04 Aprel 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə XII muxtar respublika futbol çempionatında ikinci turun oyunlarına yekun vurulmuşdur.
Turun “Kəngərli” və “Dübəndi” komandaları arasında baş tutan ilk oyunu 5:5 hesablı bərabərliklə başa çatmışdır. “Sədərək”-“Əlincə” görüşündə sədərəklilər 3 top üstünlüyü ilə (5:2) qələbə əldə edə bilmişlər.

Ardını oxu...

“Neftçi” və “Xəzər Lənkəran” futbol komandaları arasında keçirilməli olan Superkubok matçının yeri və tarixi artıq məlum olub. Son ölkə çempionu ilə Azərbaycan kubokunun finalçısı Naxçıvanda üz-üzə gələcək. Görüş oktyabrın 23-də Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.
Artıq hər iki klubun rəsmiləri oyunun muxtar respublikada keçirilməsinə münasibətlərini bildiriblər. İlk olaraq, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Superkubokun oktya­brın 23-də Naxçıvanda keçirilməsi ilə bağlı verilən qərara mövqeyini açıqlayıb. 2012-2013-cü il mövsümündə Azərbaycan kubokunun finalında ölkə çempionu “Neftçi”yə uduzan Lənkəran təmsilçisi rəqibi udmaq iddialarını ortaya qoyub: “Xəzər Lənkəran” Azərbaycan Superkubok oyununa hazırdır. Biz ölkənin istənilən yerində oynamağa razıyıq. Bizim üçün fərq etməz. İstənilən yerdə oynayıb, qalib gələ bilərik”.

Ardını oxu...

Dünən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında 2013-2014-cü il mövsümü üçün Azərbaycan kuboku uğrunda yarışacaq futbol komandalarının püşkatma mərasimi keçirilib. Cari mövsümdə bu yarışa Premyer Liqanın və birinci divizionun hərəsindən 10 komanda qatılacaq. Divizion təmsilçilərindən 6-sı isə kuboka qatılmaqdan imtina edib.
Premyer Liqa klublarından “Neftçi”, “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran”, “Bakı”, “AZAL”, “Qəbələ”, “Rəvan”, “Sumqayıt”, “Simurq”, birinci diviziondan isə “Ağsu”, “MOİK”, “Qaradağ Lökbatan”, “Lokomotiv”, “Şahdağ”, “Şuşa”, “Araz-Naxçıvan”, “Mil-Muğan”, “Neftçala” və “Kəpəz” futbol komandaları Azərbaycan kuboku uğrunda mübarizə aparacaqlar. Bu komandalardan 8-i 1/16 finalda mübarizəyə başlayacaq. 12 komanda isə 4 cütün qalibini 1/8 finalda gözləyəcək.

Ardını oxu...

Birinci divizionun 4-cü turu da “Araz-Naxçıvan” futbol komandası üçün uğurlu olub. Naxçıvan təmsilçisinin budəfəki rəqibi “Göyəzən” futbol komandası idi. Buna kimi “Turan-T” və “Şəmkir”i məğlubiyyətə uğradan qırmızı-ağlar Qazaxda yerli komandanın müqavimətini qırmaqda heç də çətinlik çəkməyiblər. Əsgər Abdullayevin yetirmələri hər iki hissədə vurduqları qollarla cari mövsümdə ilk böyük hesablı qələbələrini qazanıblar.

Qazax səfərindən öncə İmişlidə heç-heçə oyunla xal itirən “Araz-Naxçıvan” bu matçda mütləq qələbə qazanmalı idi. Liderlər cərgəsindən geri düşməmək üçün, əslində, reqlamenti qırmızı-ağlar üçün ideal hesab etmək olar.

Ardını oxu...

Azərbaycan birinci divizionunun 4-cü turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası növbəti görüşünü keçirəcək. Qazaxın “Göyəzən” futbol komandasının qonağı olacaq qırmızı-ağlar bu gün Gəncəyə yola düşüblər. Burdan isə Naxçıvan təmsilçisi Qazaxa yollanacaq. Komandamız Qazax Olimpiya İdman Kompleksində məskunlaşacaq və bu gün oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq. “Araz-Naxçıvan”ın heyətində zədəli və ya cəzalı olan futbolçu yoxdur.
Qeyd edək ki, oyunu idarə edəcək hakimlər briqadası artıq məlum olub. “Göyəzən”-“Araz-Naxçıvan” matçı FİFA dərəcəli təcrübəli hakim Anar Salmanova həvalə edilib. Ona bu görüşdə Yaşar Abbasov və Ra­hin Heybətov köməklik edəcəklər. Namiq Süleymanov isə dördüncü ha­kim funksiyasını yerinə yetirə­cək. Oyunun hakim-inspektoru Namiq Qasımovdur.
“Göyəzən”-“Araz-Naxçıvan” matçı sabah Qazax Şəhər Stadionunda oynanılacaq.

Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR