20 Oktyabr 2019, Bazar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının kordinatoru Miloş Velebit tərəfindən “Elit məşq” layihəsinin təqdimat tədbiri olub.
Tədbir layihə çərçivəsində fəaliyyət göstərəcək məşqçilərlə yanaşı, AFFA rəsmiləri, Məşqçilər Komitəsinin üzvləri və milli komandaların məşqçilərinin iştirakı ilə keçirilib.
Təqdimat mərasiminə qatılan Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayevin verdiyi məlumata əsasən uşaq futbolunun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin bir qolu da Naxçıvanda olacaq. Yəni artıq muxtar respublika üçün AFFA tərəfindən lisenziyalı elit məşq məntəqəsi ayrılıb.
2005, 2006, 2007 və 2008-ci illər təvəllüdlü futbolçulardan ibarət qruplarda aşağı yaş milli komandaların plan və proqramlarına uyğun məşqlər keçiriləcək. Layihənin məqsədi istedadlı futbolçuları üzə çıxararaq onları gələcəkdə müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarımızın heyətində çıxış edəcək səviyyədə formalaşdırmaqdır.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Futbol Federasiyası (NFF) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə muxtar respublikada “Məşqçilər üçün professionallıq təlimləri” mövzusunda seminar təşkil olunub. AFFA-nın məşqçiləri Əli Muradov və Zaur Məmmədov tərəfindən aparılan seminarda 14 məşqçi iştirak edib. 

Seminarı giriş sözü ilə açan Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev qonaqlara məşqçilər, onların məşq prosesləri, eləcə də məşqlərin keçirildiyi məkanlar barədə məlumat ­verib.
Günün ilk yarısında AFFA-nın “Qızlar bacarır” adlı layihəsinə uyğun olaraq qadın futbolunu əhatə edən mövzular barədə məlumat verilib. Qızların futbola olan münasibəti, tapşırıqları qavrama qabiliyyətləri, oyun zəkası və düşüncələri ilə bağlı beynəlxalq sorğuların nəticələri təhlil olunaraq bununla bağlı fikir mübadiləsi aparılıb.
Sonra məşqçilərlə qızları və oğlanları daha səmərəli şəkildə məşq etdirmək, oyunçuların üzləşdikləri müxtəlif fiziki problemləri anlamaq kimi məsələlər müzakirə edilib.

Ardını oxu...

Sədərək rayonunda sağlamlıq imkanları məhdud uşaqlar arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında stolüstü tennis üzrə yarış­keçirilib.
Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-Gənclər İdman Məktəbi, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyi və Paralimpiya Federasiyasının rayon bölməsinin birgə təşkil etdiyi yarış dairəvi sistem üzrə keçirilib.
12 məktəblinin iştirak etdiyi yarışın yekununda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Culfa Rayon Mərkəzi Stadionunun qaçış zolağında yeniyetmə paralimpiyaçılar arasında yüngül atletika qaçış növü üzrə rayon turniri keçirilib.
Culfa Rayon Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının rayon bölməsi və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə idmançılar 100 metr məsafəni qət etməyə çalışıblar.
Yekun nəticəyə əsasən qalib adını Sərxan İsmayılov qazanıb. Cəlal Mürsəlli və Turan Nağıyev isə finiş xəttini ikinci və üçüncü olaraq başa vurublar.
Sonda qalib və fərqlənən idmançılar diplomlarla təltif ediliblər.

Ceyhun MƏMMƏDOV

Yeni mövsümə ciddi hazırlaşan “Araz-Naxçıvan” futbol komandası – “qırmızı-ağlar” baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Artıq altı gündür, burada məskunlaşan komanda gündə iki dəfə meydana çıxır. Keçirilən təlim-məşq toplanışı həm də seleksiya xarakteri daşıyır. Belə ki, əsas heyətin futbolçuları ilə yanaşı, komandaya baxışa dəvət olunan oyunçular da məşqlərdə iştirak edirlər. Məşqləri yaxından izləmək, komandanın hazırkı durumu barədə oxucuları məlumatlandırmaq üçün Şərur rayonuna yollandıq.

Şərur Olimpiya İdman Kompleksində yaradılan şərait hamıya məlumdur. Bu idman obyekti istənilən idman klubunu qəbul etməyə, onların təlim-məşq toplanışına ev sahibliyi etməyə hər zaman hazırdır. Elə bizi kompleksin önündə kompleksin direktoru Ramil Dadaşov qarşıladı. Söhbətimiz zamanı məlum oldu ki, “Araz-Naxçıvan” futbol komandasının burada təlim-məşq keçməsi üçün hər bir şərait yaradılıb. Komanda gündə iki dəfə kompleksin nəzdində olan stadionda məşq edir. Həmçinin futbolçular Üzgüçülük Mərkəzindən və trenajor zalından da istifadə edirlər. Gün ərzində komanda üzvlərinin öncədən müəyyənləşdirilmiş qidalanması həkim nəzarəti ilə həyata keçirilir.
Görülən işlər, aparılan yenidənqurma tədbirləri, formalaşan mükəmməl struktur göz qabağındadır. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən idmanın inkişafı üçün verilən müvafiq tapşırıqlardan sonra muxtar respublikada bu sahədə xeyli işlər görülür. Strukturu yeni formalaşan və öz dəst-xətti ilə seçilən Futbol Federasiyası da bu qayğıdan bəhrələnən qurumlardandır. Federasiyanın təşkilatçılığı ilə idman kompleksində yeni formalaşan hakimlər üçün təlim-məşq toplanışı da reallaşır. Belə ki, 6 hakimin iştirak etdiyi məşqlərdə, əsasən, müasir qaydalar müzakirə edilir, əyani şəkildə meydançada göstərilir. Gündə iki dəfə praktik olaraq məşq keçən ədalət təmsilçiləri günün digər saatlarında hakimliklə bağlı nəzəri dərslər də deyirlər. 10 günlük hakimlərin təlim-məşq toplanışında 10 hakim iştirak edəcək.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR