31 May 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Muxtariyyət illərində Naxçıvan gənc­ləri” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Emin Məmmədov açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın əhəmiyyətini diqqətə çatdırıb.
Bildirilib ki, 1924-cü il fevralın 9-da təşkil edilən Naxçıvan Muxtar Respublikasında bu gün hər bir sahədə inkişafın, tərəqqinin şahidi oluruq. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam və inkişaf etdirildiyi muxtar respublikamızda dövlətimizin prioritet istiqamətlərindən biri olan gənclər siyasəti də uğurla həyata keçirilir. Gənclərin potensialından istifadə olunması, onların sosial müdafiəsinin, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli “Naxçıvanda gənc­lər siyasəti”, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli “Muxtariyyət və gənclik” mövzularında çıxış ediblər.

Vurğulanıb ki, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticəsində bu gün onlar muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edir, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilir, onların xidmətləri qiymətləndirilir. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun yaradılması, Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi isə gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir. Ötən il Naxçıvan şəhərinin ölkəmizin Gənc­lər Paytaxtı statusunu uğurla daşıması bir daha sübut etdi ki, muxtar respublikamızda Naxçıvan gəncliyinin ictimai-siyasi həyatın bütün sferalarında aktiv fəaliyyət göstərməsi, öz innovativ potensialını, intellekt və istedadını ortaya qoyması üçün geniş imkanlar vardır.
Sonda tədbir iştirakçıları muxtariyyətlə bağlı sərgi ilə tanış olublar.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR