23 Noyabr 2019, Şənbə

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Futzal Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə dövlət və özəl təşkilatların komandaları arasında Naxçıvanın ilk futzal liqasında 3-cü turun oyunları keçirilib. Bu tur daha çox bolqollu oyunlarla yadda qalıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə kadetlər arasında muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birinciliyin məqsədi kikboksinq idman növünün muxtar respublikada inkişafı, yeniyetmə və gənclər arasında bu idman növünün təbliği olub.

Ardını oxu...

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə yekun vurulub.
2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) birincilik uğrunda körpücük üzərinə çıxıblar.
Qitə birinciliyində Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparıb. Yığmamızın heyətində Rumıniyaya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev də yollanıb. O, yaşı 20-yə qədər olan atletlərin yarışında 96 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universitetinin futbol komandaları arasında yoldaşlıq matçı keçirilib.
Əvvəlcə Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev başda olmaqla, ümummilli liderimizin Qars şəhərində əzəmətlə ucalan büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə yoldaşlıq görüşü keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən görüşdə “Ordubad” və “Kəngərli” komandaları üz-üzə gəlib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüş ordubadlı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Sonda idmançılar mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR