13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti və iş prinsipləri haqda mühazirə oxumaq üçün cəmiyyətin hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova Naxçıvan Dövlət Universitetinə dəvət edilib. İki gün davam edən mühazirələrdə tələbələrə dünyanın 80-dən çox ölkəsində humanitar məqsədlə fəaliyyət göstərən təşkilat haqda məlumat verilib.
Bildirilib ki, baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən hərəkat Beynəlxalq Qızıl Xaç Komitəsi, 190 Qızıl Xaç və Qızıl Aypara (QXQA) Cəmiyyətindən və QXQA cəmiyyətlərinin Beynəlxalq Federasiyasından ibarətdir. 1863-cü ildə yaradılan komitə Cenevrə Konvensiyalarının və beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsasında durur, müharibə və silahlı zorakılıqların qurbanlarına humanitar yardım göstərən və onları müdafiə edən müstəqil, neytral təşkilatdır. Hərəkatın missiyası harada olmasından asılı olmayaraq, xüsusilə də silahlı münaqişə və digər fəlakətlər zamanı insan əziyyətlərinin qarşısını almaq və azaltmaq, həyat və sağlamlıqlarını qorumaq və insana hörməti təmin etməkdir.
Mühazirənin ilk günündə əsas diqqət komitənin Azərbaycandakı fəaliyyətinə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığına həsr olunub.

Ardını oxu...

21-23 sentyabr tarixlərində ­Avropa İttifaqının ölkəmiz­­­də­ki ­nümayəndəliyi tərəfindən Nax­çı­­­van şəhərində “Avropa günləri” ­ke­­çirilmişdir.
Sentyabrın 28-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova məktub göndərərək “Avropa günləri”nin keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıq edib.
Məktubda deyilir: İlk dəfə idi ki, Avropa İttifaqının nümayəndəliyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycandakı 17 səfiri, o cümlədən Danimarkanın Ankarada və Finlandiyanın isə Helsinkidəki səfirləri birlikdə Naxçıvan Muxtar Respublikasına səfər etmişlər. Rəsmi görüşlərdən sonra 8 orta məktəbdə və 2 universitetdə Avropa ­İttifaqı və üzv dövlətlər barədə təqdimatlar keçirilmişdir. Paralel olaraq, dil dərsləri və ERASMUS+ və Gənc Avropa Səfirlərinin təqdimatları təşkil olunmuşdur. İqtisadiyyat və kənd təsərrüfatı nazirləri, eləcə də yerli sahibkarlarla biznes görüşü baş tutmuşdur. Nümayəndə heyətinin üzvləri reabilitasiya mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşmüşlər. Əhalinin bütün qrupları üçün keçirilmiş son tədbir olan “Avropa şəhərciyi”, təxminən, 40-45 min nəfərin iştirakı ilə nümayəndəliyin Azərbaycanda keçirdiyi ən böyük məlumatlandırma tədbiri olmuşdur.
“Avropa günləri Naxçıvanda” tədbiri uğur qazanmış, hər iki tərəf arasında marağın, etimadın və əməkdaşlığın yeni səviyyəsini nümayiş etdirmişdir.
Sizin yardımınız və dəstəyiniz olmadan bu tədbir uğur qazana bilməzdi.
Hörmətlə,

Kestutis Yankauskas,
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri

Təlimlər hər bir ordunun döyüş hazırlığında əsas istiqamətlərdən sayılır. Çünki yetərli döyüş qabiliyyəti bacarıqlarına yiyələnmədən, peşəkarlığa nail olmadan real döyüş əməliyyatlarını yerinə yetirmək mümkün deyil. Son illərdə dünya müdafiə sənayesində mühüm dəyişikliklərin baş verməsi, xüsusilə çoxsaylı hərbi texnika və məmulatların elektron idarəetmə sisteminə keçidi hərbi sənayedə bir sıra nailiyyətlərin qazanılmasına gətirib çıxarıb. 

