19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Təhsil, Gənc­lər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə ­keçirilən “Sərhəd” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinci­liyinin II turu keçirilib.
Tədbirdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qərargah rəisi, polkovnik-leytenant Anar Nəsirli, diviziyanın zabiti, baş leytenant Tural Xudaverdiyev, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış ediblər. Bildirilib ki, muxtar respublikanın 7 sərhədyanı rayonunun 29 məktəbinin 95 şagirdinin iştirak etdiyi builki “Sərhəd” hərbi-idman oyunu üç mərhələdə təşkil olunub. Aprel ayından start verilən oyunlarda sərhəd­yanı kəndlərdəki tam orta məktəblərin şagirdləri iştirak edib və ilkin mərhələnin qalibləri növbəti mərhələyə vəsiqə qazanıblar. Bu gün zona üzrə keçirilən ikinci turda isə 7 məktəbin 35 şagirdi iştirak edir. II turun qalibi Lənkəran Sərhəd Dəstəsinin bazasında keçiriləcək ölkə birinciliyində muxtar respublikanı təmsil edəcək.

Sonra oyuna start verilib. Komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, maneələrin dəf olunması, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi və digər mərhələlərdə öz bacarıqlarını nümayiş etdiriblər. Gərgin mübarizə şəraitində keçən oyunun sonunda Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası I, Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbinin komandası II, Kəngərli rayon Böyük­düz kənd tam orta məktəbinin komandası III yerə layiq görülüblər. Qalib komandalara təşkilatçılar tərəfindən kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin oyunun ayrı-ayrı mərhələlərində fərqlənən şagirdlərə fəxri fərmanlar verilib.
Qeyd edək ki, Lənkəran Sərhəd Dəstəsinin bazasında keçiriləcək ölkə birinciliyində muxtar respublikanı Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası təmsil edəcək.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4273319
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2140
5778
26484
104677
4273319

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter