20 Sentyabr 2020, Bazar

İctimai-siyasi, iqtisadi, sosial tədbirlərin reallaşmasında həyatın bütün sferalarında uğurlu fəaliyyəti ilə seçilən gənclərin rolu böyükdür. Hazırda dövlət tərəfindən yaranan imkanlar bu aparıcı təbəqəni cəmiyyətin vacib qüvvəsinə çevirib. Təbii ki, burada əsas məqsəd intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Qürur duyuruq ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, cəmiyyətdə vətənpərvər vətəndaş kimi formalaşması siyasəti muxtar respublikamızda məqsədyönlü şəkildə davam etdirilir. Gənclər və idman siyasəti Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Atletika Federasiyasının təşkilatçılığı ilə məktəblilər arasında əyləncəli idman oyunları üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Oyunları keçirməkdə məqsəd bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin, məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, onlar arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsindən ibarət olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının (NFF) nümayəndələrinin şəhər və rayon gənclər və idman idarələrinin rəislərinin görüşü olub. Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında keçirilən görüşdə lisenziyalaşdırma və qeydiyyat, uşaq futbolu, məşqçilik və gündəmə aid digər məsələlərlə bağlı məlumat verilib, fikir mübadiləsi aparılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında digər sahələr kimi, idmanın da inkişafına xüsusi qayğı ilə yanaşılır. İnfrastrukturun yenilənənməsi və görülən digər çoxsaylı tədbirlər diyarımızda bu sahənin kütləviləşməsinə bilavasitə təsir göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilən tövsiyə və tapşırıqlar nəticəsində hər il yeni idman kompleksləri, zalları, idman obyektləri tikilərək insanların ixtiyarına verilir. Belə ünvanlardan biri də hazırda Uzunoba gölü ətrafında inşa edilən futbol kompleksidir.

Ardını oxu...

 

Son illər idman sahəsində həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikamızda bu sahə özünün inkişaf dövrünü yaşayır. Naxçıvanda müasir idman infrastrukturunun yaradılması, ölkədaxili və beynəlxalq səviyyəli yarışların sayının artması bu qədim diyarı həm respublikanın, həm də dünyanın idman mərkəzlərindən birinə çevirir. Həmçinin müxtəlif beynəlxalq yarışlarda nailiyyət qazanmış idmançıların adlarının Gənc İstedadların “Qızıl kitabı”na yazılması, onların Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülməsi idmana və idmançıya göstərilən dövlət qayğısından xəbər verir. 

Qeyd edilən bütün tədbirlər Naxçıvanda hər dövr üçün idmanın inkişafının diqqət mərkəzində saxlanıldığının mühüm göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yaradılan müasir təhsil və idman infrastrukturu gənc nəslin bacarığına görə peşə seçiminə və təhsil almasına, müxtəlif idman növləri ilə məşğul olmasına imkan verir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlam gənc nəsil yetişir. Gənclər zərərli vərdişlərdən və hüquqazidd hərəkətlərdən uzaqdır. Hər il ali məktəblərə qəbul olan gənclərin, eləcə də yüksək bal toplayanların sayı artır, gənclər müxtəlif idman yarışlarında uğurla çıxış edir, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” isə bu sahədə yeni mərhələnin əsasını qoymuşdur. Muxtar respublikada idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan proqramda 37 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur.

Ardını oxu...

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR