19 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri daha bir uğura imza atıblar. Türkiyənin Samsun şəhərində cüdo üzrə keçi­rilən beynəlxalq turnirdə iştirak edən idmançılarımız mükafatçılar sırasına düşməyi bacarıblar.
2004-2005-ci illər təvəllüdlü cüdoçular arasında tatami üzərinə Qalib Qaybalıyev çıxıb. 42 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb. 22 kiloqram çəki dərəcəsində Rəhim Qaybalıyev gümüş medalın sahibi olub.
2001-2003-cü illər təvəllüdlü idmançıların mübarizəsində isə fəxri kürsüyə iki cüdoçumuz çıxıb. 50 kiloqram çəki dərəcəsində Abbas Məmmədov ikinci, Cavid İsayev isə üçüncü olublar.
Sonda qalib idmançılarımız diplom və medallarla mükafatlandı­rılıblar.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4090151
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1038
6181
13048
53751
4090151

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter