16 Fevral 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsi, iftixar günüdür. Çünki yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya nümayiş etdirmişlər.

Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan xalqın iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misligörünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Silahsız, dinc əhaliyə qarşı keçirilən həmin qanlı əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostov vilayətlərindən səfərbərliyə alınmış erməni əsgər və zabitlər, orduda xidmət edən ermənilər daxil edilmişdi. Xüsusi təlim keçmiş qoşun hissələri yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə 3 istiqamətdə yeridilərək dinc əhaliyə qarşı misligörünməmiş vəhşiliklər etmişlər. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir.

Ardını oxu...

“Naxçıvan” Universitetində “20 Yanvar faciəsi tariximizin şanlı səhifəsidir” mövzusunda keçirilən tədbirin iştirakçıları əvvəlcə universitetin beşmərtəbəli tədris korpusunun foyesi boyu 20 Yanvar hadisələrini əks etdirən fotolara, qəzet və jurnallara baxıblar.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Universitetin rektoru, professor İsmayıl Əliyev giriş sözü ilə çıxış edərək bildirib ki, 1990-cı il yanvar ayının 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusu birləşmələri Azərbaycanın paytaxtı Bakı şəhərinə girərək xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törətdi. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönmədi. Həmin vaxt xalqımızın ümummilli lideri ­Heydər Əliyev Azərbaycan Respublikasının Moskvadakı Daimi Nüma­yəndəli­yinə gələrək faciəyə münasibətini bildirib.
Rektor onu da qeyd edib ki, sovet imperiyasının bu qanlı aksiyanı törətməkdə məqsədi xalqımızın mübarizə əzmini qıraraq onun müstəqillik arzusunu boğmaq idi. Amma imperiya öz çirkin məqsədinə çata bilmədi. Xalqımız daha da mübariz oldu və öz müstəqillik ideyalarını gerçəkləşdirdi.
Tədbirdə çıxışlar dinlənilib, tələbələr şəhidlərə həsr olunmuş şeir­ləri bədii qiraət edib, 20 Yanvar faciəsinə həsr olunmuş slayd nümayiş etdirilib.

Nuray ƏSGƏROVA

95 illik yubileyini qeyd edən Naxçıvan polisi yarandığı gündən şərəfli yol keçərək bu gün də öz xalqına və dövlətinə xidmət etməkdədir. Naxçıvan polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında, eləcə də erməni quldurlarının ölkəmizə hərbi təcavüzü zamanı polis andına sədaqət nümayiş etdirmiş, öz canını və qanını əsirgəməmiş, bu yolda şəhidlər vermişdir. Məhz bu gün Naxçıvan polisi öz peşə tarixinin 95 illik yubileyini böyük nailiyyət və uğurlarla qarşılayır. Ən əsası isə bu yubiley muxtar respublika rəhbərinin ali diqqət və qayğısı, muxtar respublika əhalisinin polisə bəslədiyi yüksək etimadla qeyd olunur.    

1920-ci ilin aprelində Azərbaycanda Xalq Cümhuriyyətinin süquta uğraması və Sovet hökumətinin qurulması ilə əlaqədar SSRİ Xalq Daxili İşlər Komissarlığının tabeçiliyində Azərbaycan Xalq Daxili İşlər Komissarlığının yaradılması və 18 yanvar 1924-cü ildə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin Naxçıvan Daxili İşlər Komissarlığına çevrilməsi polis orqanlarının formalaşması ilə nəticələnmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə fəaliyyət göstərən Naxçıvan polisi sosialist quruluşuna uyğun dövlət qurumu olsa da, həmin dövrdə Naxçıvanın daxili işlər orqanları böyük təcrübə qazanmış, yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. Azərbaycan polisinin, o cümlədən Naxçıvan polisinin əsl inkişafı, milliləşməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı güclənmiş, əməkdaşların vətənpərvərlik, milli­-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə, milli kadrların yetişməsinə xüsusi önəm verilmişdir. Sovetlər Birliyinin süqutundan sonra da polis orqanlarına ən böyük kömək və qayğı 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləmiş ulu öndər Heydər Əliyev tərəfindən göstərilmişdir. Belə ki, onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Müdafiə Komitəsi yaradılmış və polis Müdafiə Komitəsi ilə birgə torpaqlarımızın qorunmasında fəal iştirak etmişdir.

Ardını oxu...

Çətin günlər idi... Üç tərəfdən düşmən əhatəsində olan, həmin dövrdə tənha adanı xatırladan Naxçıvan mərkəzi hakimiyyətin biganəliyi, düşmənlərimizin xain hücumları nəticəsində təhlükə ilə üz-üzə qalmışdı. 1990-cı il yanvarın 18-də ermənilər ərazi cəhətdən muxtar respublikanın sərhədindən kənarda, Sədərək kəndinin 8-10 kilometrliyində yerləşən Kərki kəndini işğal etdilər, yanvarın 19-na keçən gecə isə Sədərəyə hücuma keçdilər. Həmin günlərdə Kərkini itirsək də, ümidimizi, inamımızı itirmədik. Əksinə, düşmənə qarşı nifrətimiz, onu məhv etmək, yer üzündən silmək arzumuz daha da şiddətləndi. 

Türk tayfası kərkililərin adı ilə bağlı olan Kərki kəndinin ərazisi 960 hektardır. Arpaçayın sahilində yerləşən bu kəndin adı 1728-ci il tarixli “İrəvan quberniyasının müfəssəl dəftəri”ndə “Kərkiçik” adı ilə qeydə alınıb. “Kərki” toponiminə ölkəmizdə və bir sıra türkdilli xalqların yaşadıqları ərazilərdə də rast gəlmək olur. Qarabağda Kərkicahan şəhəri, Göyçə mahalında Kərkibaşı kəndi, Türkmənistanda Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol stansiyası, Kərkidağ toponimi də bu tayfa adından qaynaqlanıb. Bütün bunlar onu göstərir ki, yaşayış məntəqəsi qədim türklərin məskunlaşdığı yer olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yaradılmışdır. Xalq Ədliyyə Komissarlığı adı ilə fəaliyyət göstərən həmin qurum 1946-cı ildən Ədliyyə Nazirliyi adlandırılmışdır. Ölkə ədliyyəsi sovet dövründə dəfələrlə ləğv edilib yenidən yarandığı kimi, muxtar respublikamızda da nazirlik 1956-cı ildə ləğv edilmiş, səlahiyyətləri digər orqanlara ­verilmişdir.
Sovet hakimiyyəti dövründə ideologiya maraqları çərçivəsində dövlət strukturlarının yaradılması, hüquq siyasətinin dəfələrlə dəyişdirilməsi, ədliyyə və məhkəmə orqanlarının bir neçə dəfə ləğv edilməsi və yenidən yaradılması sabit ədalət mühakiməsi sisteminin formalaşmasına mane olurdu. Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilmişdir. Belə ki, 27 ok­tyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan SSR Ədliyyə Nazirliyi, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin 5 may 1971-ci il tarixli 6 nömrəli büro iclas protokolu ilə Naxçıvan MSSR Ədliyyə Nazirliyi yenidən təsis olunmuşdur.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3697882
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
133
2209
13780
38974
3697882

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter