20 Sentyabr 2020, Bazar

Bu gün Azərbaycan kuboku uğrunda “Araz-Naxçıvan” futbol komandası uzun aradan sonra ilk oyununu keçirəcək. I divizionun 8 komandasının qatıldığı ölkə kubokunun 1/16 mərhələsində artıq 3 görüş keçirilib. Sayca 22-ci kubok mövsümü olan cari ildə muxtar respublika təmsilçisinin rəqibi Ağsunun eyniadlı komandasıdır. Ötən mövsüm I divizionun qalibi olan Şirvan klubu cari ildə bir qədər inamsız təsir bağışlayır.
“Ağsu” komandası ilə keçirilən oyun “Araz-Naxçıvan”ın ölkə kuboku tarixində meydana çıxacağı 5-ci qarşılaşma olacaq.
“Araz-Naxçıvan” futbol komandası yarandığı gündən indiyə qədər “Ağsu” komandası ilə qarşılaşmayıb. Ölkə kubokunun reqlamentinə görə, 1/16 və 1/8 final mərhələsində rəqiblər arasında bir oyun keçirilir. Qalib gələn tərəfi isə 1/4 final mərhələsində iki görüş gözləyir: “ev”də və səfərdə. Muxtar respublika təmsilçisi “Ağsu” matçını qələbə ilə başa vurduğu təqdirdə 1/8 final mərhələsində Premyer Liqa klubu “Simurq”u qəbul edəcək. Zaqatala təmsilçisi ilə də görüş məhz Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq.
“Ağsu” I divizionun son turunda “Energetik”i 4:1 hesabı ilə məğlub edib və hazırda 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bu görüşə marağın yüksək olacağı gözlənilir. Bu gün saat 1400-də Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək matçı izləmək üçün giriş pulsuz olacaq.

Ceyhun MƏMMƏDOV

Azərbaycan birinci divizionunun 7-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası oktyabrın 26-da Biləcərinin (Bakı) “Lokomotiv” komandasını qəbul etdi. Cari mövsümdə uğurlu çıxışı ilə hamının diqqətini cəlb edən muxtar respublika klubu bu dəfə də azarkeşlərini sevindirdi. Doğma arenada məğlub­edilməzlik seriyasını davam etdirən qırmızı-ağlar bu qələbədən sonra liderliyini davam etdirdi. Əsgər Abdullayevin yetirmələri “Bakı”nın “farm klubu” kimi ad qazanan “Lokomotiv”in qapısından üç cavabsız top keçirdilər.
Bu dəfə baş məşqçi Əsgər Abdullayev meydana 3-4-1-2 taktikası ilə çıxmışdı. Daha çox gücü yarımmüdafiə xəttinə verən baş məşqçi hücum yollarında iki hücumçuya bel bağlamışdı. Cari mövsümün ən çox qol sahibi David Canıyev, eləcə də Bəxtiyar Soltanov stadiona toplaşmış azarkeşlərə baxımlı və bolqollu oyun nümayiş etdirmək üçün əllərindən gələni etdilər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının birgə təşkil etdiyi kişilər arasında basketbol üzrə muxtar respublika birinciliyinə yekun vurulub. 8 komandanın mübarizə apardığı turnirin final və üçüncü yer uğrunda oyunları dünən keçirilib. “Babək”, “Culfa”, “Ordubad”, “Şərur”, “Naxçıvan Dövlət Universiteti”, “Naxçıvan Özəl Universiteti”, “Naxçıvan-1” və “Naxçıvan-2” komandalarının qatıldığı turnirin final görüşü gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib.
İlk olaraq qrup mərhələsini ikinci pillədə başa vuran iki komanda – “Ordubad” və “Naxçıvan Özəl Universiteti” meydana çıxıb. Bu görüşdə Ordubad təmsilçisinin basketbolçuları səbəti daha yaxşı “nişan” alıblar və turniri üçüncü pillədə başa vurmağa müvəffəq olublar – 52:39. Daha sonra qrup mərhələsini itkisiz tamamlayan “Naxçı­van-1” və “Naxçıvan Dövlət Universiteti”nin top sehrbazları öz bacarıqlarını nümayiş etdiriblər. İlk perioddan başlayaraq oyunun gedişatına nəzarət edən birincilər digər periodda da rəqibin hücumlarının qarşısını məharətlə almağa nail olublar. Nəticədə, universitet tələbələrini 21 sayı fərqi ilə (68-47) məğlubiyyətə düçar edən “Naxçıvan-1” komandası birinciliyin qalibi adını qazanıb.
Keçirilən görüşlərdən sonra Naxçıvan Muxtar Respublika birinciliyində yer tutan komandaların təltifetmə mərasimi olub. Qaliblərə diplom və hədiyyələr verilib.

Ceyhun MƏMMƏDOV

19-21 oktyabr 2013-cü il tarixlərdə Balakən Rayon Olimpiya İdman Kompleksində məktəblilərin VI Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə turnir keçirilmişdir. Yarışda muxtar respublikamızın da idmançısı iştirak etmişdir. 45 kiloqram çəkidə mübarizə aparan Sərdar Əliyev finala qədər yüksələ bilmişdir. Həlledici mərhələdə də bu üstünlüyü əldən verməyən güləşçimiz yarışın qızıl medalına sahib olmuşdur. Fəxri yeri tutan idmançımıza diplom və medal verilmişdir. Eyni zamanda təmsilçimiz qazandığı nəticəyə görə bu ilin dekabr ayında keçiriləcək beynəlxalq turnirdə iştirak etmək hüququnu əldə etmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə XII muxtar respublika futbol çempionatında dördüncü turun oyunlarına yekun vurulmuşdur.
“Batabat” öz meydanında “Dübəndi”ni  qəbul etmişdir. İlk oyun ev sahibinin 4:1 hesablı qələbəsilə başa çatmışdır. İlk görüşdən özünü ciddi rəqib kimi göstərən “Araz-2”  komandası 4-cü turda “Kəngərli”ni 4:1 hesabı ilə məğlub etmişdir. Növbəti qarşılaşmada  “DİN FK”  “Əlincə”nin qapısından 5 cavabsız top keçirmişdir. Bu turda “Babək” “Sədərəy”ə 3:1 hesabı ilə qalib gəlməyi bacarmışdır. “Universitet”-“Arpaçay” arasındakı sonuncu oyun tələbə futbolçuların 5:0 hesablı üstünlüyü ilə yekunlaşmışdır.

Ardını oxu...

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR