20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş velosiped yarışı üzrə yeni­yetmə və gənclər arasında “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi turnirdə 80-ə yaxın idmançı mübarizə aparıb.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov idmançıları salamlayaraq bildirib ki, ölkənin bütün regionlarında olduğu kimi, muxtar respublikamızda da idman dövlət qayğısı ilə əhatə edilib. Yeniyetmə və gənclərin bu sahəyə cəlbi istiqamətində mühüm addımlar atılır, yeni idman obyektləri, bazaları tikilərək istifadəyə verilir. Bu imkanlardan yararlanan gənclər idman sahəsində uğurlar qazanır, muxtar respublikanı Azərbaycan və dünya miqyasında layiqincə təmsil edirlər.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov çıxışında həyata keçirilən idman siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıb. Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının uğurlu idman siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətin apardığı idman siyasəti keyfiyyətcə yeni mərhələdə davam ­etdirilir.

Muxtar respublikanın təhsil naziri Məmməd Qəribov isə çıxışında vurğulayıb ki, diyarımızda idmanın inkişafına göstərilən dövlət qayğısı gündən-günə artır. Muxtar respublikamızda idmana göstərilən diqqət və qayğının nəticəsində hər il daha əhəmiyyətli uğurlar qazanılır. Bu gün Naxçıvanda fəaliyyət göstərən məktəblərin şagirdləri ölkə səviyyəli idman yarışlarında, turnirlərdə fərqlənirlər.
Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən turnirə gəlincə, idmançılar 500 metrlik məsafədə yarışıblar. Reqlamentə əsasən təyin olunan məsafəni daha tez Şərur rayonunun idmançısı Emin Rəsulov qət edib. Kəngərli rayon məktəblisi Hüseyn Cəfərov ikinci, rayonun digər idmançısı Seymur Seyidov isə üçüncü olublar.
Komanda hesabında I yerə Kəngərli, II yerə isə Şərur rayonu layiq görülüb. Naxçıvan şəhərinin komandaları isə III yerdə qərarlaşıb. Qaliblərə Gənclər və İdman, Təhsil nazirliklərinin diplomları, Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və hədiyyələri təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3039520
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
946
5384
16752
90851
3039520

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter