19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

   Dekabrın 15-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində MMA Qran-Pri üzrə Şərqi Avropa Çempionatı keçirilib.
   Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Döyüş Sambosu Federasiyası və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkil etdikləri çempionatın açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin və Şərur yallı rəqs qrupunun ifası mərasim iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
   Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək ölkəmizin idman ənənələrindən, Azərbaycanda, eləcə də muxtar respublikamızda gənc nəslin sağlam böyüməsinə, idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb. Çıxışında Azərbaycan idmanının inkişaf tarixindən söhbət açan nazir qeyd edib ki, ölkəmizdə idmanın inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi idman siyasəti bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz yeni-yeni uğurlara imza atmaqdadır. 2012-ci ildə XXX London Yay Olimpiya Oyunlarında 10, XIV Yay Paralimpiya Oyunlarında 12 medalın qazanılması, əldə edilən ardıcıl nailiyyətlər Azərbaycanda idmanın sürətli inkişafından xəbər verir.
     Bildirilib ki, muxtar respublikada idman hər zaman diqqət mərkəzində saxlanılan və təbliğ edilən sahədir. Naxçıvan idmançıları ölkə yığmasının tərkibində mötəbər yarışlarda müntəzəm olaraq iştirak edir və Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar. Son illərdə yaradılan müasir idman infrastrukturu Naxçıvanda müxtəlif beynəlxalq yarışların keçirilməsi üçün də geniş imkanlar yaradıb. Bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq muxtar respublika beynəlxalqmiqyaslı yarışlara ev sahibliyi edir. Belə yarışların təşkilində və keçirilməsində artıq kifayət qədər təcrübə əldə olunub. İlham Əliyev adına Olimpiya İdman Kompleksində MMA Qran-Pri üzrə Şərqi Avropa Çempionatının keçirilməsi muxtar respublikanın müxtəlif idman növləri üzrə beynəlxalq yarışların təşkili üçün əlverişli məkana çevrildiyinin göstəricisidir.

   Mərasimdə Avropa Döyüş Sambosu Federasiyasının prezidenti, SSRİ idman ustası Elxan Vəliyev çıxış edərək yarışın keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdar­lığını bildirib, idmançılara uğurlar arzulayıb.
   Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra yarışa start verilib.
  Məlumat üçün bildirək ki, çempionata 10 ölkə­dən – Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İsrail, Moldova, Fransa, Belarus və Gürcüstandan idmançılar qatılıblar. Onların əksəriyyəti idman aləmində öz sözlərini deməkdə olan gənclərdir. 30 idmançının iştirak etdiyi yarışda mübarizə aparan 9 Azərbaycan idmançısından 3 nəfəri muxtar respublikamızı təmsil edib. Döyüşlərdə Azərbaycan idmançıları Rusiya, Polşa, Ukrayna, İsrail, Moldova, Fransa, Belarus və Gürcüstan təmsilçiləri ilə qarşılaşıblar. İlk görüşlərdə Azərbaycan idmançıları rinqdən məğlub ayrılsalar da, sonrakı döyüşlərdə həmyerlilərimiz qələbə qazana biliblər. Əvvəlcə yarışda idmançımız Elvin Rüstəmov belaruslu rəqibini məğlub edib. Son görüşlər daha yaddaqalan olub. Belə ki, Naxçıvan İdman Klubunun təmsilçiləri İlkin Səfərov və Əhəd Məmmədovdan sonra Xamis Məmmədov və Bəxtiyar Abbasov öz rəqiblərini tam üstünlüklə məğlub edərək yarışın qalibi adını qazanıblar.
  Qeyd edək ki, muxtar respublikada keçirilən Avropa çempionatı “Kanal-35” televiziyası ilə canlı yayımlanıb.

 

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3034198
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1008
5369
11430
85529
3034198

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter