04 İyul 2020, Şənbə

Naxçıvan Türk Liseyinin idman zalında muxtar respublikamızda 2013-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı voleybol üzrə şəhər birinciliyi keçirilib. Ümumtəhsil məktəblərinin, Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Türk Liseyinin komandaları arasında keçirilən birinciliyi Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası birgə təşkil ediblər. Altı komandanın iştirak etdiyi yarışın yekun nəticəsinə görə, Heydər Əliyev adına Hərbi Liseyin komandası birinciliyin qalibi olub. Naxçıvan şəhər 6 və 13 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerləri bölüşüblər.
Qalib komandalara yarışın təşkilatçıları tərəfindən diplomlar və hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Sentyabr ayının 20-dən 24-dək paytaxt Bakı şəhərində üzgüçülük üzrə Azərbaycan Respublikası Yay Çempionatı keçirilmişdir. Çempionatda qələbə uğrunda səylə mübarizə aparan bir idmançımız muxtar respublikamıza medalla qayıtmışdır. Belə ki, dəfələrlə ölkə və muxtar respublika səviyyəli birinciliklərin mükafatçısı olmuş Şahin Qubadov bu yarışda növbəti uğurlu nəticəsini göstərə bilmişdir. O, üzgüçülüyün 50 metrə brass növü üzrə öz qüvvəsini sınayaraq üçüncü yerə çıxmışdır. Yarışda fəxri yeri tutmuş idmançımız diplom və medalla təltif edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Birinci divizionda mübarizə aparan “Araz-Naxçıvan” futbol klubunun rəsmi fan-klubu fəaliyyətə başlayıb. Fan-klub “ultr­Araz” adı ilə azarkeşləri ətrafında cəmləyəcək. Yeni yaradılan azarkeş cəmiyyətinə isə Qadir Məmmədli rəhbərlik edəcək. Q.Məmmədli fan-klub rəhbəri kimi artıq ilk açıqlamasını da verib: “Artıq rəsmi fəaliyyətə başlamışıq. 8 nəfərdən ibarət idarə heyətimizi formalaşdırdıq. Yeni yaranmağımıza baxmayaraq, bir çox müraciət etmiş azarkeşlərimiz fan-kluba üzv qəbul olunublar. Çalışacağıq ki, bütün komandaların fan-klubları ilə əlaqə yaradaq. Biz yalnız 90 dəqiqəlik oyun zamanı rəqibik. Naxçıvana təşrif buyuracaq fan-klubları da burda hörmətlə qarşılayıb, xoş təəssüratla yola salacağıq. Hələ ki, Naxçıvan şəhərini əhatə edən fəaliyyətimizi qısa zaman ərzində genişləndirmək niyyətindəyik”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Stadionunda “Heydər Əliyev ili” ilə əlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında yüngül atletika üzrə birincilik keçirilib. Birincilikdə 17 komandada 150-dən çox məktəbli mübarizə aparıb. Yarış oğlanlar arasında 100, 200, 400, 800, 1500, qızlar arasında isə 100, 200, 400, 800, 1000 metr məsafələrə qaçış üzrə keçirilib. Yarışda Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası birinciliyin qalibi olub. Naxçıvan şəhər 3 və 16 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qalib komandalara Naxçıvan Muxtar Respublikası Yüngül  Atletika Federasiyasının hədiyyələri, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Yüngül Atletika Federasiyası

Birinci divizionun ikinci turunda “Araz-Naxçıvan” futbol komandası ilk rəsmi “ev” oyununda Şəmkirin eyniadlı komandasını sentyabrın 22-də Naxçıvan Muxtar Respublika Stadionunda qəbul etdi. İlk turda başqa bir qərb təmsilçisi “Turan T”-ni məğlubiyyətə uğradan muxtar respublika klubu bu matçda da qələbəni bayram edib, liderlər qrupunda qərarlaşmaq istəyirdi. Odur ki, “ev” oyunu qırmızı-ağlar üçün böyük önəm kəsb edirdi. Xüsusilə 12 il bundan öncə bu arenada “Şəmkir”ə məğlub olan komandamız bu dəfə mütləq qələbə qazanmalı idi.

Asan hesab edilməyən rəqib – “Şəmkir”

“Araz-Naxçıvan” çıxış etdiyi 2000-2001 və 2001-2002-ci illər mövsümlərində “Şəmkir”lə 4 dəfə qarşılaşmış, onların 2-də məğlub olmuş, bu arenada keçirilən görüşdə isə hesab açılmamışdır. Həmin dövr şəmkirlilərin ən parlaq illəri hesab edilirdi. Belə ki, Azərbaycanın ən istedadlı futbolçularını heyətinə cəlb edən qərb klubu məhz bu iki mövsümdə çempionluq sevinci yaşamışdır. Bununla yanaşı, “Qızıl oyun”la çempion olduğu dövrdə şəmkirlilər Çempionlar Liqasında böyük əzmkar­lıq göstərmiş və tur adlamışdır. Elə 2001-2002-ci il mövsümünü də lider kimi başa vuran şəmkirlilər yenə UEFA kubokunda baxımlı oyunları ilə yadda qalmışdılar. Belə bir komandaya qarşı oynamaq, təbii ki, yeni formalaşan bir klub üçün asan deyildi.

Ardını oxu...

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR