23 Noyabr 2019, Şənbə

“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olmuş Babək rayon Payız kənd tam orta məktəbinin komandasının mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov açaraq qeyd edib ki, muxtar respublikada şagirdlərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzində saxlanılır, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə qayğı ilə yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində hərbi kabinələr yaradılıb, idman zalları və açıq idman qurğuları istifadəyə verilib, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı üçün yüksək şərait yaradılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə futbol üzrə 18-ci Naxçıvan Muxtar Respublika çempionatına start verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə süni divara dırmanma üzrə muxtar respublika çempionatı keçirilib.

Ardını oxu...

Türkiyənin İstanbul şəhərində “41-ci İstanbul Marafonu” keçirilib.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, şahmatçılarımız Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbovun rəhbərliyi ilə Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında iştirak ediblər. Azərbaycan komandası olimpiadanın qalibi olub. Komandamızın üzvü Aydın Süleymanlı fərdi nəticələrinə əsasən ikinci lövhədə ən çox xal toplamaqla qızıl, Əhməd Əhmədzadə isə üçüncü lövhədə gümüş medala layiq görülüblər. Yığmamız 16 xalla Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə ­qoyub.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR