19 Oktyabr 2019, Şənbə

Oktyabrın 12-15-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfər edəcək.

AZƏRTAC Azərbaycanın Polşadakı səfirliyinin məlumatına istinadən xəbər verir ki, səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, Fuad Muradovun Polşadakı diaspor nümayəndələri ilə görüşü də nəzərdə tutulur.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava 

Oktyabrın 9-da Xəzər dənizində maqnitudası 4,4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:06-da qeydə alınıb.

Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın uğurlarından və Sumqayıt şəhərinin 70 illik yubileyindən bəhs edən xüsusi veriliş yayımlanıb.

Verilişdə aparıcı Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev və “Kakusei Space Innovation” şirkətinin prezidenti Yasuhiro İşibaşi Azərbaycanın müstəqilliyinin bərpasından sonra qazanılan uğurlar, cari ildə 70 illik yubileyi qeyd edilən Sumqayıt şəhəri haqqında yapon tamaşaçılara ətraflı məlumat veriblər.

Ardını oxu...

Şərqlə Qərbin qovşağında, tarixi ticarət yollarının üzərində yerləşən Naxçıvanın iqtisadi həyatında tarixən Culfa şəhərinin mühüm rolu olmuşdur. Vaxtilə İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən karvan yolları Culfadan keçmiş, bu şəhər orta əsrlərdə dünya ipək ticarətinin mərkəzlərindən sayılmışdır. Tarixi sənədlərdə göstərilir ki, XVI əsrin II yarısında Culfa tacirləri Venesiya, Marsel, Amsterdam kimi Avropanın böyük sənaye və ticarət mərkəzləri ilə geniş əlaqələr qurmuşlar. Səfəvi şahı I Təhmasib tərəfindən Culfa tacirlərinə xarici ölkələrlə ipək ticarəti üçün inhisar hüququ verilmiş, ticarət hüququ əldə etmiş tacirlər Avropa ölkələri ilə münasibətlərdə şahın xüsusi nümayəndəsi kimi çıxış etmişdilər.

Ardını oxu...

Ölkəmizdə rabitə və poçt sisteminin sürətli inkişafının təməli ötən əsrin 70-ci illərindən qoyulmuşdur. 1969-cu ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Müstəqillik illərində ulu öndərin rəhbərliyi ilə Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi sürətli inkişaf yolu keçmişdir.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR