15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar ümumtəhsil məktəblərinin komandaları arasında “Cümhuriyyət kuboku” uğrunda Sədərək rayonunda mini-futbol turniri keçirilib.
Turnirin açılış mərasimində Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov çıxış edərək cümhuriyyətin yaranması barədə idmançı gənclərə ətraflı məlumat veriblər.

4 komandanın iştirak etdiyi turnir dairəvi sistemlə keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin qalibi Heydərabad qəsəbə tam orta məktəbinin komandası olub, Sədərək kənd 1 nömrəli tam orta məktəbin komandası II, Uşaq-gənclər idman məktəbinin komandası III yerlərə layiq görülüblər. Qaliblərə və fərqlənənlərə “Cümhuriyyət kuboku”, Gənclər və İdman İdarəsinin diplomları və verilib.

* * *

Bu münasibətlə Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə rayonda şahmat turniri də keçirilib.
Olimpiya sistemi ilə keçirilən turnirdə 34 nəfər yeniyetmə zəka sahibi iştirak edib. Maraqlı və gərgin keçən yarışların yekununda oğlanlar arasında turnirin qalibi Murad Qasımov olub, II-III yerləri isə Əsəd Əlirzayev və Süleyman Məmmədov bölüşüblər. Qızlar arasında isə I yerə Sona Səfərova, II yerə Sevda Heydərova, III yerə Zeynəb Cəlilova layiq görülüblər. Sonda qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

* * *

Şahbuz Rayon Uşaq-Gənclər Şahmat Məktəbində də ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Birincilikdə 35 şagird iştirak edib. Tədbirin açılışında Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi İdris Qəhrəmanov və Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov çıxış edərək rayonun ümumtəhsil məktəblərində vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən, idmana göstərilən qayğıdan danışıblar. Yarışın nəticələrinə əsasən Fərid Kərimli I, Fatimə Yusifli II, Şahin Əliyev isə III yerə layiq görülüblər. Sonda yüksək nəticə göstərmiş iştirakçılara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276797
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2239
4179
14566
61443
3276797

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter