21 İyun 2019, Cümə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə gənclərdən ibarət kənd komandaları arasında keçirilən futbol üzrə şəhər və rayon birinciliklərində növbəti oyunlar başa çatıb.
Naxçıvan şəhəri üzrə keçirilən birincilikdə Əliabad qəsəbə və Qara­xanbəyli kənd komandaları üz-üzə gəlib. Görüş birincilərin 6:5 hesablı qələbəsi ilə yekunlaşıb. Şərur rayonunda keçirilən görüşdə isə Aralıq kənd komandası Kosacan kənd komandasını məğlub etməyi bacarıb – 3:2. Babək rayonu üzrə Nəhəcir komandası Vayxır (4:1), Şahbuz rayonu üzrə Şahbuzkənd komandası Keçili (5:3), Culfa rayonu üzrə Kırna komandası Göydərə (3:1), Ordubad rayonu üzrə Kələntər komandası Aza (3:0), Sədərək rayonu üzrə Heydərabad komandası Qaraağac (5:1), Kəngərli rayonu üzrə isə Xok komandası Qarabağlar komandası (4:2) üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

Qeyd edək ki, şəhər və rayonlar üzrə I, II, III yerləri tutmuş komandalar kubokla, həmin komandaların üzvləri və oyunu idarə edən hakimlər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4105517
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
812
8710
28414
69117
4105517

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter