25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda olimpiya hərəkatının genişlənməsinə böyük önəm verilir. Əlbəttə, bunun müəyyən səbəbləri var ki, ən əsası da, dünya ölkələrinin böyük əksəriyyətinin bu tədbirlərdə iştirakıdır. Diyarımızda idmanın inkişaf tempini müxtəlif kriteriyalarla ölçmək olar. Ancaq olimpiya oyunlarında çıxış bu tempin ən yüksəyidir. Bu sevinci bizə cari ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında idmançımız Tərmenxan Babayev yaşadacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Şərur rayon ağır atletika bölməsinin yetirməsi Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək olimpiadada Azərbaycanı ağırlıqqaldırmada təmsil edəcək. Ölkəmizin qazandığı 17 lisenziyadan biri məhz Tərmenxanın payına düşür. Cənubi Amerika ölkəsinə yollanacaq (hələlik 9 idman növü üzrə) yığma­mızın heyətində ən böyük ümidlər Naxçıvan idmançısınadır. Belə ki, hazırda öz yaş qrupu və çəki dərəcəsində dünyanın ən güclü idmançılarından hesab edilən Tərmenxan Babayev olimpiadada qələbə qazanmağa ən real namizəd göstərilir. Onun olimpiya oyunlarına vəsiqə qazanması, eyni zamanda Naxçıvan idmanı tarixində ilkdir. Məhz bu amili nəzərə alıb idmançımızın da fikirlərini öyrəndik: “İlk dəfə olaraq olimpiadada iştirak etmək və dünyanın ən güclü idmançıları ilə eyni yarışda mübarizə aparmaq qürur­vericidir. Olimpiadaya vəsiqə qazanmaq, əslində, heç də asan olmadı. İştirak etdiyim turnirlərdə, Avropa və dünya çempionatlarında uğur qazanmağa çalışdım və buna nail oldum. Bu, təkcə mənim yox, həmçinin mənə dəstək olan, mənimlə həmişə maraqlanan və üzərimdə əziyyəti olanların qələbəsidir. Sevindirici haldır ki, Naxçıvan idmanı tarixində ilkə imza atacağam. Bununla qürur duyuram. Bu yolda muxtar respublika rəhbərinin göstərdiyi qayğı məni yeni-yeni qələbələrə ruhlandırır. Təlim-məşq toplanışlarında və yarışlarda, turnirlərdə iştirakım təmin edilib. İndi məqsədim olimpiadada qələbə qazanıb Naxçıvanın idman ənənəsini davam etdirmək və Azərbaycan bayrağını dalğalandırmaqdır”.

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6-18 oktyabrda təşkil olunacaq.

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3062226
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
832
4327
5159
113557
3062226

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter