18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Yanğın təhlükəsizliyi orqanlarının yaradılmasının 100 illiyi və yanğınsöndürənlərin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov yanğın təhlükəsizliyi orqanlarının yaranmasının 100-cü ildönümü münasibətilə kollektivi Naxçıvan ­Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik edib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd edilir. 100 il bundan əvvəl yaranan yanğın təhlükəsizliyi orqanları mühüm inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə digər hüquq-mühafizə orqanları kimi, fövqəladə hallar orqanlarının da inkişafı təmin edilib və fəaliyyətlərinin müasirləşdirilməsi üçün tədbirlər görülüb. Yanğın təhlükəsizliyi orqanları da muxtar respublikada diqqət və qayğı ilə əhatə olunub, görülən məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi təkmilləşdirilib, maddi­-texniki baza, təminat və təchizat gücləndirilib, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi idarə statusu alıb, onun yerli qurumlarının səlahiyyətləri artırılıb, bu orqanın normal fəaliyyət göstərməsi üçün mövcud inzibati binalar əsaslı təmir edilib, yeni inzibati binalar və texniki qarajlar tikilərək istifadəyə verilib. Hazırda müasir yanğınsöndürmə avtomobilləri və radiostansiyalarla təmin olunmuş yanğın təhlükəsizliyi orqanları ixtisaslı kadrlarla da komplektləşdirilib. Yanğın təhlükəsizliyi orqanları yanğınların qarşısının alınması və söndürülməsi ilə yanaşı, yol-nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılmasında və ­xilasetmə işlərinin aparılmasında da iştirak edirlər.

Ardını oxu...

Muxtar respublikada fövqəladə hallara hazırlıq sahəsində qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunur. Belə ki, bu ilin ötən dövründə yanğın təhlükəsizliyi şöbələri tərəfindən 12 taktiki-xüsusi təlim keçirilmişdir.
Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri taktiki-xüsusi təlimə cəlb olunmuş, 9 obyektdə şərti baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə ­taktiki-xüsusi təlimlər keçirilmişdir.
Fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 122 müəssisə və təşkilatın fövqəladə hallara hazırlığı yoxlanılmışdır. Bundan başqa, 169 ümumtəhsil məktəbində, 14 uşaq bağçasında və 166 digər obyektdə mülki müdafiə işinin təşkili vəziyyəti, 17 tibb müəssisəsində ixtisaslaşdırılmış həkim yardım briqadalarının hazırlığı yoxlanılaraq müvafiq tədbirlər görülmüşdür. 2 mərkəzi icra hakimiyyəti orqanının, 1 sahibkarlıq subyektinin və 3 xəstəxananın fövqəladə hallarda fəaliyyət planları işlənib hazırlanmışdır. Həmçinin əhalinin fövqəladə hadisələrdən qorunma qaydaları ilə bağlı 160 obyektdə 4276 nəfərin iştirakı ilə maarif­ləndirici tədbir keçirilmişdir.

Ardını oxu...

Gəlirin, mənfəətin, torpağın, əmlakın, təqdim edilmiş malların, ticarət əlavəsinin və xərclərin uçotunun hüquqi və fiziki şəxslər tərəfindən müstəqil aparılması, vergilərin sərbəst hesablanması və vaxtında büdcəyə ödənilməsi, bəyannamələrin təqdim edilməsi vergi qanunvericiliyinə ­könüllü əməletmə kimi mühüm əhəmiyyət kəsb edir. Bu, həm də yüksək vergi mədəniyyətinin formalaşmasından xəbər verir.
Son illər muxtar respublikada bu sahədə ardıcıl tədbirlər görülüb, maarifləndirmə işlərinin əhatə dairəsi genişləndirilib. Vergi­ödəyiciləri ilə görüşlərdə vergi qanunvericiliyinə könüllü əməl­etmənin üstünlükləri barədə söhbətlərin aparılması öz bəhrəsini verir. Belə ki, bu ilin ötən 9 ayında vergiödəyiciləri tərəfindən hesab­lanmış vergilər vaxtında və tam ödənilib, nəticədə, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən heç bir vergi borcu qeydə alınmayıb.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla hər il oktyabrın 10-u Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə yanğın təhlükəsizliyi orqanlarının inkişafını diqqətdə saxlamış, bu sahədəki problemlər öz həllini tapmışdır. “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – deyən ümummilli liderimizin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra isə yanğın təhlükəsizliyi sisteminin davamlı inkişafını təmin edən ardıcıl tədbirlər görülmüşdür. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ilə yanğından mühafizə sisteminin təşkilinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Görülən məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşmış, təminat və təchizat məsələləri öz həllini tapmışdır.
Yanğın təhlükəsizliyi orqanları muxtar respublikada diqqət və qayğı ilə əhatə olunmuş, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, 2002-ci ildə Sədərək rayonunda hərbiləşdirilmiş yanğın hissəsi yaradılmış və onun fəaliyyətinin təmin edilməsi üçün inzibati bina və texniki qaraj tikilmiş, 2003-cü ildə isə Ordubad və Şahbuz rayonlarında yanğın hissələri hərbiləşdirilmiş yanğın hissələrinə çevrilmişdir. 2004-cü ildə Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə İdarə statusu verilmiş, onun yerli qurumları xidmətdən şöbəyə çevrilmiş, Kəngərli rayonunda hərbiləşdirilmiş yanğın hissəsi yaradılmışdır.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə isti qış geyimlərinin təqdim edilməsi münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi tapşırılıb. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində məhdud fiziki imkanlı 20 qadın tərəfindən toxunmuş 1335 cüt yun corab və 114 ədəd yun şərf bu gün əsgərlərimizə hədiyyə edilir. Corablardan 1000 cütü Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrinə, 335 cütü isə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilir.
Qeyd olunub ki, bu kimi tədbirlər məhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3285685
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
533
3637
23454
70331
3285685

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter