22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği 2019-cu ilin ötən üç ayında da diqqətdə saxlanılmışdır. Gənclərdə vətənpərvərlik tərbiyəsinin aşılanması məqsədilə film və tamaşalar nümayiş etdirilmiş, muzeylərə ekskursiyalar təşkil olunmuş, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi idman oyunu, məktəblilər arasında “Şahin” hərbi idman oyununun rayon(şəhər) birincilikləri, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında inşa yazı, şeir və rəsm müsabiqələri keçirilmişdir.
Həmçinin gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşdırılması məqsədilə “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında gənc dövlət qulluqçuları, o cümlədən “Naxçıvan” Universitetinin və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Xəmsə”, “Kim? Nə? Hara?”, Culfa Sərhəd Komendatlığının əsgərləri arasında “Vətəni tanı”, gənclər arasında “Axtar, tap”, Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarında “Ağıllı uşaq” intellektual oyunları, “Poliqon” strateji intellekt oyunu üzrə “Universiada” təşkil olunmuş, yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının şəhər və rayon birincilikləri keçirilmişdir. Ötən dövrdə Ağbulaq İstirahət Mərkəzində “Qış məktəbi” təşkil olunmuş, “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində, “Görüş yeri” kafesində gənclərin iştirakı ilə müxtəlif tədbirlər, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarla “Birlik” adlı əyləncəli tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin www.naxgin.az saytı yenilənmiş, saytın Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində fəaliyyət göstərməsi təmin edilmişdir. Hərbi xidmətdən tərxis olunmuş gənclərin peşə ixtisas kurslarına cəlb olunması istiqamətində işlər aparılmış, gənc­lərdə ətraf mühitə sevgi və qayğı hisslərinin yüksəldilməsi məqsədilə “Bir ovuc sevgi” devizi altında tədbir keçirilmiş, “Gənclər bağı”nda iməciliklər təşkil olunmuşdur.
Ötən dövrdə idman tədbirlərinin keçirilməsi də diqqətdə saxlanılmış, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” və “Naxçıvan Muxtar Respublikası – 95” devizləri altında müxtəlif idman növləri üzrə muxtar respublika, Naxçıvan şəhər açıq birincilikləri, yoldaşlıq görüşləri keçirilmiş, ekstremal yürüş üzrə muxtar respublika açıq birinciliyi təşkil olunmuşdur. Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublika XVII Futbol Çempionatının II dövrə oyunları, Şahmat Mərkəzinin təsnifat turniri təşkil olunmuş, Şahmat Federasiyası ilə birlikdə Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüş keçirilmişdir.
Keçirilən tədbirlərlə yanaşı, müxtəlif idman növləri üzrə Azərbaycan birinciliklərində və çempionatlarda, 10-cu “Bakı Open”, 9-cu “Tbilisi Open” beynəlxalq turnirlərdə, eləcə də yeniyetmələr arasında cüdo üzrə Təbriz şəhərində keçirilən beynəlxalq turnirdə muxtar respublika idmançılarının iştirakı təmin edilmişdir. İdmançılarımız Azərbaycan birinciliklərində 46, beynəlxalq turnirdə 40 olmaqla, ümumilikdə, 86 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti