20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan Muxtar Respublikasının məhkəmə orqanları uzun və şərəfli bir tarixi inkişaf yolu keçmişdir. Bu yol Naxçıvan Muxtar Respublikasının, bütövlükdə isə Azərbaycanın hüquq tarixi ilə bağlı olub ölkəmizin və muxtar respublikamızın keçdiyi çox mürəkkəb və əlamətdar tarixi hadisələrlə zəngin bir dövrü özündə təcəssüm etdirir. Naxçıvanın məhkəmə tarixinin müxtəlif şərait və dövrlərə aid konkret fakt və materialların təhlil olunaraq ümumiləşdirilməsi əsasında öyrənilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi əsasında hazırlanan Naxçıvanın məhkəmə tarixinə həsr olunmuş “Naxçıvanın məhkəmə tarixi” adlı kitab bu mərama xidmət edən dəyərli tədqiqat əsəridir. Giriş, beş fəsil və əlavələrdən ibarət olan kitab 280 səhifədir və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunub.
Müəlliflər müxtəlif dövrlərdə məhkəmələr haqqında qüvvədə olmuş qanunvericilik aktlarını və məhkəmə təcrübəsini təhlil edərək, VII əsrdən bu günədək bəşər sivilizasiyasının qədim məskənlərindən olan Naxçıvanda məhkəmə orqanlarının yaranması və onların fəaliyyət dairəsinin əsas prinsiplərini tədqiq ediblər.
Kitab müxtəlif arxiv sənədləri, dövri mətbu materiallar, mövcud elmi ədəbiyyatlar əsasında hazırlanıb. Onun yazılmasında, həmçinin görkəmli Azərbaycan tarixçilərinin, ərəb və farsdilli müəlliflərin əsərləri, avropalı alimlərin və səyyahların gündəlikləri, qeydləri və məlumatları, habelə rəsmi internet resurslarından mənbə kimi istifadə olunub.

Ardını oxu...

Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində sərnişindaşıma xidməti ilə məşğul olan sürücülər üçün növbəti ­seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin əməkdaşları Elxan Novruzov, Natiq Həsənov və idarənin baş mexaniki Budaq Əmirov çıxış ediblər. Çıxışlarda 2018-2019-cu illərin payız-qış mövsümünə hazır­lıqla əlaqədar qarşıda duran vəzifələr, nəqliyyatın təşkili və idarə edilməsi xidmətinin yüksəldilməsi, şəhərdaxili nəqliyyatda intizamın gücləndirilməsi barədə müzakirələr aparılıb.
Bildirilib ki, qış aylarında heç bir nöqsana yol verməmək üçün sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri işə məsuliyyətlə yanaşmalı, heç bir yayınma hallarına yol verilməməlidir. Xidmətin əməkdaşları nəqliyyat vasitələrinin qış aylarında texniki cəhətdən saz vəziyyətdə olmasını təmin etmək məqsədilə mütəmadi reydlər keçirəcək, sakinlərin istər şəhərdaxili, istərsə də rayon və kənd­lərə işləyən avtobuslardan rahat istifadəsi təmin ediləcək.
Vurğulanıb ki, hazırda şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki bir daha nəzərdən keçirilir, qrafiklər daha da təkmilləşdirilir. Xətlərə çıxan avtobus və taksilərə texniki baxışlar təşkil olunur.
Qeyd edilib ki, mövsüm ərzində yüksəkkeyfiyyətli nəqliyyat xidmətinin təşkili üçün bütün lazımi tədbirlər həyata keçiriləcək.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Nail ƏSGƏROV

Naxçıvan Dövlət Universitetində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclası giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. O, avqust ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə ali və orta ixtisas təhsili müəssisələrinin tədris korpuslarının, idman zallarının, sosial xidmət mərkəzləri və yataqxanalarının qış mövsümünə hazırlığı barədə verilən tapşırığı diqqətə çatdırıb. Qeyd edib ki, bir neçə ildir, muxtar respublikaya verilən fasiləsiz enerji, təbii qaz, içməli suya olan tələbatın ödənilməsi, istilik sistemlərinin qurulması universitetdə bu sahədə olan çətinlikləri aradan qaldırıb.
“Ali təhsil ocağında müasir infra­strukturun yaradılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər muxtar respublikamızda təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının əyani ifadəsidir”, – deyən rektor onu da əlavə edib ki, həyata keçiriləcək tədbirlər sayəsində ali təhsil ocağı payız-qış mövsümündə heç bir problemlə üzləşməyəcək.
Təsərrüfat və xidmət şöbəsinin müdiri Araz Zalov deyib ki, müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması ilə əlaqədar hər il payız-qış mövsümünə hazırlıq işlərinin əvvəlcədən görülməsi öz bəhrəsini verir. Bu, soyuq aylarda yarana biləcək çatışmazlıqların qabaqcadan aşkarlanaraq aradan qaldırılmasını təmin edir.
Şöbə müdiri onu da qeyd edib ki, qazan­xanaların fəaliyyəti, elektrik enerjisi ilə təchizatı, su və kanalizasiya xətlərinin vəziyyəti reyd briqadası tərəfindən araşdırılır. Vurğulanıb ki, mövsümə qədər görülməsi nəzərdə tutulan işlərin vaxtında başa çatdırılması təmin olunacaq.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Səadət Əliyeva

Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə, hissə və bölmələrdə döyüş hazırlığı planına uyğun olaraq praktik məşğələlər və növbəti komanda-qərargah təlimi keçirilir.
Əlahiddə Ümumqoşun Orduda üçpilləli, ikitərəfli olmaqla, keçirilən növbəti komanda-qərargah təlimində praktik fəaliyyətlərə cəlb edilmiş bölmələr həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Komanda-qərargah təliminin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya mərkəzində kompüterlər üzərində icrası həyata keçiriləcək.
Aviasiya bölmələrində keçirilən təlim-məşq uçuşları zamanı SU-25 hücum təyyarələri və Mİ-35 döyüş helikopterləri ilə yer hədəflərinə müxtəlif döyüş manevrlərindən hücum məşq etdirilib.
Tank bölmələri ilə kompleks məşğələlərdə tankçılarımızın sürücülük və atəş bacarıqları yoxlanılaraq qiymətləndirilib. Tankçıların Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlarda virtual olaraq mənimsədikləri vərdişlər səhra şəraitində təşkil olunan praktik məşğələlərdə daha da təkmilləşdirilib.

Nəriman NƏCƏFOV

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində ­payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən ümumi yığıncağı xidmətin rəisi Əli Hüseynəliyev açaraq məruzə edib. Bildirib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Dövlət Nəqliyyat Xidməti qarşısında da mühüm vəzifələr qoyulub. Verilmiş tapşırıqların icrası ilə əlaqədar ilkin olaraq ucqar dağ və sərhəd kəndlərinə işləyən marşrut avtobuslarının texniki müayinədən keçirilməsinə start verilib. Bu məqsədlə xidmətin payız-qış mövsümünə hazırlıq komissiyası bölgələrdə olub, ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibləri ilə əlaqə saxlayıb, mövcud çatışmazlıqların aradan qaldırılması üçün onlara köməklik göstərilib.
Qeyd olunub ki, avqust ayı ərzində muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikro­avtobusların texniki müayinəsi keçirilib, 301 avtobus qeydiyyata alınıb. Onlardan 234-ü saz vəziyyətdə olub, 54-nə nasazlıqları aradan qaldırmaq üçün vaxt verilib, 13-ü isə əsaslı təmir üçün dayandırılıb.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3039511
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
937
5384
16743
90842
3039511

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter