23 Mart 2019, Şənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

95 illiyini qeyd edən muxtar respublikamız ötən ay da yeni-yeni uğurlar əldə etdi

Muxtariyyətinin 95 illiyini böyük nailiyyətlərlə qeyd edən Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu vətənpərvərliklə davam etdirilir. “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”, – deyən dahi şəxsiyyətin bütün tövsiyələri qədim diyarda daim əldə rəhbər tutulur, sosial-iqtisadi inkişaf konsepsiyası uğurla həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulu, namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən tədbirlər cari ilin yanvar ayında da davam etdirilmişdir.
2019-cu il 7-21 yanvar tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsi keçirilmişdir. Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim etmiş, onlardan 570-i test imtahanında iştirak etmişdir. Test imtahanlarında 257 nəfər keçid balını toplamış və müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Ardını oxu...

Çoxmillətli, beynəlxalq səviyyəli qış təlimində çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcək hərbi qulluqçularımızın Türkiyə Respublikasında beynəlxalq qış təliminə hazırlıq məşqləri davam edir.
28 ölkənin iştirak etdiyi qış təliminə hazırlıq məşqlərində ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini məşq edirlər. Döyüş əməliyyatları zamanı yüksək dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyəsi həyata keçirilir.
Türkiyə Respublikasının Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandolarımız ən çətin tapşırıqları praktik yerinə yetirirlər.

Nəriman Nəcəfov

Bu gün hamımız təsdiq edərik ki, muxtar respublikamızda ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqət və ehtiramın, Onun müəyyənləşdirdiyi yola inamın nəticəsi kimi diyarımızda siyasi və makroiqtisadi sabitliyə tam nail olunub, iqtisadiyyatın bütün sahələrində aparılan köklü islahatlar bəhrələrini verib, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Təbii ki, bunların hamısı muxtar respublika sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə, yaşayış tərzinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib. Bu da xüsusi vurğulanmalıdır ki, belə uğurlara ancaq sabitliyin, əmin-amanlığın təmin edildiyi və daimi xarakter aldığı diyarda nail olmaq mümkündür. 

Qazanılan nailiyyətlər 2018-ci ildə də öz həcmi ilə diqqəti çəkir. Bəhs olunan ilin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfər etməsidir. Səfər çərçivəsində dövlət başçısı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak edib, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Ardını oxu...

Azərbaycan Milli Еlmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyеvin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı mоnо­qrafiyası Naxçıvan tarixinin tədqiqinə mühüm töhfədir. İsmayıl Hacıyevin müxtəlif illərdə nəşr еtdirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Behbud ağa Şahtaxtinski: həyatı və fəaliyyətinin mühüm mərhələləri”, “Naxçıvan Muxtar Rеspublikası müstəqillik yollarında”, “Еrmənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial­-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)” və digər əsərləri Naxçıvan tarixinin bir çox qaranlıq cəhətlərinə işıq salmış, Azərbaycan tarixşünaslığında özünəməxsus yeri olan naxçıvanşünaslıq istiqamətini daha da zənginləşdirmişdir.
“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyasını İsmayıl Hacıyevin elmi yaradıcılığında yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. Əgər indiyə qədər onun tədqiqat çərçivəsi daha çox XIX-XXI əsrlərlə məhdudlaşırdısa, o, bu əsərində ilk dəfə göstərilən çərçivəni aşmış, Naxçıvan diyarının dövlətçilik tarixini ən qədim zamanlardan müasir dövrümüzə qədər tədqiq etmişdir. Elə buradaca mono­qrafiyanın daha bir məziyyəti üzərində dayanmaq lazımdır. İsmayıl müəllim yalnız Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın yerini təsvir etmək və müəyyənləşdirməklə kifayətlənməmiş, bütün Azərbaycan tarixi üçün mühüm aktuallıq kəsb edən bir çox məsələlərin qoyuluşuna və həllinə öz münasibətini bildirmişdir. Onun Azərbaycanda dövlətin yaranması şəraiti və ilkin xronologiyasının şərhi zamanı, hətta akademik nəşrlərdə yol verilmiş uyğunsuzluqları qabartması diqqəti xüsusilə cəlb edir.
Akademik İsmayıl Hacıyevin çoxillik zəhmətinin bəhrəsi olan monoqrafiya giriş, 8 fəsil, 27 yarımfəsil, nəticə, biblioqrafiya, adlar göstəricisi və əlavələrdən ibarətdir. Müəllif monoqrafiyanın strukturunu müəyyənləşdirərkən tarixşünaslıqda qəbul edilmiş dövrləşmə prinsipini əsas götürmüş, Naxçıvan tarixinin ayrı-ayrı dövrlərini bu prinsipə söykənərək tədqiq etmişdir.

Ardını oxu...