Bu uğurların əsasını isə döyüş əməliyyatlarını qısa müddətdə aparmaq və canlı itki sayını minimuma endirmək təşkil edir. Təbii ki, hazırda müasir hərbi sənayenin yenilikləri yalnız o ölkələrin ordularında tətbiq edilir ki, həmin ölkələrin dayanıqlı iqtisadi potensialı olsun. Çünki ordu üçün böyük vəsaitlərin tələb olunduğu modernləşmə ciddi investisiyalar tələb edir. Bu mənada, son illərdə ölkəmizdə hərbi müdafiə sənayesinin inkişaf etdirilməsi, bunun da nəticəsində silahlı qüvvələrimizin qoşun və birləşmələrinin maddi-­texniki bazasının yenilənməsi olduqca böyük əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikasında da Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından ötən müddət ərzində onun komplektləşdirilməsi sahəsində görülən işlər muxtar respublikamızın hərbi potensialını xeyli artırmışdır. Bu illər ərzində muxtar respublikadakı hərbi hissələrdə infrastruktur yeniliklərinin tətbiqi, qoşun və birləşmələrin milli, eyni zamanda dünya hərbi sənayesinin ən müasir silah və texnikaları ilə təmin olunması ordumuzun yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan vermişdir. Ancaq, təbii ki, texnika ilə təminat məsələnin bir tərəfidirsə, digər tərəfi şəxsi heyətin müasir döyüş hazırlığı qabiliyyətinə yiyələnməsidir. Bu mənada, son illərdə muxtar respublikamızda yeni təlim mərkəzlərinin, hərbi məqsədlər üçün nəzərdə tutulmuş çöl və poliqonlarda lazımi şəraitin yaradılması, nəhayət, şəxsi heyətin belə şəraitdən layiqincə istifadəsi üçün imkanların səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır. Cari ilin may ayının 16-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab ­İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına növbəti səfəri çərçivəsində tanış olduğu Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsindəki Təlim-Tədris Mərkəzi də bu gün zabit və əsgərlərimizin peşəkarlığının artırılmasına öz töhfəsini verir. Elə biz də bu günlərdə həmin mərkəzdə olduq, təlim-tədris obyektinin fəaliyyəti ilə maraqlandıq.

Ardını oxu...

Oktyabrın 3-də Amerikanın nüfuzlu düşüncə mərkəzi olan “İrs” Fondu yanında Duqlas və Sara Ellisonlar adına Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru Lyuk Koffi Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Qonaq muxtar respublikanın bir sıra gəzməli-görməli yerlərində olub.
“Şərq qapısı” qəzetinə müsahibəsində Lyuk Koffi qədim diyarla bağlı təəssüratlarını bölüşüb:
– İlk olaraq onu deyim ki, bu, mənim Naxçıvana birinci səfərim olsa da, qədim diyarınızla tanışlıq məndə böyük təəssürat yaratdı. Buradakı təmizlik və səliqə-sahman, insanların qonaqpərvərliyi, mehriban münasibəti, xüsusilə diqqətimi cəlb etdi, mən burada çox xoş vaxt keçirdim. Onu da qeyd edim ki, Naxçıvanın tarixiliyi və müasirliyi məni valeh etdi. Duzdağ Fizioterapiya Mərkəzini, Naxçıvanqalanı və Nuh Peyğəmbərin türbəsini ziyarət etdim, burada gördüklərim barədə dostlarımı və yaxınlarımı da məlumatlandıracağam. Naxçıvanı daha da yaxından tanımaq üçün buraya bir daha gəlmək niyyətindəyəm.

Xəbərlər şöbəsi

Müstəqilliyi ikinci dəfə əldə etmək keçmiş ittifaqın digər ölkələri ilə müqayisədə Azərbaycanda daha da çətin olmuş, bu yolda Vətənimizin yüzlərlə qəhrəman övladı xalqımızın azadlığı uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə yüksəlmişlər. Ancaq söhbət təkcə bu müstəqilliyi qazanmaqdan yox, həm də onu qoruyub saxlamaqdan gedirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək: “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir”.
Çox böyük uzaqgörənliklə söylənilmiş bu fikirlərin təsdiqini ölkə­mizin ən yeni tarixində baş vermiş siyasi proseslərin timsalında bir daha gördük. Çünki Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən qazansa da, 1993-cü ilin iyun ayının ortalarınadək ölkədəki mövcud vəziyyət onu sübut etdi ki, bu müstəqilliyin sütunları kövrəkdir. Müxtəlif yollarla hakimiyyətə gəlmiş naşı və bacarıqsız qüvvələrin fəaliyyətsizliyi ölkədə özbaşınalığın artmasına, daxili sabitliyin pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuşdu. Artıq xalq başa düşürdü ki, ölkəni düşdüyü bu bəlalardan yalnız Heydər Əliyev dühası xilas edə bilər. Beləliklə, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, həmin il ok­tyabr ayının 3-də ölkə Prezidenti seçilməsi isə Azərbaycanda sabitliyin, inkişaf və tərəqqinin başlanğıcı olmuşdur. Bu mənada, 3 oktyabr Azərbaycanın ən yeni tarixində mühüm əhəmiyyəti ilə seçilir.
Dahi şəxsiyyətin ölkə Prezidenti kimi fəaliyyəti bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə həyata keçirdiyi milli dövlətçilik ideyalarının davamı olmuş, atılan addımlar müstəqilliyimizin qorunmasını və inkişafını, Azərbaycanın dünya dövlətləri sırasında özünə layiqli yer tutmasını şərtləndirmişdir. Belə ki, görkəmli dövlət xadimi Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı düşmən təcavüzündən xilas etmiş, bu qədim Azərbaycan diyarında müstəqil dövlətçilik ənənələrini formalaşdırmışdı. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, milli ordumuzun ilk hərbi birləşmələri yaradılmışdır.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3266835
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
577
4027
4604
51481
3266835

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter