21 Oktyabr 2019, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi turnirə aprelin 26-da start verilmişdi. “Universitet”, “DİN FK”, “Araz-2”,  “Babək”, “Batabat”, “Arpaçay”, “Əlincə”, “Sədərək”, “Dübəndi” və “Kəngərli” komandalarının mübarizə apardığı turnir olimpiya sistemi üzrə keçirilib. Final oyununda Naxçıvan Dövlət Universitetinin komandası ilə “Araz-2” komandası qarşılaşıb. Daha baxımlı oyun sərgiləyən tələbələr meydanı 2:1 hesablı qələbə ilə tərk ediblər.
Oyundan sonra Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev və Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov qalib komandanı təbrik ediblər, komandalara gələcək oyunlarda uğurlar arzulayıblar. Daha sonra təltifetmə mərasimi başlayıb. Turnirin qalibi olan Naxçıvan Dövlət Universitetinin komandasına kubok, diplom və qiymətli hədiyyələr verilib. Həmçinin finalda oynamaq hüququ qazanan “Araz-2” komandası da mükafatlandırılıb.

Xəbərlər şöbəsi

Futbol üzrə Azərbaycan I divizionunun 29-cu turunda “Araz-Naxçıvan” futbol komandası doğma azarkeşləri önündə İmişlinin “Mil-Muğan” komandasını qəbul etdi. Artıq çempionluğu ötən turdan təmin edən qırmızı-ağlar bu görüşə, sadəcə, formal xarakterli oyun kimi yanaşırdı.
“Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev hər zaman olduğu kimi, yenə də meydana buraxdığı heyətlə hamının təəccübünə səbəb oldu. Cəzası başa çatan Bəxtiyar Soltanovu ehtiyatda əyləşdirən baş məşqçi əvəzində hücum xəttini son 4 oyunda olduğu kimi, David-Tərlan-Elmin triosuna tapşırmışdı. Azərbaycan milli komandasına da dəvət olunan qapıçımız Emil Balayev, həmişəki kimi, qapıdakı mövqeyini almışdı. Müdafiə xəttində Ruslan-Tural-Ruslan-Əlimirzə tandeminə üstünlük verən baş məşqçi yarımmüdafiə xəttində bu dəfə Elgiz-Akif-Eşqin üçlüsünü meydana buraxmışdı. Qələbə seriyasını davam etdirmək istəyən və mövsümü maksimum xalla başa vurmaq niyyətində olan Əsgər Abdullayevin komandası sonda istəyinə nail oldu.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının dördüncü turu başa çatıb.
Dördüncü turda “A” qrupunda  ukraynalı şahmatçı  Anton Korobov rusiyalı şahmatçı  Aleksandr Simon­ovla qarşılaşıb. Rəqib şahmatçılar bu turun bəhrəsi olan 1 xalı bölüşməli olublar.  Azərbaycan şahmatçılarından Rauf Məmmədov gürcü Konstantin Şanava ilə, Eltac Səfərli isə rusiyalı şahmatçı Boris Savçenko ilə  görüşdən yarım xalla ayrılıblar. Bu turda Naxçıvan şahmatçısı Ürfan Sevdimalıyev Bakı Şahmat Məktəbinin yetirməsi Aytən Əmrəyeva ilə görüşdən qalib ayrılıb. Muxtar respublika şahmatçılarından Talıb Babayevin bu turdan sonra 1 xalı var. Turnir cədvəlinə hazırda 3,5 xalla Aleksandr Simonov liderlik edir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ali və orta ixtisas müəssisələrinin tələbələri arasında peyntbol üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Naxçıvan Muxtar Rspublikası Gənclər və İdman Nazirliyi, Atıcılıq Federasiyası və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkil etdiyi yarışın  açılış mərasimində çıxış edən federasiyanın sədr müavini Fərhad Əliyev muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş karate-do üzrə Naxçıvan Muxtar Respublika açıq çempionatına start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi birincilikdə 200-ə yaxın idmançı qüvvəsini sınayacaq. Yarışın reqlamentinə əsasən, idmançılar 7 yaş qrupunda mübarizə aparacaqlar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR