16 Noyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turnirinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi yarışda 4 komanda dairəvi sistem üzrə mübarizə aparır.
Yarışa start verilməmişdən öncə turnirdə idarəçilik edəcək hakimlər, eləcə də təşkilatçı qurumların rəhbərləri ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublika Stadionunda 3 gün davam edəcək futbol üzrə “Heydər Əliyev kuboku”nu idarə edəcək hakimlərə gəlincə, baş hakim funksiyasını İnqilab Məmmədov və Vüqar Həsənli yerinə yetirəcəklər. Baş hakimin köməkçiləri kimi isə İsgəndər Əliyev, Rza Məmmədov, Elşad Abdullayev, Müslüm Əliyev meydana çıxacaqlar. Oyunların hakim-inspektoru isə Rüfət Əliyevdir.

Turnirin artıq püşkatma mərasimi də keçirilib və reqlamentə əsasən yarışa 15 iyunda – Milli Qurtuluş Günündə yekun vurulacaq. Turnir zamanı ən çox xal toplayan komanda kuboka və qızıl ­medallara sahib çıxacaq. Yekunda 2 və daha artıq komandanın xalları bərabər olarsa, turnirin reqlamentinə əsasən qalib müəyyən ediləcək.
Artıq turnirdə ilk turun oyunları keçirilib. Belə ki, günün ilk görüşündə MOİK və “Şüvəlan” komandaları üz-üzə gəlib. “Şüvəlan” komandasının heyətində Azad Kərimov (avtoqol), Akif Tağıyev və Elvin Adışirinlinin qollarına “hərbçilər” yalnız Orxan Həsənovun penalti qolu ilə cavab verə biliblər – 3:1.
Günün ikinci görüşündə isə “Araz-Naxçıvan” və “Zaqatala” komandaları qarşılaşıb. Naxçıvan təmsilçisinin heyətində dubl edən Nurlan Novruzov komandasına qələbə qazandırıb – 2:1.

Püşkatmaya əsasən turnirin oyun cədvəlini təqdim edirik.
14 iyun
Saat 1100 “Şüvəlan” – “Araz-Naxçıvan”
Saat 1730 MOİK – “Zaqatala”
15 iyun
Saat 1100 “Zaqatala” – “Şüvəlan”
Saat 1830 “Araz-Naxçıvan” – MOİK
Qeyd edək ki, bütün görüşlər Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3278321
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
250
3513
16090
62967
3278321

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter