.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan etmişdir. Xalq illər boyu ürəyində yaşatdığı, can atdığı istiqlala qovuşmuşdu. Lakin çox keçmədi ki, müstəqillik duyğusunun yaratdığı sevincin yerini iztirab, narahatlıq tutdu, ölkəmiz ağır sınaqlarla üzləşdi. Artıq Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması üçün təhlükə göz qabağında idi. 1991-1993-cü illərdə ölkəmizdəki anarxiya və xaotik proseslər təsdiq edirdi ki, yalnız Heydər Əliyev kimi qətiyyətli, iradəli siyasi lider Azərbaycanı bu bəlalardan xilas edə, yenicə əldə edilmiş müstəqilliyimizi yaşada bilər.

Ardını oxu...

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir.
Gənclər və İdman Nazirliyinin Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi ilə birlikdə təşkil etdiyi “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda keçirilən məşğələni giriş sözü ilə gənclər və idman nazirinin müavini Mirməcid Seyidov açmışdır.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışmışdır.
Məruzəçi bildirmişdir ki, Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil edir. Ulu öndərimiz hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur.

Ardını oxu...

Şərqlə Qərbin qovşağındakı mədəniyyət

Belə bir deyim var: “Dünyanı gözəllik xilas edəcək”. Əslində, bu gözəlliyin daxilində mədəniyyət məfhumu gizlənmişdir. Müasir dünyada ölkələr arasındakı müəyyən münasibətlərin qurulmasında, əlaqələrin inkişaf etdirilməsində mədəniyyət amilinin necə rol oynadığı hamımıza bəllidir. Ümummilli lider Heydər Əliyev mədəniyyətə çox yüksək qiymət verərək deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Həqiqətən də, maddi və mənəvi ünsürlərin formasiyasını özündə cəmləşdirən mədəniyyət xalqların həyatında mühüm rol oynayır. Azərbaycan xalqı da özünün zəngin mədəniyyət tarixini yaratmışdır. Ölkə­miz Avropa ilə Asiyanın qovşağında yerləşdiyi üçün onun mədəniyyəti həm Qərb, həm də Şərq element­lərini özündə ehtiva edir. Bu zənginlikdən irəli gəlir ki, milli ənənələrimizdə İslam mədəniyyətinin incəlikləri müxtəlif dövrlərdəki qadağalara baxmayaraq, qorunub saxlanılmış və bu gün də həmin dəyərlər inkişaf etdirilməkdədir.

Ardını oxu...

Dünən Naxçıvan Özəl Universitetində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev lektoriyası”nın “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda növbəti məşğələsi keçirilmişdir.
Lektoriyanı giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirmiş­dir ki, Milli Qurtuluş Günü xalqımızın həyatında ən mü­hüm mərhələnin başlanğıcıdır. Ümummilli lideri­miz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş əhəmiyyətli addımlar atılmışdır.
Sonra “Milli Qurtuluş Günü Azərbaycan milli dövlətçiliyinin xilas günüdür” mövzusunda məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə anarxiyanın, hərc-mərcliyin qarşısı alınmış, Vətənimiz düşdüyü bəlalardan xilas olmuşdur. Xalqımızın böyük oğlu qısa müddətdə ölkədə baş vermiş vətəndaş qarşıdurmasının qarşısını almış, cəmiyyət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatlar həyata keçirilməsini təmin etmişdir.
Vurğulanmışdır ki, zamanı tarixləşdirən, əbədiləşdirənlər müdrik şəxsiyyətlərdir. Tarix əbədiliyi, bəşəriyyət isə azad və firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Biz ulu öndərə ona görə borcluyuq ki, dahi şəxsiyyət öz qayıdışı ilə müstəqilliyimizi, bütövlükdə, Azərbaycanımızı xilas etmişdir.
Ötən müddət ərzində respublikamız böyük inkişaf yolu keçmiş, ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafın bəhrələrini muxtar respublikamızda hər bir sahədə görmək mümkündür. Ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyası, onun ideyalarına sədaqət bu qədim diyarın hərtərəfli tərəqqisinə səbəb olmuşdur.
Lektoriyaya İbrahim Kazımbəyli yekun vurmuşdur.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3699185
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1436
2209
15083
40277
3699185

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter