14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatına yekun vurulub.
9 komandanın mübarizə apardığı çempionat iki dövrədən ibarət olmaqla keçirilib. İlk dövrə noyabr ayında başa çatıb. İkinci dövrənin oyunları isə fevral ayının 27-də başlayıb və may ayında yekunlaşıb. Hər turda bir komanda istirahət edib.
Mövsümün ilk turlarından etibarən liderliyi ələ alan “Araz-Naxçıvan” çempionatı məğlubiyyətsiz başa vuraraq ardıcıl 4-cü dəfə çempionluğu bayram edib. Eyni zamanda “qırmızı-ağlar” mövsüm ərzində qapılarından ən az qol buraxan komandadır. Çempionatın ilk dövrəsində elə də uğurlu nəticələr əldə edə bilməyən Naxçıvan Dövlət Universitetinin komandası ikinci dövrədə ardıcıl qələbələr qazanmaqla mövsümü ikinci pillədə başa vurub. Onlar ikincilik uğrunda mübarizədə daha çox “Əlincə” komandası ilə mübarizə aparmalı olub. Culfa təmsilçisi isə cari mövsümdə uğurlu nəticələri ilə yadda qalıb. Xüsusilə səfər oyunlarında qazandıqları qələbələr onları üçüncülüyə yüksəldib.

Cari mövsümdə uğurlu komandanın “Dübəndi” olduğunu desək, yəqin ki, yanılmarıq. Belə ki, öncəki mövsümlərdə, adətən, turnir cədvəlinin alt pillə­lərində qərarlaşan Ordubad klubu, geridə qoyduğumuz mövsümü dördüncü pillədə başa vurub. Mövsümün ən uğursuz klubları isə “Arpaçay” və “Batabat”dır. Ötən mövsüm turnir cədvəlinin üst pillələrində qərarlaşan bu komandalar cari ildə çempionatı autsayder kimi başa vurublar.
Geridə qoyduğumuz mövsümdə hakimlər qayda pozuntularına görə 166 dəfə əllərini ciblərinə aparıblar. Göstərilən vərəqələrdən 152-si sarı, 14-ü qırmızı vərəqə olub. Sarı vərəqələrin sayına görə isə turnir cədvəlinə “Babək” komandası “liderlik” edir. Çempionatın ən az vərəqə alan, “feyr-pley” qaydasına ən çox riayət edən komanda isə “Arpaçay”dır.
Mövsümün ən məhsuldar futbolçusu isə NDU-nun hücumçusu Samir Kərimovdur. O, rəqib qapılarından 24 top keçirib. “Araz-Naxçıvan” komandasının futbolçuları Turqay İbrahimov və Tağı Seyidov müvafiq olaraq 17 və 9 qol vurublar.
Naxçıvan Muxtar Respublika
çempionatı
16-cı turun oyunları
“Babək” (Babək)- NDU – 1:0
“Kəngərli” (Kəngərli)-“Əlincə” (Culfa) – 3:1
“Dübəndi” (Ordubad)-“Sədərək” (Sədərək) – 3:0
“Arpaçay” (Şərur)-“Batabat” (Şahbuz) – 2:1
Qeyd: “S” – sıra, “O” – oyun, “Q” – qələbə, “H” – heç-heçə, “M” – məğlubiyyət, “T/F” – top fərqi, “X” – xal.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3271252
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
873
4121
9021
55898
3271252

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter